«Maraqlı obraz olsa pulsuz
da çəkilərəm»
Elmira Şabanova:
«Gözləyirəm nə vaõt
bir qoca rolu təqdim edərlər»
Qeyri-adi, səmimi, nikbin õarakterə malik olan müsahibim danışdıqca kövrəldi də, sevindi də. Sevindi ona görə ki, hələ də yad edilir, unudulmur. Kövrəldi ona görə ki, daha yaş öz sözünü dediyi üçün filmlərə əvvəlki kimi dəvət almır.
Beləliklə müsahibim qeyri-adi səsə, yüksək insani keyfiyyətlərə malik õalq artisti, Prezident təqaüdçsü Elmira Şabanovadır.
-Elmira
õanım, 2010-cu il sizin üçün hansı
hadisə ilə yadda qaldı?
-Mənim üçün bu il nəticəm Camalın dünyaya gəlməsi ilə yadda qalacaq. Mən gözləmirdim ki, bu günü də görəcəm. Amma gördüm. İnanın bu gün mən Camalla nəfəs alıram. Onun nəfəsi məni yaşadır. İnsan işləməyəndə həyat maraqsız olur. Həmişə gündəmdə olanda, çəkilişlərdə, teatrda olanda daha maraqlı olur. Birdən qocalanda bu yaşda adam başlayır darıõmağa. Amma məni nəticəm yaşadır.
- Bir
neçə müddət bundan öncə
sizi «Zərif çərşənbə»
verilişinin aparıcılarından biri kimi görürdük.
O verilişdən uzaqlaşmağınıza səbəb nə
oldu?
-Mən özüm o verilişdən çıõdım. Həmin veriliş mənlik deyil. Hamı deyir ki, yerin görünür. Bir var ki, səfirlərlə, nüfuzlu adamlarla müsahibə aparasan, bir də var ki, elə-belə adamlarla. İndi həm də o veriliş ağlamalı olub. Moskvadan gedən veriliş var dörd qadın aparır. Görün həmin veriliş nə qədər gözəldir. Mən çalışırdım ki, verilişdə şuõ əhval-ruhiyyə yaradım. Zarafatlar edirdim. Amma gördüm ki, yoõ. Həyat onsuz da çətindir. Bu saat insanlara yüksək əhval-ruhiyyə yaradan verilişlər lazımdır. Mən belə düşündüm ki, həmin veriliş mənə uyğun deyil. Bəlkə də hansısa filmdə mənə rol versəydilər böyük məmmuniyyətlə yaradardım. Mən əvvəldən o verilişdə aparıcı kimi çıõış etmək istəmirdim. Lakin məndən õahiş etdilər. Mailə Muradõanlı rəhmətə gedəndən sonra veriliş boş qalmışdı. İstəmədim ki, veriliş yubansın. Ona görə razılıq verdim, amma ürəksiz getdim həmin verilişə. Açığı deyim ki, Sevil Nuriyeva çoõ savadlı, qabiliyyətli aparıcıdır. Mən isə ömür boyu rusca oõumuşam deyə ədəbi dildə öz fikirlərimi ifadə etməyə həmişə çətinlik çəkmişəm. Verilişdə də çətinlik çəkirdim. Hətta Vahid Mustafayev də incidi məndən ki, niyə verilişdən çıõdım. Onlar çoõ istəyirdilər ki, mən o verilişdə qalım. Mənim üçün həmin verilişdə aparıcı kimi iştirak etmək maraqsız idi.
- Necə düşünürsünüz, müntəzəm ictimaiyyət qarşısında olmaq yorucu deyil ki?
-Biz ictimaiyyət qarşısında
çoõ olmuruq. Mən özümü deyirəm,
neçə dəfə
kanallar məni dəvət edirlər, amma getmirəm. Ona görə ki, gərək bir yenilik olsun ki,
danışasan, tamaşaçı
da bezməsin. Tamaşaçı qarşısına yeniliklərlə çıõmaq lazımdır.
Mən də şou-biznes nümayəndəsi deyiləm,
müğənni deyiləm
ki, təzə kliplər çəkdirim,
mahnılar yazdırım.
Gənc aktrisalar bəlkə də tez-tez çıõa
bilərlər ki, yada salınsınlar, onları ekranda görüb filmə dəvət etsinlər.
Amma mən artıq yaşa dolmuş aktrisayam. Mən küçəyə çıõanda,
dükana gedəndə
görürəm ki, məni hələ də unutmayıblar.
Məni də elə bu yaşadır. Ónudulmaq qorõulu bəladır.
- Həyat və fəaliyyətinizlə
bağlı film çəkmək
təklifləri olub sizə?
-Olub. Amma özüm istəmirəm.
Ora məvacib lazımdır.
Filmə çəkildin,
gərək çantan
pulla dolu olsun. Həyat və fəaliyyətimlə
bağlı filmin çəkilməyinə
çalışmamışam. Amma kinoşünas Aydın
Kazımzadə mənimlə
bağlı kitab yazır. Kitabı da heç istəmirdim.
Amma Aydın Kazımzadə çoõ
təkid elədi.
- Bügünkü kanalların vəziyyəti,
orada nümayiş olunan verilişlər necə, sizi qane edir?
-Xeyr. Bəzi
kanallar çalışır ki, problemlərlə,
qalmaqallı verilişlərlə gündəmdə
qalsın. Elə bilirlər ki, bununla õalqı cəlb edirlər.
Amma əsla belə deyil. Tamaşaçı bundan bezir. İnanın
çoõ
insandan eşitmişəm
ki, heç bizim öz kanallarımıza
baõmırlar.
KTV ilə yayımlanan
kanallara baõırlar. Çünki onsuz da insanların
həyatı problemlidir,
çətindir. Bu dava-dalaşlar,
bir-birilərini təhqir edən verilişlər onları daha
da yorur. Ciddi, tərbiyəvi tamaşalar,
seriallar yayımlansa inanıram ki, geniş tamaşaçı marağına səbəb
olar. Elə mənim çəkildiyim «Gəlinlər»
televiziya tamaşaçı kimi. Mənə deyirlər
ki, insanlar həmin tamaşadan çoõ
örnək götürürlər.
Bu tamaşanı təkcə, alverçilər, kartofsatanlar,
adi insanlar deyil, ziyalılar da bəyənirlər. Orada Nahid
rolunda iştirak edən Ramiz dünyasını dəyişməsəydi
həmin tamaşanın ardı çəkiləcəkdi.
- Teatrımızın və kinomuzun
bugunkü durumunu necə qiymətləndirərdiniz?
- Teatrlar çoõdur. Tear kino kimi inkişaf
etməlidir. Gənclərin vəziyyəti bu
gün çoõ əladır. Bu gün gənclər üçün çoõ gözəl
imkanlar var ki, onların çəkildiyi filmlər
festivallara göndərilsin.
Amma söhbət də ondadır ki, gərək dünya səviyyəsində
filmlər çəkilsin.
-Hazırda
yaradıcılığınızda nə yeniliklər var?
-Hələ ki, heç nə ilə məşğul olmuram. Gözləyirəm ki, haçan
bir qoca rolu təqdim edərlər çəkilərəm
filmə. (gülür). Ssenarilər təqdim
edirlər. Amma çoõ kiçik
olduğu üçün
imtina edirəm. Kiçik epizodlara çəkilmək
istəmirəm. Böyük rol
olsa çəkilərəm.
Təəssüf ki, Azərbaycanda filmə çəkilən aktyorlara
az qonorar
verirlər. Əgər maraqlı obraz
olsa lap pulsuz da çəkilərəm.
Mənim
üçün obrazın
maraqlı olması puldan önəmlidir.
Nədənsə bizim bütün
kanallarda təkrar filmlər nümayiş olunur. Elə bil bizim başqa filmlərimiz yoõdur.
Aõı mən özüm
«Sürəyya», «Gecə
qatarında qətl» və s. filmlərə çəkilmişəm. Bəyənilmiş filmlərimiz nümayiş
olunmur. Anarın ssenarisi əsasında
çəkilmiş «Ötən
əsrin son gecəsi»
filmini də yalnız yeni ildə nümayiş etdirirlər. Halbuki MİR kanalında həmin filmi nümayiş etdirmək istəyirlər.
Amma filmi tapa bilmirlər.
Mənə zəng vurmuşdular
ki, həmin filmin rus variantını
tapın bizim üçün. Film Moskva
sifarişi ilə çəkilib. Mən də deyirəm
ki, gedin ORT kanalından alın.
Burada həmin filmin kopiyası var. Amma ORT kanalında filmin orijinalıdır.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 3 fevral.- S.13.