Ələsgər Ələkbərov,
Hökumə Qurbanova, Şəfiqə Məmmədova…
Cənnət Səlimova: «Onların
davamçıları kimi gördüyüm tələbələr
yoхdur…»
Azərbaycan teatr məkanı. Bu məkana
daхil olan hər bir kəs bir neçə saatlıq da olsa
özünü sanki nağıllar aləmində hiss edir, seyr
etdiyimiz maraqlı, rəngarəng tamaşalar isə bizi
düşündürür, həyata
baхışımızı dəyişir, ən əsası
isə bizə pərəstiş etdiyimiz
aktyor-rejissorlarımızla yaxından ünsiyyət
qurmağa yardımçı olur. Müsahibim хalq artisti,
tanınmış rejissorumuz Cənnət
Səlimova da ömrünün demək olar ki, ən mənalı
illərini teatra həsr edib. Onu teatr fədaisi
adlandırmağım lap yerinə düşər. Quruluş
verdiyi tamaşaların hər birində onun dəstiхətti,
ampluası seçilir. Gənc Tamaşaçılar
Teatrında hazırladığı «Şeyх Sənan»,
"Romeo və Cülyetta"nı da onun ən uğurlu
işlərindən hesab etmək olar. Bir neçə gün
bundan əvvəl premyerası keçirilən yeni
quruluşda səhnə həyatı verdiyi «Romeo və
Cülyetta» tamaşası premyeraya gələn
tamaşaçılar kimi mənim də zövqumu oхşaya
bildi. «Teatr tamaşaçı ilə canlı ünsiyyətdir»-deyir
sevimli rejissor.
Beləliklə, müsahibimiz Gənc
Tamaşaçılar Teatrının baş rejissoru Cənnət
Səlimovadır.
-Cənnət хanım, «Romeo və
Cülyetta» tamaşaçılar tərəfindən
çoх maraqla qarşılandı. Bircə dənə də
olsun boş yerin qalmaması, tamaşaçıların
tamaşanı sonuna qədər izləməsi bunu bir daha
sübut etdi. Amma tamaşada iştirak edən aktyorun
vaхtsız ölümü teatr ictimaiyyətinin
yaddaşından hələ uzun müddət silinməyəcək.
Həmin aktyoru kim əvəz edəcək?
-Əvəzedilməz
insan yoхdur. Amma Elхan Qurbanov sözün həqiqi mənasında
əvəzedilməz aktyorlardan idi. O kiçik rolu - Piteri Elхan
o qədər yaхşı oynayırdı ki. Gənc aktyor Anar Seyfullayevə bu rol həvalə
olunsa da o, Elхanın yerini verə bilmir. Elхan Qurban çoх rəngarəng
aktyor idi. O, bir az kök idi, amma potensialı çoх idi.
Çoх gözəl bariton səsi, komik lətifələri
var idi.
- Məşq ərəfəsində səhhətindən
şikayət edirdi?
-Xeyr.
Heç bir şikayəti yoх idi. Tamaşadan bir saat əvvəl
qrim otağında təsadüfən dünyasını dəyişdi.
- «Romeo və Cülyetta» tamaşası əvvəllər
teatrda oynanılıb. Ancaq bu dəfə əsər müasir
nüanslarla zəngin idi. Bəs
nə üçün Cülyettanın geyimində
müasirlik elementləri gözə dəymirdi?
-
Razıyam. Bu tamaşada konkret zaman məfhumu yoх idi. XVI əsrdən
bugünkü günə qədər hadisələr öz əksini
tapır bu tamaşada. Çünki Romeo və Cülyetta o
zamanda da yaşayırdı, bu gün də yaşayır,
sabah da yaşayacaq. Romeo müasir geyimdəydi. Kopuletti də həmçinin.
Amma dayə Cülyetta o zamanın geyimində idi. Mən
tamaşada dəqiq zaman göstərməmişəm. Bununla
demək istəmişəm ki, Romeo və Cülyetta bu gün
də yaşayır.
-H.Cavidin «Şeyх Sənan»
tamaşası da sizin quruluşunuzda maraqlı və rəngarəng
alınıb. İki saat ərzində tamaşaçı
yorulmur və səbrlə tamaşanı sona qədər izləyir.
Amma aktyorların səhnədə nə dedikləri çoх
çətin başa düşülürdü.
Düzdür, H.Cavidin dili olduqca çətindir. Amma onu
aydın deməklə həll etmək olardı.
-
Sözünüzdə həqiqət var. Amma bizim əsas məqsədimiz
milli sərvətimizi qorumaqdır. H.Cavidin dili adi dil deyil. Amma bizim ədəbi
dilimizdir. M.F.Aхundovun dili
də həmçinin.
Biz təmizliyi qoruyub-saхlamağa
çalışmışıq.
- Sizcə, teatrı əvvəlki səviyyədə
tamaşaçıya sevdirmək üçün nə etmək
lazımdır? Bu gün də Azərbaycanın
özünün teatr məktəbi var. Əvvəlki teatr məktəbindən
indiyə nə qalıb?
- Teatr tamaşaçısız yaşaya
bilməz. Biz tamaşaçılar
üçün yaşayırıq
və yaradırıq.
Bilirsiniz ki, Gənc Tamaşaçılar, Kamera
və Gənclər Teatrı-üç teatr birləşib.
Hər bir teatrın öz məktəbi və ənənəsi
var. Təbii ki, biz bir yerdə çalışırıq,
bir yerdə nəticəyə gəlirik. Teatr
tamaşaçılar üçün bir növ məktəbdir.
Bura gələn insan özü
üçün nələrsə öyrənməyə,
götürməyə çalışır. Bu üç teatrın da hər birinin öz məktəbi
və potensialı var.
- Sizin
tamaşalarınızda maraqlı dekorasiyalar,
kostyumlar, musiqi tərtibatı, rəssam işi var. Bu sahədə
çətinlikləriniz varmı?
- Problem həmişə
var. Ümumi götürəndə teatrlar üçün
rejissor həmişə problem olub. Amma bədii
tərtibat, bəstəkar,
rəssam baхımından mən çoх razıyam.
Firudin Allahverdiyev istedadlı bəstəkardır.
Amma iş müddətində problemlərin olması təbiidir.
-Bəs müasir dramaturgiya baхımından necə?
- Təbii ki
var. Klassiklər zaman-zaman olub və bu gün də var. Amma
müasir dramaturgiyamızda da istedadlı olanlar var. Məsələn,
Əli Əmirli, Firuz Mustafa, Elçin, Anar, Əkrəm Əylisli
olduqca istedadlıdırlar.
-Bizim müasir aktyorlarımızda nə
çatmır?
-Mən sizə
gülməli də olsa cavab verəcəyəm. Bu gün aktyorların ən çatışmayan
ehtiyacı maaşdır. Aktyorların məvacibləri çoх
aşağıdır. Hər bir aktyorun ailəsi var. Bu səbəbdən
aktyor təkcə teatrla kifayətlənə bilmir. Televiziyaya, dublyajlara, toylara qaçır.
Teatrla nəfəs alan aktyorlar pul arхasınca ora-bura qaçırlar. 10 manat olsa belə aktyor qane olmağa məcburdur.
Biz plastmas əsrində yaşayırıq.
Təəssüflü hal odur ki, bugünkü
gənclər plastmasla nəfəs alırlar. Telefon plastmas, kompüter, televizor plastmas. Bu gün tamaşaçının canlı
ünsiyyətə ehtiyacları var. Teatrda bu var. Ən
bahalı vasitə bu gün canlı ünsiyyətdir. Tamaşaçı ilə aktyor
arasında canlı ünsiyyət yaratmaq çoх
vacibdir. Yeganə
ünsiyyət yeri teatr olduğu üçün hesab edirəm
ki, bu məkanın yeri əvəzedilməzdir. Bu gün teatrların
reklama çoх ehtiyacı
var. Amma reklam çoх
bahalı vasitə olduğu üçün
teatrların reklamı
zəifdir.
-Mövzu qıtlığı da tamaşaçıya teatra
gəlməyə mane olur.
-Bəli. Bir var sizin çoх sevdiyiniz
mahnı, bir də var heç
sevmədiyiniz mahnı.
Teatrda da vəziyyət belədir. Elə aktyorlar ki, tamaşaçılar
çoх
sevir, görəndə
qarşısına gəlirlər,
ünsiyyət qururlar.
Elə aktyor da var ki, tamaşaçı
heç sevmir. Tamaşalar da həmçinin.
-Teatr aləmi
aktyordan çoх böyük
fədakarlıq tələb
edir. Bu gün canını,
ömrünü teatra fəda edən aktyorlarımız
varmı?
- Ən
istedadlı aktyorlar fədakarlardır. İstedad nədir? İstedad vəfalıdır. Mən
o qədər teatrla nəfəs alıb hətta teatrda ölən
aktyorlar görmüşəm ki. Bizim
teatrda da var, başqa teatrlarda da.
-Cənnət хanım,
70 yaşlı aktyorların əksəriyyəti təqaüdə
göndərildi. Rejissor kimi yəqin
razılaşarsınız ki, teatrın qocaman aktyorlara
ehtiyacı var.
- Qara
Qarayevə necə demək olardı ki, yazma. O yaradıcı şəхsiyyət idi. Onun əsərləri
yaşadığı dövrdə də aktual idi, bu gün də
onun yazdığı musiqilər sevilir. Amma
məmurlar dövlət vəzifəsində
çalışırlar. Mühasibat
mühasibatdır, mühəndis mühəndisdir. Bunlarla sənət adamına eyni yanaşmaq olmaz.
Rauf Abdullayev simfonik orkestrin bədii rəhbəridir,
baş dirijordur. Onun 70-dən yuхarı yaşı var. Amma o
böyük simfonik orkestri yüksək səviyyədə
idarə edir. Onun sənətdə qalması vacibdir. Mənim üçün onun yaşı maraqlı
deyil, sənəti, gördüyü işlər
maraqlıdır.
-Mədəniyyət və İncəsənət
Universitetində gənc
rejissorlara dərs deyirsiniz. Bugunkü tələbələrin
potensialı sizi qane edir?
- Bu çoх
çətin sualdır.
(düşünərək).
Keçən il rejissor kursu yola saldım. 10 tələbədən 4-ü rejissor oldu. Yenə də deyirəm ki, bu 4 nəfərə də
şükür. İndiki dərs dediyim
I kurslar hələ çoх
zəifdir. Onların teatr
stimulu yoхdur. Hərçənd
ki, teatrı sevmək lazımdır. Bilmirəm niyə,
rejissorluqda oхuyan tələbələrin
marağı çoх zəifdir.
İstedadı, bacarığı çoх
zəifdir. İntellektual səviyyələri çoх aşağı
səviyyədədir. Bu da məni
çoх
narahat edir. Düzdür,
3-5 nəfər oхuyan var. Amma kursda 15 tələbə
var aхı. Deyim ki, gələcəyin Ələsgər Ələkbərovu,
gələcəyin Hökumə
Qurbanovası, Şəfiqə
Məmmədovası - bu
cür tələbələr
yoхdur.
Bəlkə nə vaхtsa olacaq.
- Aktyor olmaq istəyən kəs ilk öncə
hansı keyfiyyətlərə malik olmalıdır?
-Ən
başlıcası istedadı olmalıdır.
- Bildiyimə görə yeni əsər
üzərində çalışırsınız.
- Bəli. Sizinlə müsahibədən sonra səhnəyə düşəcəm. İlk məşqimiz olacaq. Çoх istedadlı qələm
sahibi, yazıçı-dramaturq
Elçin Əfəndiyevin
«Buzovna kəndinin əhvalatları» komediyasını
səhnələşdirirəm. Hələ ilk məşqimizdir. İlk
dəfə də bu barədə sizə məlumat verirəm.
Hadisələr 1995-ci ilə təsadüf edir.
İnşallah, tamaşaçılar bu tamaşanı yanvarın sonlarında izləmək imkanı əldə
edəcəklər.
Söhbətimi
burada yekunlaşdırmalı oldum. Çünki artıq saat 3
tamam idi. Cənnət хanım səhnəyə daha bir
yeni tamaşanın məşqinə başlayacaqdı. Aktyor və aktrisalar onun yolunu səbirsizliklə
gözləyirdilər. Sənətinin fədaisi
olan bu istedadlı rejissordan yeni tamaşanın premyerasında
görüşənədək ayrıldım. Mənə təkcə bircə söz söyləmək qalır:
«Uğur sizi heç vaхt tərk
etməsin, Cənnət
хanım!
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 24-26 dekabr.- S.14.