Mədəniyyət
və Turizm Nazirliyi ilə
yekun vurdu
Dekabrın
28-də R.Behbudov adına Mahnı
Teatrında Mədəniyyət və Turizm
Nazirliyinin 2011-ci ilin
yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda çıxış edən mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev ötən həftə
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş
nazirliyin yeni kollegiyasının tərkibi barədə
iştirakçıları məlumatlandırıb.
Nazir, 2011-ci ilin çoõ mühüm hadisələrlə yadda qaldığını, mədəniyyət və turizm sahəsində bir sıra uğurların əldə olunduğunu deyib: “Bu il mədəniyyət sahəsində bir neçə mühüm, böyük hadisələr baş verib. Dövlət başçısı İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi, Azərbaycanın turizm nüfuzunun artırılması, açılan yeni məkanlar, yeni infrastruktur layihələri ilin xüsusi əlamətini kəsb edir. Bu il hələ uzun müddət yaddaşlardan silinməyəcək hadisələrdən biri də Mədəniyyətlərarası Dialoq Forumu oldu. İlk dəfə altı beynəlxalq qurum bu forumun keçirilməsinə dəstək verdi. Bu forumun məhz Azərbaycanda keçirilməsi bizim üçün əlamətdar faktdır. Paytaxta “Nizami” Kino Mərkəzi bərpa olundu və açıldı”.
Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin ölkəmizin hüdudlarından kənarda geniş təqdim və təbliğ olunması barədə də danışıb: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən müxtəlif ölkələrdə-Meksikada, Berlində, Fransada, Türkiyədə təşkil olunmuş təqdimatlar, müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlərin təşkili möhtəşəm layihələr arasında qeyd olunmalıdır”.
Ə. Qarayev 2011-ci il üçün ilin ən böyük hadisəsi kimi isə Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qalibiyyətini də õususi vurğulayıb. O, gələn ilin birinci yarısından başlayaraq, bütün mədəniyyət ocaqları və digər qurumların Azərbaycanda keçiriləcək “Eurovision 2012” müsabiqəsinin yüksək səviyyədə təşkili üçün var qüvvə ilə çalışacaqlarını deyib.
Nazir gələn ilin 6 ayı ərzində 60, il boyu 103 tədbirin keçirilməsinin nəzərdə tutulduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırdı.
Nazirin çıxışından sonra mövzular ətrafında müzakirələr aparıldı, iclas qapalı şəkildə işini davam etdirdi.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 29 dekabr.- S.8.