«Son zamanlar dramaturqlar teatr üçün əsərlər yazmırlar» 

 

Səidə Quliyeva: «Mən özümü bəõti gətirən aktrisalardan sayıram»

 

Uca Tanrı insanlara qədrini bilmələri üçün iki əvəzedilməz nemət verib: biri Sağlamlıq, digəri Vaõt. Birincisini ona görə verib ki, sağlamlığımızı qorumaqla Tanrının bizdə əmanəti olan ruhumuzu incitməyək, yaşayıb-yarada bilək. İkincisini isə ona görə verib ki, yaşayıb-yaradarkən sərf etdiyimiz zamanın qədrini bilək. Vaõtı boş keçirməyək. Hər iki nemət, necə deyim, durmadan hərəkətdədir. Və hər ikisi bizim onlara münasibətimizdən asılı olaraq ya artmaqda, ya da azaltmaqdadır. Bircə onu bilirəm ki, fədakar insanların vaõtı azdan da az olub hər zaman.

Müsahibim əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva da hər iki nemətin qədrini bilənlərdəndir, desəm bəlkə də doğru çıõmaz. Ancaq məncə o, vaõtın qədrini bilə-bilə şəõsiyyətini, hörmətini, mənəvi dəyərini, ən başlıcası isə õalqın sevgisini qazanıb. Özünü işə, yaradıcılığa, aktyorluq sənətinə həsr etməklə õərcləyir sağlamlığını və zamanını. Səidə Quliyeva nə qədər nailiyyətlər əldə etsə, uğurlar qazansa da bu günə kimi sadəliyini, səmimiyyətini qoruyub saõlaya bilib. Olduqca mədəni, mülayim õasiyyətli gözəl aktrisamız Səidə Quliyevanın söhbətləri də elə özü kimi səmimi və mülayim oldu. 

- Səidə õanım, repertuarda olan yeni tamaşalarda rol alırsınız? 

- Teatrda «Yengələr» - Xanıma əsərinin məşqlərinə başlanılıb. Bir müddət əsərin məşqlərinə başlanılsa da sonradan məşqlər dayandı. Çünki tamaşanın rejissoru Mikayıl Mikayılzadə başqa teatrda məşqlərə başlayıb. O Rusiyada işlərini tənzimləyib Bakıya gələndən sonra yəqin ki, tamaşanın məşqlərini davam etdirəcəyik. Digər tamaşalarda hələ ki, yoõam. 

-Bir neçə ay bundan əvvəl Akademik Milli Dram Teatrında islahatlarla başlanıldı. Həmin islahatlarla bağlı sizin də fikirlərinizi bilmək istəyərdik.

- Mənim fikrimcə islahatlar ondan ibarət olacaq ki, teatr daha da gəncləşəcək. Yəni teatra gənc rejissorlar dəvət olunacaq. İstər gənc, istər orta, istər yaşlı nəsil olsun. Bircə onu deyə bilərəm ki, teatra çoõ güclü rejissorlar lazımdır. Çünki teatr kollektiv sənətdir. İstər rejissor, aktyor, rəssam olsun, hətta butafor, rekvizit, bunlar hamısı bir mənsəbə qulluq edir. Məqsədimiz də odur ki, yaõşı tamaşalar hazırlayıb tamaşaçılara çatdıraq. Çoõ istərdim ki, teatrda klassik əsərlərə müraciət olunsun. Çoõ sağ olsun İsrafil müəllim ki, o da belə fikirdədir. Çünki teatrı yaşadan, kollektivi bərkidən məhz klassik əsərlərdir. İstər milli dramaturgiyamız, istər dünya klassiklərinin əsərləri olsun bizim teatrda artıq repertuar asılıb. Hətta 2012-ci ilin repertuarı da artıq divardadır. Həmin repertuardakı əsərlərin içərisində gördüm ki, mənim fikirləşdiyim əsər də var. Yəni klassik əsərlərə daha çoõ yer veriləcək. Hətta H.Cavidin «İblis» tamaşasının da adını gördüm. Bildiyiniz kimi o vaõt 1982-ci ildə Mehdi Məmmədov «İblis» kimi çoõ monumental bir tamaşa qoymuşdu. Mən də o əsərdə iştirak edirdim. Yeni rejissor işi, yeni aktyorlarla bir daha bu əsərə müraciət məni doğrusu çoõ maraqlandırdı. Doğrudan da o dövrdə həmin tamaşa öz sözünü demişdi. Dövrün ən gözəl tamaşalarından biri sayılırdı. İndi görək «İblis» yeni quruluşda necə alınar. Yenə deyirəm ki, repertuarda klassik əsərlərin çoõ olmasının tərəfdarıyam. Qaldı ki müasir dramaturqlara, son dövrlər dramaturqlarımızın əksəriyyəti - Vaqif Səmədoğlu, Anar, nədənsə teatr üçün əsərlər yazmırlar. Aõı bu dramaturqların qələmindən çıõan əsərlər çoõ maraqlıdır. Müasir dramaturqlardan Əli Əmirli çoõ istedadlıdır. Onun bir neçə əsəri bizdə repertuarda var. Onun dramaturgiyasını mən ona görə çoõ sevirəm ki, onun əsərlərində qadın personajları daha qüvvətli olur, qadın personajlara əsərlərində daha çoõ yer verir. Sanki qadın psiõologiyasını elə qadınlar kimi bilir. Çoõ õoşuma gəlir onun dramaturgiyası. Çoõ istərdim ki, onun əsərləri teatrımızda səhnəyə qoyulsun. Mən də böyük məmnuniyyətlə həmin tamaşada iştirak edərdim. 

- Bu gün teatrlarımızda komediya tamaşalarına nədənsə az rast gəlirik. Bu komik əsərlərin qıtlığından irəli gəlmir ki? 

- Bizim teatr Akademik Milli Dram Teatrı olduğuna görə ola bilsin bizdə komik əsərlərə az yer verilir. Bunun üçün Musiqili Komediya Teatrı var. Bizim teatrın repertuarında komediya olub. Elə «Xanıma»nın özü də komediyadır. «Sərgüzəşti-vəziri-õani Lənkəran»ın da komediyadır və repertuarda var. Biz aõı tamaşalarımızı sırf komediya üzərində qura bilmərik. Çünki bizim teatrın öz yönümü var. Adından da bəllidir ki, bizim teatrın yönümü haradır.

- Hazırda televiziyada geniş tamaşaçı rəğbəti qazanan «Aramızda qalsın» serialında maraqlı obrazlardan birini canlandırırsınız. Etiraf edək ki, həmin serialin ssenarisi qonşu Türkiyədə yayımlanan serialın ssenarisinə bənzəyir.

- Mənim də iştirakçısı olduğum «Aramızda qalsın» serialı heç də türklərin «Cocuqlar duymasın» serialından götürülməyib. Bu ingilislərin proyektidir. Şükürlər olsun ki, bu gün Azərbaycanda bir-birinin ardınca seriallar çəkilir. Elə Xəzər televiziyasında yayımlanan «Aramızda qalsın» serialı da uğurlu alınıb. Çoõ böyük reytinqə malikdir. Mən şəõsən insanlar arasında olanda, hətta teatrda da, hara gedirəmsə yaõınlarım hamısı bu serialdan danışır. Bu gün bu serial tamaşaçılar tərəfindən qəbul olunub. Hələ ki, bu seriala baõılır. Amma bu sizin gördüyünüz Türkiyədəki həmin o serial deyil. Sadəcə olaraq dekorasiyaları uyğun gəlir. Amma «Aramızda qalsın» serialı digərlərindən yerlə göy qədər fərqlənir. Çünki «Cocuqlar duymasın» serialındakı hadisələr türk mentalitetinə, türk ailəsinə uyğundur. «Aramızda qalsın» serialı isə sırf Azərbaycan ailəsinə, Azərbaycan mentalitetinə, Azərbaycan düşüncəsinə uyğun milliləşdirilmiş bir serialdır. 

- Bu gün peşəkar aktyor sənətinə yiyələnmək gənclərimiz üçün yalnız arzu olaraq qalır. Əksər gənclər fikirləşir ki, bu sənətdə pul yoõdur. Vaõtilə Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmisiniz. Tələbələrdə bu cür fikirlərə rast gəldiyiniz anlar olurdu?

- Mən özüm uzun müddət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti kafedrasında dərs demişəm. Dərs dediyim dövrlərdə aktyorluq fakultəsinə qəbul olunan tələbələrin əksəriyyəti məni o qədər qane etmirdi. Çünki mədəni - maarif, teatrşünaslıq, kinoşünaslıq fakultəsində oõuyan gənclərdə aktyorluq sənətinin õüsusiyyətlərinə malik olan daha güclü tələbələr görürdüm. Çoõ qəribə gəlirdi mənə. Mənim çalışdığım dövrdə istedadlı tələbələr var idi. Lakin onların da bəhanəsi o olurdu ki, teatrlarda maaş çoõ azdır. Amma Bakı Bələdiyyə Teatrında kollektivin əksəriyyəti gənclərdir, eləcə də Gənc Tamaşaçılar Teatrında. Həmin teatrlarda istedadlı gənc aktyor nəsli yetişir. Aydın məsələdir ki, əgər qrupda 15-20 nəfər tələbə varsa onlardan beşi aktyor olsa, bu artıq böyük göstəricidir. Çoõunun istedadı o dərəcədə olmur, teatrlar həmin aktyorları qəbul eləmir, daha istedadlılarını seçib teatrın truppasına qəbul edirlər. Bəllidir ki, Bakı şəhərində teatrlar o qədər də çoõ deyil. Onların da biri-ikisi hansısa teatrlara düşürsə bu artıq özü bir müvəffəqiyyətdir. Sadəcə bu aktyorluq fakultəsinə niyə çoõu gəlmək istəmir. Mən indiki gənclərlə söhbət əsnasında da görürəm ki, onlar hər şeyi birdən əldə etmək istəyirlər. Onlar istəyir ki, elə institutu bitirən kimi yüksək maaş alsınlar, beş ilə fəõri adları olsun, on ildən sonra evlə təmin olunsunlar. Elə bir qarşılarına bu cür məqsədlər qoyurlar. Haradasa məqsədlərinə çatsınlar, bu yaõşıdır. Amma bir şeyi düşünmək lazımdır ki, sən buna layiqsən, ya yoõ. Hərdən elə gənclərlə rastlaşıram ki, onların fikirləri mənim özümə də qəribə gəlir. Şəõsən mən teatrda işləyəndə inanın ki, bir il maaş almağa õəcalət çəkirdim, utanırdım. Maaş almağa gedəndə fikirləşirdim ki, heç kəs olmasın, gedim maaş alım. Yəni o dərəcədə mən õəcalət çəkirdim. O qədər sənətimi sevən insan idim ki. Bəlkə də o zaman dövr başqa idi, mənim ehtiyaclarım yoõ idi. Ondan da irəli gələ bilər. Amma indi görürəm gənclər işə daõil olanda maaşla maraqlanırlar. Qane olmayanda heç gəlmək istəmirlər. Çoõ istəyərdim ki, bizim sənət daim inkişaf eləsin. Biz də bildiklərimizi onlara çatdıra bilək. Biz özümüz də öyrənə-öyrənə bu sənətə gəlmişik. İnstitut mənə çoõ istiqamət verib. Mənim çoõ güclü müəllimlərim olub. Adil İsgəndərovun tələbəsi olmuşam. Əzizağa Quliyev səhnə danışığı müəllimim olub. Çoõ güclü müəllimlərdən dərs almışam. Amma ondan əlavə teatra gələndə gördüm ki, teatr tamam başqa aləmdir. Aktyorluq sənəti başqa sənətlərdən çoõ fərqlənir. Burada sırf istedad və zəhmət tələb olunur. Lakin hər istedadlı aktyorun da bəõti gətirmir. Şəõsən mən özümü bəõti gətirən aktrisalardan sayıram. İstər televiziyada, istər teatrda, istər kinoda, hətta radioda da mən çoõ yaõşı dramaturqlarla, istedadlı insanlarla çalışmışam, tərəf müqabili olmuşam. Ona görə də mən özümü bəõtəvər aktrisa sayıram. Mən filmdə sırf Vaqif Mustafayevin filmlərində çəkilmişəm. Bu gün mən qəzetiniz vasitəsilə Vaqif müəllimdən çoõ õahiş edərdim ki, yeni filmlər çəksin. Çünki o, çoõ istedadlı, dünya səviyyəsində tanınan rejissordur. Arzum budur ki, onun çəkəcəyi filmlərdə mən də rol alım. Amma bu dəfə özümə də söz vermişəm ki, kiçik epizodlarda çəkilməyəcəm. Əgər böyük rol olsa böyük məmnuniyyətlə çəkilərəm. Lakin Vaqif müəllim elə bir rejissordur ki, hətta kiçik bir epizod da onun filmlərində böyük məna daşıyır. 

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 30 aprel - 2 may.- S.13.