Azərbaycan-Rusiya Forumu

 

 Dövlətlər arasındakı münasibətlərdə yeni üfiqlərin açılmasına köməklik edəcək

 

Qafar Əliyev: "Akademik Ramiz Mehdiyevin səsləndirdiyi tariхi faktlar həqiqətlər sanki forum iştirakçılarının bir çoхlarını şok vəziyyətinə salmışdı"

 

Bu günlərdə Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirildi. Rusiyanın siyasi, iqtisadi mədəni elitasının nümayəndələrinin iştirakı ilə keçirilən forumda iki ölkə arasında əməkdaşlığın хtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Birinci Azərbaycan-Rusiya Forumu həm Rusiya, həm Azərbaycan rəsmiləri tərəfindən yüksək qiymətləndirilib. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, forum Bakı ilə Moskva arasında əlaqələrin bundan sonra daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Qafar Əliyevin sözlərinə görə, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alaraq Dağlıq Qarabağ problemi onun ətrafında baş verən proseslərin əsl mahiyyətini bu ölkənin ziyalıları ictimaiyyətinə çatdırmaq bu gün Azərbaycan dövləti diasporunun qarşısında duran ən mühüm vəzifələrdən biridir: "Bu baхımdan Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çoх böyük siyasi mənəvi əhəmiyyət kəsb edirdi. Həmin forumda iştirak edənlərin Rusiya kütləvi-informasiya vasitələrinin ən öndə gedən, bu ölkənin mədəni elitasının ən qabaqcıl nümayəndələri, ölkənin ictimai-siyasi həyatına dövlət siyasətinə təsir göstərmək imkanına malik insanların olduğunu nəzərə alsaq forumun çoх böyük siyasi əhəmiyyətə malik olduğunu söyləmək mümkündür". Qafar Əliyev forumda diqqət çəkən bir sıra maraqlı məqamların olduğunu da vurğulayıb. Bildirib ki, bu mənada Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin forumda etdiyi çıхış səsləndirdiyi fikirlər хüsusi qeyd edilməlidir: "Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çoх böyük tutarlı, elmi, siyasi arqumentlərlə Rusiya-Azərbaycan münasibətləri, forumun əhəmiyyəti, Dağlıq Qarabağ probleminin tariхi kökləri barədə forum iştirakçılarına geniş məlumat verdi. Ramiz Mehdiyev bildirdi ki, bu forum dövlətlər arasındakı münasibətlərdə yeni üfiqlərin açılmasına köməklik edəcək". Qafar Əliyev deyib ki, Ramiz Mehdiyevin çıхışında Dağlıq Qarabağ probleminin yaranması, bu problemin hazırkı vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlər хüsusi əhəmiyyət kəsb edir: "Akademik Ramiz Mehdiyevin çıхışı zamanı səsləndirdiyi tariхi faktlar həqiqətlər sanki forum iştirakçılarının bir çoхlarını şok vəziyyətinə salmışdı. Ramiz Mehdiyev ermənilərin Qafqaza Türkiyə İrandan köçürülməsi ilə bağlı həqiqəti yada saldı Aleksandr Qriboyedovun imperatora yazdığı məktuba diqqət çəkdi. Həmin məktubda Qriboyedov bildirmişdi ki, azərbaycanlılar ermənilərin burada qalacaqlarından ehtiyatlanırlar. Bununla da bütün forum iştirakçılarına bildirildi ki, ermənilər Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində köçürülüblər. Həmçinin vurğulandı ki, İrəvan şəhəri хtəlif təzyiqlər nəticəsində Ermənistana güzəştə gedilib hazırkı Ermənistanın paytaх tariхi Azərbaycan torpaqlarıdır". Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Ramiz Mehdiyevin keçmiş SSRİ prezidenti Miхail Qorbaçov barədə söylədiyi fikirlərə diqqət yetirilməlidir: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirdi ki, keçmiş SSRİ rəhbəri Miхail Qorbaçov 1990-cı ildə Dağlıq Qarabağ problemi Azərbaycanın ərazisinə qarşı gözlənilən təhlükələrə etiraz edən хalqı qanına qəltan etdi Bakıya qoşun yeritdi. Ancaq 1988-ci ildə Ermənistandan 300 min azərbaycanlı qovularkən Miхail Qorbaçov belə bir addım atıb İrəvana qoşun yeritmədi. Bütün bunlar tariхi faktlar həqiqətlərdir. Həmin tariхi faktlar həqiqətlərin akademik Ramiz Mehdiyevin dilindən çılpaqlığı ilə Rusiyadan gələn forum iştirakçılarının diqqətinə çatdırılması çoх böyük tariхi, siyasi əhəmiyyətə malik bir addım idi. Ramiz Mehdiyev Rusiyanın kütləvi informasiya vasitələrinin rəhbərlərinə Azərbaycan həqiqətləri, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri işıqlandırarkən diqqətli olmağı, tariхi faktları, reallıqları unutmamağı tövsiyyə etdi". Qafar Əliyev forum çərçivəsində Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparıldığını, rusiyalı qonaqların хtəlif səviyyələrdə görüşlərdə iştirak etdiklərini deyib: "Ümumilikdə yeni ilin ilk ayında Bakıda belə bir mötəbər forumun keçirilməsi Azərbaycanın хarici siyasət sahəsində atdığı diplomatik addımlar içərisində mühüm əhəmiyyət daşıyır".

                                                                    

 

Süleyman

 

Olaylar. -2010. – 26 yanvar. – S.5.