Dərsin daha bir ünvanı-muzey

 

Orada keçirilən dərs heç vaõt unudulmur

 

Gəncliyin milli zəmində, dünya standartları səviyyəsində bilik və bacarıqlara, o cümlədən kompüter savadına, bədii, tariõi, estetik mədəniyyətə yiyələnməsi qaçılmaz bir zərurətə çevrilib. Məktəblilər, ilk növbədə, õalqın tariõini, ədəbiyyatını, incəsənətini, etnoqrafiyasını dərindən öyrənməlidir. Tariõ õalqın dünəni olduğu kimi, həm də gələcəyidir. Bu gün isə həmin tariõin şagirdə mükəmməl tədrisi üçün əyani surətdə nümayişindən danışaq. Əyaniliyin kompleks şəkildə təmin olunduğu formalardan biri məktəb fənn kabinetləridir. Digər məkan ölkədəki muzeylərdir.

 

Buradaca qeyd edim ki, yunan sözü olan muzey elm və incəsənət hamiləri-ilahələrinin toplaşdığı məbəd deməkdir. Əgər orta məktəb şagirdinə Şirvanşahlar sarayından, Kiş qalasından danışırıqsa, yeni nəslin bu tariõi yadigarlarla mümkün qədər əyani tanış olmalarına nə üçün şərait yaradılmasın? Tək-tük kollektiv ekskursiyaları çıõsaq, etiraf etməliyik ki, məktəblilərin muzeylərimizlə tanışlıq səviyyəsi yoõ dərəcəsindədir. Yeri gəlmişkən, bu günlərdə Tariõ Muzeyində olarkən bir neçə kənd məktəbinin şagirdlərinin muzeyə ekskursiyası məni çoõ sevindirdi. Əgər şagirdə tariõ fənnindən etnoqrafik məlumatlar verilirsə, onun əyani sübutlarını göstərmək üçün muzey faktorundan daim istifadə edilməlidir. Eləcə də nə üçün oğuzlu məktəbliyə ətraf rayonların muzeyləri ilə tanışlıq imkanı yaradılmasın? Aõı, onun yaşadağı məkandan bir qədər aralıda olan Qəbələ, Şəki, Zaqatala, Balakən muzeylərində Azərbaycan tariõinin canlı maddi sübutları yetərincədir. Üstəlik, həmin məktəblini tariõ fənnindən məlumat aldığı Şirvanşahlar sarayı, Qız qalası kimi abidələrlə birbaşa tanış etmək yalnız fayda gətirər. Bu təkliflərin maddi tərəfini önə çəkə bilərsiniz. Məncə, mədəniyyətimizin, təhsilimizin inkişafını təmin edən təşkilatlar əlaqəli olaraq bu məsələni dövlət proqramı səviyyəsində həll edə bilərlər.

Mövzumuzla bağlı Sabunçu rayonu 309 saylı məktəb-liseyin tariõ müəllimi Səadət õanım belə söyləyir: 

- «İlk dövrlərdə, heç olmasa, yaşadıqları və yaõın ətraf ərazilərdə yerləşən muzeylərə məktəblilərin davamlı, səmərəli ekskursiyalarını təşkil etmək olar. Muzeylər məktəblinin tariõi biliklərini daha da əyaniləşdirərdi. Əlbəttə, - bu səmərəli metoda, gənc nəslin öz tariõi keçmişi ilə əyani tanışlığına muzey işçiləri də həvəslə qoşula bilər. Etiraf edək ki, əyalətlərimizdə öz zənginliyinə və digər imkanlarına görə paytaõtdan heç də geri qalmayan onlarla muzeyimiz mövcuddur. Unutmaq lazım deyil ki, muzeylər təkcə tariõi əşyaları qorumur, onun bir funksiyası da elmi-maarifçilik õəttidir ki, bundan da gənc nəslin maksimum yararlanması vacibdir. Mənim õeyli sayda salyanlı yeniyetmə şagirdlərim var ki, bu rayonun mərkəzində yerləşən məşhur abidənin tariõi Cümə məsçidi olduğunu bilmirlər. Bu isə sadəcə təəssüf hissi doğurur, məktəbli bilmir ki, dərslikdən adını eşitdiyi böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə haqqında ən qiymətli faktlar onun yaşadığı Salyan rayonunun muzeyində əyani şəkildə nümayiş olunur.

Məktəblilərin muzeylə təmasının onların bilik dünyasının zənginləşməsində oynayacağı rol barədə uzun danışmaq fikrində deyiləm. Bu təmasın daha bir mənəvi tərəfini üzləşdiyim bir əhvalatla sizə və oõucuya çatdırmaq istəyirəm. Sankt-Peterburqda, məşhur Ermitajın salonlarını gəzərkən minlərlə tamaşaçı içindən iki şəõs õüsusi olaraq mənim, eləcə də çoõlarının diqqətini cəlb edirdi. Bu adamlar, belə demək mümkünsə, muzeyi sadəcə «fırlanırdılar». Saqqız çeynəyə-çeynəyə, bərkdən danışa-danışa. Çoõ təəssüf ki, bu şəõslər muzeyə təsadüfən gəlib çıõmış soydaşlarımızdan idi. Bu faktı ona görə õatırlatdım ki, gənc nəslin muzeylərlə daimi təması həm də onlarda muzeyləri sevmək və onların əhəmiyyətini başa düşmək mədəniyyətini formalaşdırmaqda böyük yardımçı ola bilər».

Qeyd edək ki, ədəbiyyat təmayüllü muzeylər də məktəblinin ədəbi təhsilində çoõ böyük əhəmiyyət kəsb edir. S.Vurğunu, C.Cabbarlını, Ü.Hacıbəylini, M.Müşfiqi öyrənən məktəblinin bu görkəmli şəõslərin ev-muzeylərinin ekspozisiyası ilə tanışlığı ona yazıçının həyat və yaradıcılığının əlaqəsini daha dərindən anlamağa, müstəqil təhlilə kömək edər. Bu sırada S.Vurğunun və ya C.Cabbarlının övladlarının vaõtilə söylədikləri õatirələr ədəbi irsin öyrənilməsinə yerindəcə əyani kömək olardı. Ümumiyyətlə muzey materiallarından istifadə etməklə keçirilən dərslər, məşğələlər şagirdlərin görmə, eşitmə duyğularını əhatə edir. Şagird fotoları, portret və maddi əşyaları görür, müqayisə edir, deyilənlərlə gördüklərini əlaqələndirir. Bu proses tədris-tərbiyə prosesini daha da aktivləşdirir. Bu cür fəaliyyət zəminində qazanılan bilik isə heç vaõt unudulmur.

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 8 aprel.- S.11.