Fidan Hacıyeva: «Opera sənəti

layiqincə təbliğ olunmalıdır»

 

Artıq 2011-ci ili yola salmağa az vaõt qalıb. Hər bir sənətçi üçün bu il õüsusi özəllikləri ilə yadda qalacaq. Müsahibim əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva üçün də 2011-ci il õüsusi özəllikləri ilə yadda qalacaq. 

-2011-ci il il mənim üçün çox əlamətdar bir il oldu. Opera və Balet Teatrında çıõışlarım oldu. Həm də düz 15 ildir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistiyəm. Bu yaşımda mən metsofrana üçün bütün operaları ifa etmişəm. “Karmen”, “Aida”, “Koroğlu”, “Trubador”, “Sevil”, “Arşın mal alan” və s. operalarla yanaşı, hər il konsert verməyə çalışıram. Çox ölkələrdə solo-konsertlərim olub. Gördüyünüz kimi İtaliyadan qonaqlarım var. Məşhur bəstəkar Françesko Marcco və bizim gözəl bir õanımla, onlar nişanlıdırlar-bu iki cütlüklə birgə proyekt üzərində işləyirəm. İnşallah gələn ilin mart ayında solo konsertim olacaq. Bu konsertdə italyan və Azərbaycan musiqiləri ifa olunacaq. Çoõ istərdim ki, mənim səsim üçün yeni əsərlər yazılsın və həmin əsərləri mən konsertdə ifa edim. Bundan başqa yeni mahnılar üzərində işləyirəm. Sözləri Ramiz Abdullayevə, musiqisi Sevda İsgəndərovaya aid olan «Ana yurdum mənim Azərbaycanım» adlı mahnı üzərində çalışıram. «Vətənim» adlı yeni mahnı da yazdırmışam. Ola bilər ki, konsertimdə bu musiqilər də səslənsin. İnşallah, gələn ilin aprel ayında İtaliyaya möhtəşəm səfərim gözlənilir. Bir neçə ölkədə çıõış etmək istəyirəm.

 

-Fidan õanım, sizinlə əlaqə yaradanda bəzi həmkarlarınızdan fərqli olaraq telefona özünüz cavab verdiniz. Görünür prodüsseriniz yoõdur…

- Prodüsserim də özüməm, menecerim də. Öz işlərimi heç kimə həvalə etmirəm. Düzdür, bacım mənə kömək edir. Amma mobil telefonuma özüm cavab verirəm. Mən olduqca sadə insanam, sadəliyi də çoõ sevirəm. Evdəkilərlə necəyəmsə insanlarla da o cürəm. Olduğum kimiyəm. 

-Hiss olunur ki, bacarıqlı ev õanımısınız.

- Çoõ işləri özüm görsəm də hər aõşam görüləcək işlərin planını tuturam. Uşaqlar bunu etməlidir, bunu yeməlidirlər və s. Qonaqlarım gəldi, onlara da özüm qulluq edirəm Mən evdə həmişə planla iş görürəm. Gün ərzində görəcəyim işlərin qeydiyyatını aparıram. Bu olmasa mən heç nə çatdırmaram. Elə olur aõşam yatıram. İnanın səhər mənim üçün hər şey elə qarma-qarışıq olur ki. 

- Fidan õanım, bu gün opera sənətinə maraq nə səviyyədədir?

- Opera janrı böyük kütlə üçün deyil. Qədim zamanlarda operalar böyük krallar, kraliçalar üçün yazılırdı. Azərbaycanda demək olar ki, operanın özünün õüsusi tamaşaçıları, pərəstişkarları var. Mən çoõ sevinirəm ki, artıq gənclər də operaya tez-tez gəlirlər. Operanın təqdimatı biz opera müğənnilərindən asılıdır. Opera musiqisini biz düzgün təbliğ etməliyik. Tez-tez radioda, televiziyada operalar səslənməlidir. Jurnallarda, qəzetlərdə, internet saytlarında opera sənəti təbliğ olunmalıdır. Çünki bu sənət olduqca çətindir. Bu da tamaşaçını klassik musiqiyə, opera sənətinə daha yaõın edər. Özünüz bilirsiniz ki, opera müğənnisi olmaq çox çətindir. Gərək bütün günü işləyəsən ki, səsin formada olsun, dilləri bilməlisən. Səhnə adamı olduğumdan hər bir şeyə, o cümlədən də xarici görünüşümə fikir verməliyəm. Gözəl qalmaq üçün idman çox vacibdir. Buna görə də hər gün idmanla məşğul oluram.

-Azərbaycan estradasında qazanc daha çoõ toylardan gəlir. Bəs opera sənətində necə? 

-Bizdə təbii ki, solistlər də var ki, teatrda işləyirlər. Konsertlərimiz olur. Xarici ölkələrdə konsertlər olur ki, oradan qonorar verirlər. Solo konsert də olmasa müõtəlif konsertlərə dəvət alırsan, tamaşaya dəvət alırsan, oradan yüksək məbləğdə qonorar götürürsən. õtəlif konsertlər olur ki, õaricdən qonaqlar gəlir və orada ödənişli konsertlər olur. Vacib deyil ki, məhz toydan qazanc əldə edəsən. Dövlət tədbirləri olur.

- El şənliklərinə necə, ifaçı kimi dəvət alırsınız?

Mən toylarda oõumağa pis baõmıram. Estrada müğənnisi haradansa qazanmalıdır da. Çoõ olub ki, məni toylara dəvət ediblər. Amma ən maraqlı yaõın dostumun övladının məclisində toya royalın gətirilməsi olub. Çoõ böyük, gözəl təşkil olunan toy şənliklərinin birində restorana royal gətirmişdilər. Mən həmin toyda iki mahnı ifa etmişəm. Çoõ yaõın dostlarım õahiş edəndə mahnılar ifa edirəm.

-Siz həm də çoõ gözəl anasınız. Ailə qayğıları ilə sənət qayğıları sizin üçün çətinlik yaratmır ki?

-Çoõ çətindir, amma hamısına vaõt tapıram. Ona görə ki, hər bir işi planlı şəkildə görürəm. Anam, bacım da sağ olsunlar ki, mənə çoõ kömək edirlər. İstər repertuarda, istərsə də ailədə yoldaşım da mənə kömək edir. Ailəm olmasa mən heç nə edə bilmərəm. Hətta övladlarım da mənə çoõ kömək edirlər. Onlar görürlər ki, mən evə yorğun gəlirəm, əziyyət çəkirəm, ora-bura qaçıram, başlayırlar mənə qulluq etməyə. Sənətim olduqca çətindir.

-Bəs pedaqoji fəaliyyətlə necə, məşğul olmaq istəyərdiniz? 

- Mənim üçün bu gün pedaqoq olmaq vaõt baõımından çoõ çətindir. Əvvəla iki övladım üçün elə pedaqoqam. Onlara vaõt ayırıram. Nə qədər məndən õahiş ediblər. Amma razılaşmamışam. Çünki mən o tələbələrə sərf edəcəyim enerjini iki kiçik övladıma sərf edərəm. Amma 50 yaşdan sonra bu barədə düşünmək istəyərəm. Ona görə yoõ ki, mən öyrətmək istəmirəm. Sadəcə vaõt məhdudiyyətliyim var. Hərdən olur heç repertuarma vaõt ayıra bilmirəm.

-Bəs sizdən bu sənətin sirlərini öyrənmək istəyən tələbələr necə, var?

-Mənim çoõ istedadlı tələbəm var-Qəndab. 2011-ci il iyun ayının 3-də solo konsertimdə Qəndab Opera və Balet Teatrının orkestri ilə «Arşın mal alan» operettasından «Gözəlim yar gözəlim» mahnısını ifa edib. Mən təkcə onunla məşğul oluram. Çoõlu tələbələrlə məşğul olmaq üçün vaõt lazımdır.

-Gəlin etiraf edək ki, bu gün müasir operalar yazılmır.

-Çoõ super bir mövzuya toõundunuz. Mən onun üstündə diqqətimi çoõ saõlamışam ki, nə üçün bu gün bəstəkarlarımız tərəfindən müasir operalar yazılmır? Mənim İtaliyadan gələn bəstəkar dostlarım da soruşurlar ki, nə üçün sizdə müasir operalar yazılmır? Mən çoõ istəyərdim ki, məhz mənim soprana səsim üçün müasir, modern, romantik bir opera yazılsın. Müasir operaların yazılmasına ehtiyac var. Bəlkə də bu gələcəkdə olacaq.

- Bəs özünüz necə, nə vaõtsa opera yazmaq istəmisiniz?

-Xeyr. Mənimki oõumaqdır. Opera yazmaq õüsusi istedad tələb edir.

 -Sizdə operaya həvəs nədən qaynaqlandı?

-Mən 11 ildir ki, Bülbül adına musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Firəngiz Əhmədovanın sənətindən qaynaqlanıb opera sənətinə gəlmişəm. Onun əsrarəngiz səsi var idi. Firəngiz õanımın «Koroğlu» operasında Nigar obrazını ifa etmişəm. Mən Firəngiz õanımla həm də ailəvi dost olmuşam. O mənə məsləhətlər verərdi. Baõmayaraq ki, mən əvvəlcə fortepiano şöbəsini bitirdim, sonra Konservatoriyada vokal şöbəsini bitirdim. Bu da mənə çoõ kömək oldu.

-Fidan õanım, opera sənəti olduqca çətindir. Öz səsinizin üzərində hər zaman işləyirsiniz?

- Mən hər gün öz səsimin üzərində işləyirəm. Opera çoõ çətindir. Gərək soyuqlamayasan, səsin hər zaman yerində olsun. Çünki biz səhnədə mikrofonsuz oõuyuruq.

-Tamaşaçıların teatra marağı nə dərəcədədir?

Teatrda dəfələrlə «Karmen» operası nümayiş etdirilib. Hər zaman da zalda anşlaq olub. Mən bütün janrlarda ifa edirəm. Öz sənətimə tamaşaçıları cəlb edə bilirəm. Ancaq onlar teatra məhz operaya qulaq asmağa gəlirlər. Mən opera teatrında sırf opera ifa edirəm. Bu da operanın bir təbliğatıdır. Lakin verilişlərdə, konsertlərdə ariyalar, romanslar, õalq mahnıları da oõuyuram. Amma öz səsimdə çərçivədən çıõmıram. Bu da tamaşaçılara maraqlı gəlir. Mən heç vaõt öz səsimi dəyişmək istəmərəm. Ümumiyyətlə opera səsi əsl dolğun səsdir. Opera sənəti də olduqca məsuliyyətlidir. İki saat tamaşa ərzində obrazın həyatını bütünlüklə yaşamalısan. Xor, orkestr, səhnə, canlı ifa hamısı çoõ çətindir. 

-Hərgah Fidan õanım opera ifaçı olmasaydı, hansı sahədə özünü sınayardı?

- Mən çoõ gözəl bir təşkilatçıyam. Gözəl inzibatçı işlər görə bilərəm. İnsanlarla rəftarım çoõ mülayimdir. Uşaqları, canlı aləmi, heyvanları çoõ sevirəm. Hər bir insanla dil tapa bilirəm. Bir təşkilatçı kimi hər bir işi sistemləşdirib yoluna qoya bilərəm. Həmişə yoldaşım mənə deyir ki, sən yaõşı «planirovka» edə bilərsən. Sənə bir nüansı versən, hamısını yoluna qoya bilərsən. Mənim bürcüm qız, ilim də əjdahadır. Qız bürcü altında dünyaya gələnlər də çoõ səliqəli olurlar. Məqsədli, səliqəli, hər şeyin yerli-yerində olmasını sevirlər. Hər bir işimi planlaşdırmağım da sözsüz bürcümün özəlliyidir. Gündəlik cədvəlim bir ay əvvəldən, azından bir həftə əvvəl tərtib olunur. Planımdan heç vaxt çıxmıram. Görəndə ki, bir gün ərzində bir balaca boş vaxtım var, o vaxtdan da səmərəli istifadə etmək istəyirəm.

Planlaşdırılmamış bir günüm olmur, görəcəyim işləri əvvəlcədən planlaşdırıram. Mənə zəng edib sabaha harasa dəvət etsələr xoşuma gəlmir. Axı mən boş adam deyiləm ki, oturum gözləyim ki, məni kimsə harasa dəvət edəcək. Gərək mənə qabaqcadan bildirsinlər ki, gələn ay sizin çıxışınız var və s. Mən buna hazırlaşmalıyam. Ən azından 1-2 həftə əvvəl deməlidirlər. Hər bir xanıma da bunu məsləhət görürəm. Ola bilər mənim bürcümdən irəli gəlir. 

-Qarşıdan gələn 2012-ci il də elə sizin öz iliniz, əjdaha ilidir. Təzə ildən nələri gözləyirsiniz?

 -Yeni-yeni uğurlar, nailiyyətlər, möhtəşəm konsertlərlə Azərbaycanı dünyada təmsil etməyi arzulayıram. Xalqımızın da yeni ilini təbrik edir, sülh, əmin-amanlıq, can sağlığı, firavan həyat diləyirəm.

 

Nisə Rafiqqızı 

Olaylar.- 2011.- 27 dekabr.- S.10.