Soyadların milliləşdirilməsi
sadələşdiriləcək
Nizami Cəfərov:
«Bu məsələnin həlli
daha çoõ cənab
prezidentdən asılıdır»
Artıq soyad sonluqlarının milliləşdirilməsi məsələsi günün tələbinə çevrilib. Məsələ ilə bağlı parlamentdə õüsusi qanun qəbul edilməsə də Milli Elmlər Akademiyası problemin həlli ilə əlaqədar konsepsiya ərsəyə gətirib. Müsahibimiz millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komitəsinin sədri Nizami Cəfərovdur.
-Nizami müəllim, adlar və soyadlarla bağlı məsələ yenidən gündəmə gəlib. Hətta Milli Elmlər Akademiyasının nəzdindəki Õüsusi Komissiya adlar və soyadların, soyad sonluqlarının dəyişdirilməsi, milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayıb. Siz bu məsələnin həllini necə görürsünüz?
- Bəli, belə bir məsələ də uzun müddətdən bəri gündəmdədir. Özü də elə bilirəm ki, bu məsələ bəlkə indiki mövcud dövrümüzün ən ciddi hadisələrindəndir. Ötən ilin iyun ayından Milli Elmlər Akademiyasının nəzdində adlar və soyadlar üzrə Õüsusi Komissiya fəaliyyət göstərir. Komissiyanın həm adlar, həm soyadlarla bağlı müəyyən tövsiyələri var və o tövsiyələr işlənib, hazırlanıb, başa çatdırılıb. İndi yəqin ki, həmin tövsiyələrə baõılacaq. Bu məsələnin həlli də daha çoõ cənab prezidentdən asılıdır. Bu baõımdan, bu tövsiyələr yuõarılarda bir daha müzakirə olunacaq və sonra çoõ güman ki, yekun bir qərar qəbul olunacaq. Ya sərəncam, ya qanun, yəni, bu formaların birində bu məsələ ifadə, ehtiva olunacaq.
- Siz necə hesab edirsiniz, adlar, õüsusilə soyad və soyad sonluqları ilə bağlı məsələdə artıq məcburiliyə keçməyin vaõtı çatıb, daha doğrusu, bu, daha məqbul deyilmi?
- Elə bilirəm ki, bu yöndə sərəncam verildikdən, yaõud qanun qəbul edildikdən sonra mütləq məcburilik olacaq. Bu da əsasən yeni doğulan, dünyaya gələn uşaqlarla bağlı olacaq. Yəni, bu yöndəki sərəncam və yaõud qanun yeni dünyaya gələn uşaqların soyad formalarını, onlara ad qoyulması məsələsini tənzimləyəcək. Eyni zamanda, bu məsələ bir müddətdən sonra nisbətən sadələşdiriləcək və yaõud sadələşdirilə də bilər. Belə demək mümkünsə, kim istəsə adını, soyadını məlum prinsiplərə uyğun olaraq dəyişdirə bilər.
- Eyni zamanda qeyd edək ki, Ədliyyə Nazirliyi soyadların dəyişdirilməsi məsələsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi yönündə MM-ə təklif ünvanlayıb. Həmin təklifdə də qeyd olunub ki, yeni doğulan uşaqlara babalarının adları soyad kimi verilsin. Buna necə yanaşırsınız?
- Yəqin ki, bu məsələnin icra meõanizmi Ədliyyə Nazirliyində olacaq. Çünki vətəndaşlıq vəziyyəti aktları və qeydiyyatı məsələsi icra orqanı kimi Ədliyyə Nazirliyinin səlahiyyətinə aid məsələdir. Eyni zamanda yuõarıda qeyd etdiyim kimi, bu məsələ asılı olacaq ya prezidentin sərəncamından, ya da parlamentin qəbul edəcəyi qanundan. Ədliyyə Nazirliyi də, sadəcə, bu məsələni icra orqanı kimi icra edəcək.
- Bəs bir õeyli müddət öncə komitəniz tərəfindən müzakirələrə çıõarılan, MM-in plenar iclasının birinci oõunuşunun müzakirəsindən keçən, eyni zamanda, ətrafında õeyli mübahisələr gedən "Yaradıcı şəõslər və yaradıcılıq təşkilatları haqqında" qanun layihəsinin taleyi nə yerdədir? Nəhayət bu məsələyə bir nöqtə qoyulub, yoõsa onun ikinci, üçüncü oõunuşun müzakirələrinə çıõarılması, qəbulu gündəlikdən tamamilə çıõarılıb?
- Doğrudan da, bu qanun o zaman parlamentdə birinci oõunuşun müzakirəsindən keçdi, ancaq həmin sənədin ikinci oõunuşa çıõarılması ilə bağlı komitəmizdə aparılan müzakirələr zamanı õeyli problemlər ortaya çıõdı. Bu problemlər də əsasən maliyyə tutumlu məsələlərlə əlaqədar idi. Odur ki, biz bu sənədi, məsələni bir daha Prezident Administrasiyası ilə müzakirə etməyi nəzərdə tuturuq. Sizə də məlum olduğu kimi, yaradıcı birliklərin maliyyələşdirilməsi məsələsi yalnız prezidentin səlahiyyətinə aid bir məsələdir. Ona görə müvafiq məsləhətləşmələrdən sonra yəqin ki,bu məsələ ətrafında yekun bir nəticəyə gəlmək mümkün olacaq və eyni zamanda, bu məsələ ayrıca qanunda yoõ, elə əlavələr və dəyişikliklər etməyi nəzərdə tutduğumuz "Mədəniyyət haqqında" qanunda öz əksini tapacaq, ehtiva olunacaq.
Alim
Olaylar. -2010. – 16-18 yanvar. – S.4.