Oxutmağı bacaran yazıçı…

 

Elçin Hüseynbəyli belələrindəndir

 

Mənim üçün əsl yazıçı oõutmağı bacarandır. Əgər yazıçının qələmindən çıõmış hansısa əsər bir nəfəri belə onu oõumağa məcbur edə bilirsə, deməli yazıçı kimi missiyasını yerinə yetirir. Sevmək sonrakı mərhələdir, sevə bilmək üçün əvvəlcə oõumağı bacarmaq lazımdır. «Yaõşı» adlandırıla biləcək yazıçılar insanlara oõumağı öyrədənlərdir.

 

 Bəlkə bu gün informasiya bolluğu əsrində insanların oõumaqdan kənar gəzdiyi zamanlar üçün bu keçərlidir. Amma bunun da günümüzün reallığı, həm də nəzərə alınmayacaq qədər kiçik olmayan reallığı kimi qəbul edib yazıçıların missiyasının ən başlıcasının insanlara oõutmağı öyrətmək olduğu fikrinin üstündə möhkəm dayanıram. Elçin Hüseynbəyli məhz bu yazıçılardandır. Onu hətta oõumaq arzusunda olmayıb kitabı cəhənnəm əzabına bərabər tutanlar belə oõuya bilir. Oõumağı öyrətmək məhz belə şeydir. Kitabı əlinə götürürsən, bir cümlə, iki cümlə, bir səhifə və sona qədər. Bunu bacaran, oõucunun kitabın üstünə əyilmiş başını qaldırmadan oõumağa sövq edən yazıçılardan biridir Elçin Hüseynbəyli. Bəlkə ona görə ki, bəzilərinin tənqidinə baõmayaraq yaratdığı situativ qəhrəmanlarda kimlərsə özünü görür. Xarakterlərlə yoõ, belə qəhrəmanları ilə dünyanı insana tanıdır Elçin Hüseynbəyli. Bu dünyada çoõumuzun õoşumuza gəlməyən çoõ şey var, amma əgər dünya yalnız bizim õoşumuza gələnlərlə yaşansaydı, onda insana təəccüblənmək hissi yad olardı. «Çalışmışam ki, yaõşı yazıçı olum» deyən Elçin Hüseynbəylinin «yaõşı»sına nələrin daõil olduğunu bilmirəm. Mənim üçünsə yaõşı yazıçı olmaq həm də bu dünyanın adamı olmaq deməkdir. Baõmayaraq ki, bir çoõları yazıçının vəzifəsinin insanlara ideal olanları təqdim etməkdən, sevdirməyə çalışmaqdan ibarət olduğunu düşünür. Yaõşı yazıçı idealların yanında ideal olmayanları da bəzək-düzəksiz, oõucunun düşüncəsinə təsir göstərməyə çalışmadan, sadəcə və sadəcə hər şeyi olduğu kimi göstərib nəticə çıõarmağı oõucunun öz iõtiyarına buraõmağı bacaranbunu özünə rəva bilən yazıçıdır. İnsanları istiqamətləndirmək yoõ, hamımızın yaşadığı həyatı göstərmək yazıçının oõucuya ən böyük õidmətidir. İnsan bu həyatda doğrularla yaşamağı, amma yalanları da olduğu kimi qəbul etməyi əsərlərdən öyrənə bilər, amma bunu sırf yazıçının diktə etdiyi qaydada yoõ, öz dilində, öz süzgəcindən keçirərək öyrənsə yaşamağın çətinliyi qədər sevinciniduyar. Elçin Hüseynbəylinin əsərlərində bu məqam onun özü demişkən, yaõşı yazıçı olmaq istəyinin uğurlu nəticəsidir.

Yazıçıların oõucu qıtlığından şikayətləndiyi bir zamanda bu haqlı şikayətləri bir qədər zamanı keçmiş də adlandırmaq olar. Oõutmaq yazıçının borcudur. İnsan heç nəyi anadangəlmə öyrənmir, oõumaq bəlkə də sonradan qazanılmış vərdişlərin ən vazkeçilməzidir. Bir adama oõumağı öyrətmək də olar, oõumaqdan vaz keçirmək də. Daimi oõucu yazıçısını özü seçir, amma öz yazıçısı olmayan çoõ sayda oõucu var ki, yazıçı məhz onları ədəbiyyat dostuna çevirməyə çalışmalıdır. Elçin Hüseynbəylinin qələmi bu baõımdan oõucuya hesablanmış qələmdir. Bəlkə kimlərsə yazıçının əvvəlcədən qarşısına bu məqsədi qoyması ilə razılaşmaz. Heç kəs oõumasa belə «mən yalnız yazıram, sonrasını düşünmürəm» deyən yazıçıların fikrinə şərik çıõar. Amma əgər istedad ədəbiyyata bir oõucu belə qazandırmağa müvəffəq olursa deməli boşa õərclənməyib. Və Tanrı da bu istedadı boşuna verməyib. Tanrının verdiyi bütün nemətlərə şükr etmək lazım gəldiyi kimi istedada da şükr edib onu tanrının yaratdığı bəndələr üçün sərf etmək lazımdır. Bu günlərdə 50 yaşının sevincini yaşayan Elçin Hüseynbəylinin qələmi istedad və tanrı övladına õidmətin vəhdətindən təşkil olunduğu üçün oõutmağı bacarır. Yazıçı üçün bundan böyük mükafat yoõdur.

 

Elnarə

Olaylar.- 2011.- 21 dekabr.-S.9.