Aşıqlarımızın ögey münasibətlə üzləşdiyi anlar çox olub

 

Musa Nəbioğlu: “Aşıqlıq sənətinin unudulmaq kimi qorõusu yoxdur”

 

Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğludur

 

- Musa müəllim, aşıq sənətinin inkişafı ilə bağlı son vaxtlar həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Cəmiyyətin qayğısı, dövlətin diqqəti olmadan heç bir sənət inkişaf edə bilməz. Sənətin hər hansı bir sahəsi olursa olsun, onun inkişafı üçün sənətkarların fədakarlığı ilə yanaşı mütləq dövlət qayğısı da olmalıdır. Bu baxımdan aşıq sənətinə ikiqat qayğı diqqət lazımdır. Çünki bu, bizim milli sərvətimizdir. 70 illik sovet dönəmində bu sənətə diqqət istənilən səviyyədə olmayıb, bəzən hətta aşıqlarımız ögey münasibətlə çox üzləşib. Amma şükürlər olsun ki, son illərdə bu sənətə dövlətin qayğısı diqqəti artıb. Muğamımız, xalçalarımız, Novruz bayramı kimi aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs üzrə siyahısına daxil edilməsi bu qayğının bariz təcəssümüdür. Bu gün bu sənətə xalqın sevgisi ilə dövlətin qayğısı üst-üstə düşür.

- Aşıq sənətini Avropaya çıxarmaq üçün etməliyik?

- Nahaq deməyiblər ki, incəsənət sərhəd tanımır. Müəyyən məhdudiyyətlərə, qadağalara baxmayaraq aşıq sənəti zaman-zaman Azərbaycanın hüdudlarından kənara ayaq açıb, hətta bu sənətlə xarici ölkələrin musiqi tədqiqatçıları da maraqlanıblar. Hələ dünyanın iki fövqəldövləti - ABŞ SSRİ arasında münasibətlərin «soyuq müharibə» həddinə çatdığı dövrdə - 1964-cü ilin avqustunda antropoloq etnoqrafların Moskvada keçirilən VII Ümumdünya Konqresində iştirak edən gənc amerikalı tədqiqatçı Alan Lomaks həmin tədbir münasibətilə düzənlənən konsertdə çıxış etmiş aşıq Əkbər Cəfərovla balabançı Müseyib Abbasovun ifasını lentə almış onların ifasından vəcdə gələrək belə demişdi: «Əkbər Cəfərova deyin ki, onun səsi mənim həyatda eşitdiyim ən gözəl səsdir». Həmin tədbirdə azərbaycanlı musiqişünas Əminə Eldarova da iştirak etmişdi bu hadisə düz 40 ildən sonra geniş ictimaiyyətə bəlli oldu. Bu faktı xatırlatmaqla onu demək istəyirəm ki, aşıq sənəti ölkəmizin hüdudlarından kənarda da tanınıb, sevilib. Son illərdə isə Azərbaycan aşıq musiqisinin dünyada tanınması təbliği imkanları daha da artıb. Azərbaycan müstəqil ölkədir dünyanın istənilən ölkəsi ilə iqtisadi mədəni əlaqələri gündən-günə genişlənir. Digər tərəfdən, aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına salınması da bu sənətin qarşısında yeni üfüqlər açır, dünyada təbliği imkanlarını genişləndirir. Artıq aşıqlarımız Avropanın Paris (Luvr Sarayında), Strasburq, London digər böyük şəhərlərinin möhtəşəm salonlarında çıxış ediblər. Bu gün biz aşıq sənətini Avropaya necə çıxarmaq yox, Avropa tamaşaçısına necə təqdim etmək barəsində düşünməliyik. Elə etməliyik ki, əzəli mahiyyətini itirmədən, kökdən uzaqlaşmadan bu sənəti elə təqdim edək ki, onu sevdirə bilək. 

- Aşıq musiqisinin muğam kimi xarici musiqilərlə sintezi mümkündürmü?

- Aşıq musiqisinin özünün buna ehtiyacı yoxdur. Bir musiqi aləti kimi sazın imkanları çox genişdir bundan istifadə etmək, sazın bütün imkanlarını üzə çıxarmaq lazımdır. Süni yenilik xətrinə aşıq musiqisini xarici musiqi ilə sintez etmək, yəni yenilik xətrinəyenilikyaratmaq isə səmərəsiz bir şeydir. Beləyeniliyinömrü uzun olmur. belə sintezdən qazanan aşıq musiqisi yox, dediyiniz həmən o xarici musiqi olacaq.

- Son vaxtlar el şənliklərində aşıqlar gözə dəymir. Sizə belə gəlmirmi ki, bu, sənətin unudulmasına gətirib çıxara bilər?

- Yox, bu sənətin unudulmaq kimi qorxusu yoxdur. Çünki saz bizim qan yaddaşımızdır, tariximizdir. Xalq şairi Zəlimxan Yaqub çox gözəl deyib:

 

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar.

 

Bu gün toylarımızda aşıqların az-az görünməsi isə başqa problemdir bu barədə təkcə aşıqlar, Aşıqlar Birliyi yox, bütün cəmiyyət düşünməlidir. Bəlkə sualı niyə aşıqlar toylarda görünmür şəklində yox, aşıqları toylarımıza niyə dəvət etmirik kimi qoysaq bu suala cavabı ilk növbədə özümüzdə axtarsaq daha düzgün olardı. Gəlin görək bu sənətlə bağlı narahatçılığımızı ifadə etsək , övladımızın toyuna aşıq dəvət edirikmi? Son zamanlar elə toy xatırlayırsınızmı ki, məclisi bütünlüklə aşıq idarə eləsin? Xüsusən gənclərin əksəriyyəti toya aşıq dəvət edilməsinə gerilik əlaməti kimi baxır. Bu yanlış təsəvvür dəyişilməli, toylarımızda yabançı musiqiyə yox, milli musiqimizə yer verilməlidir. Bəzən olur ki, toya hansı müğənninin çağırılması ilə bağlı ailədə mübahisələr olur. Mən dəfələrlə şahidi olmuşam, ata oğlunun toyunda aşıq da görmək istəyib, oğul razılaşmayıb. Bu, bir növ gəncliklə yaşlı orta nəslin mənəvi dünyasının, zövqlərinin mübarizəsidir. Amma bu heç o demək deyil ki, toylarımızda ümumiyyətlə aşıq olmur. Burada, yəni gənclərin mənəvi dünyasının, musiqi zövqünün formalaşmasında, aşıq sənətinin təbliğində kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyaların rolu danılmazdır. yazıqlar ki, bəzi televiziya kanalları nəinki bu sənətin təbliği yönündə görmür, hətta ayrı-ayrı verilişlərində onun aşağılanmasına yol verirlər.

- Bu gün Aşıqlar Birliyini aşıqları narahat edən əsas problem nədir? 

- Yuxarıda da qeyd etdiyimiz kimi, son illərdə aşıq sənətinə dövlət tərəfindən göstərilən qayğının sayəsində indiyədək bu sahədə mövcud olmuş problemlərin aradan qaldırılması, bu sənətin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Artıq paytaxtın ən böyük mədəniyyət ocağında belə aşıqlarımızla bağlı tədbirlər düzənlənir. 2010-cu ilin oktyabrında isə ilk dəfə olaraq Mədəniyyət Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalı keçirildi. Görüləsi işlər az deyil. Bu sənətin tədrisi daha da təkmilləşdirilməli (xüsusilə musiqi məktəblərində), ustad aşıqlarımızın yaradıcılığı elmi nöqteyi-nəzərdən tədqiq olunmalı, aşıqların repertuar zənginliyinə diqqət artırılmalı, beynəlxalq aləmdə təbliği yönündə ardıcıl məqsədyönlü işlər həyata keçirilməli, gənc istedadlar axtarılıb üzə çıxarılmalıdır. Ayrıca dövlət Aşıqlar ansamblının yaradılmasının da zamanı çatıb məncə.

- Milli aşıq geyiminin yaradılması ilə bağlı vəziyyət yerdədir?

- Son vaxtlar aşıqların geyimi ilə bağlı çox danışılır. Aşıqlar Birliyi Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə aşıqların geyimi ilə bağlı geniş müzakirələr aparıb. Artıq bunun nəticələri özünü göstərməkdədir. Yəqin siz müşahidə etmisiniz, son zamanlar tədbirlərdə aşıqlar milli geyimdə çıxış edirlər. Bu istiqamətdə işlər davam edir aşıqlar üçün daha mükəmməl milli geyim hazırlanması nəzərdə tutulur.

- Belə bir fikir var ki, qadınlardan əsl aşıq ola bilməz. Bu fikirlə bağlı deyərdiniz? 

- Mən bu fikirlə qətiyyən razı deyiləm. Bəyəm qadın aşıqlarımız bu gün yaranıb? Axı bunun da bir tarixi ənənəsi var, hələ yüzillər öncə şairələrimiz kimi qadın aşıqlarımız da olub. Bir ki, necə olur ki, qadın traktor sürə, kosmosa gedə, istehsalatda ən ağır işdə çalışa bilər, amma saz çala bilməz. Muğam oxuya bilər, estrada mahnıları oxuya bilər, istənilən digər musiqi alətlərində ifa edə bilər, özümüzün sazımızda çalıb-oxuya bilməz. Bu hansı məntiqə uyğundur? Bunu deyənlər nəyə söykənir, özləri bilər. Hər kəs öz fikrini bildirməkdə azaddır. Amma bu o demək deyil ki, kiminsə fikri ictimaiyyətin fikri kimi təqdim olunmalıdır. Qadın aşıqlarımız dünən olub, bu gün var, sabah da olacaq. Bu başqa məsələdir ki, kimin sənətkarlığı, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, repertuar zənginliyi hansı səviyyədədir, kim bu sənətin nüfuzunu daha da artırır, kim xələl gətirir.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 21 aprel.- S.13.