Dövlət Torpaq
və Xəritəçəkmə
Komitəsində korrupsiyaya qarşı mübarizə
üzrə komissiya yaradılıb
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda komitə sədri
Qərib Məmmədov ötən il görülmüş işlər
barədə məlumat verib, Prezidentin fərman və sərəncamları,
Nazirlər Kabinetinin qərarları
ilə qarşıya qoyulan tapşırıqların
yerinə yetirilmə vəziyyəti barədə
hesabatla çıxış
edib. Komitənin fəaliyyətinin
ayrı-ayrı istiqamətlərinə toxunan
sədr komitə tərəfindən
bələdiyyələrə yerquruluşu
sənədlərinin verilməsi, ərazi
vahidlərinin dövlət reyestrinin
hazırlanması, vətəndaşların istifadəsində
olan həyətyanı
və bu kimi digər torpaqların
sənədləşdirilməsi, müxtəlif xəritələrin
hazırlanması və kartoqrafiya işləri,
müxtəlif dövlət proqramlarında komitənin
iştirakından da söz
açıb.
Azərbaycan-Rusiya sərhədi üzrə delimitasiya prosesi başa çatdırılıb
Azərbaycanda 2010-cu il ərzində 30 398 vətəndaşın
adına fərdi qaydada yaşayış
evi və bağ sahələrinə görə
plan və ölçü sənədləri
hazırlanaraq təqdim olunduğunu deyən komitə sədri
Qərib Məmmədov bildirib ki, indiyədək komitə tərəfindən
2 637
yaşayış məntəqəsi üzrə 801 688 vətəndaşın
adına kompleks və
fərdi qaydada şəhadətnamə,
551 yaşayış məntəqəsi üzrə isə 190
635 vətəndaşın adına kompleks
qaydada plan və ölçü sənədi
verilib. İclasda bildirilib ki, 2010-cu ildə
1 370 torpaq qanunvericiliyinin
pozulması halı müəyyən
edilib ki, bundan 451 hal xəbərdarlıq edilməklə
aradan qaldırılıb, 919 inzibati xəta halı ilə bağlı protokol
tərtib edilib.Q. Məmmədov
bildirib ki, ötən
il ərzində ölkənin bələdiyyələri
üzrə 1 773 hərrac və müsabiqə təşkil olunub. Dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyasından danışan komitə
sədri qeyd edib ki, ötən il ərzində uzunluğu
390 km olan Azərbaycan-Rusiya sərhədi üzrə delimitasiya prosesi başa çatdırılıb və “Sərhəd
müqaviləsi” imzalanıb. Bundan başqa, uzunluğu 480 km olan Azərbaycan-Gürcüstan
sərhədi üzrə 300 km hər iki tərəfin
dövlət komissiyaları tərəfindən
razılaşdırılıb, qalan hissəsi üzrə
işlər aparılıb.
Komitədə “qaynar
xətt” fəaliyyət
göstərir
İclasda Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri
Ramiz Mehdiyevin 2011-ci il 27 yanvar tarixində keçirdiyi iclasda verdiyi tapşırıqlarla bağlı komitədə
bu istiqamətdə həyata keçirilən tədbirlərə
də toxunulub. Qərib Məmmədov
hələ Prezidentin
2004-cü il 3 sentyabr tarixli 377 nömrəli sərəncamı ilə
təsdiq edilmiş “Korrupsiyaya
qarşı mübarizə üzrə
Dövlət Proqramı (2004-2006-cı illər)” çərçivəsində
komitə tərəfindən torpaq sahələrinin ayrılmasında
şəffaflığın təmin edilməsi məqsədi
ilə görülmüş təxirəsalınmaz tədbirləri, o
cümlədən ilk
olaraq komitənin təklifi əsasında
bələdiyyə torpaqlarının yalnız müsabiqə
və ya hərracla mülkiyyətə və icarəyə verilməsi
barədə qanunun qəbul
olunmasını, torpaq müsabiqələri
və hərraclarının
təşkilatçısı olaraq komitənin əmri ilə
yaradılmış 5 nəfər tərkibdən ibarət torpaq müsabiqə və hərrac komissiyalarının tərkibinin
yalnız 2 nəfərinin komitə əməkdaşlarından
ibarət olduğunu və
şəffaflığın təmin edilməsi
məqsədi ilə qalan 3 nəfərin isə birinin
ictimaiyyət nümayəndəsindən,
birinin bələdiyyə
assosiasiyalarının nümayəndələrindən,
birinin isə yerli icra hakimiyyətinin
nümayəndəsindən ibarət olduğunu iştirakçıların
diqqətinə çatdırıb. Eləcə də Prezidentin müvafiq sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın artırılması
və korrupsiyaya qarşı
mübarizə üzrə milli
strategiyanın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı
(2007-2011-ci illər)” əsasında
komitədə təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il tarixli
376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin-müraciət,
ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların
aparılması, elektron poçt
vasitəsilə ərizə və şikayətlərin
qəbulu işinin təşkili, məlumat
əldə edilməsi qaydalarının və
üsullarının, məlumat əldə edilməsi üzrə
məsul olacaq struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi,
hesabatlarda dövlət
qulluğuna qəbul və qulluqla
bağlı digər
məsələlərin əks etdirilməsi, budcə, ərizə
və şikayətlərə baxılması, şəffaflığın
artırılması və korrupsiyaya
qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlərə
dair hesabatların hazırlanmasının icrasının daim nəzarətdə saxlanılması ilə bağlı
tapşırıqlar verilib. Həmçinin hesabatların dərc edilməsi
və ictimaiyyətə açıqlanması, şəxslərin
birbaşa daxili nəzarət orqanlarına müraciət
imkanlarının yaradılması, daxili nəzarət orqanları
tərəfindən müraciətlərə operativ
və qısa müddət
ərzində baxılması, daxili nəzarət qurumları tərəfindən aşkar edilən korrupsiya cinayətləri barədə
hüquq-mühafizə orqanlarının məlumatlandırılması,
komitənin aparatında və struktur bölmələrində ödənişlərin
plastik kartlar vasitəsilə ödənilməsinin təmin
edilməsi, “qaynar xətt”ə daxil olan
məlumatlarla əlaqədar
operativ tədbirlərin görülməsi, rotasiya sisteminin tətbiq ediləcəyi
sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsinin və s.
icrasının daim nəzarətdə
saxlanılması, korrupsiyaya gətirib çıxara
biləcək halların əvvəlcədən müəyyən
edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata
keçirilməsinin təmin edilməsi üçün
aidiyyəti rəhbər
vəzifəli şəxslərə və komitənin
tabeliyində olan icraçı
struktur vahidlərinin rəhbərlərinə
ciddi tapşırıqlar
verilib.Q.Məmmədov onu
da vurğuladı ki, komitədə korrupsiyaya qarşı mübarizə
üzrə komissiya yaradılıb
və “qaynar xətt” fəaliyyət
göstərir: “Vətəndaşlar
üzləşdikləri neqativ hallarla bağlı həm
komissiyaya, həm də “qaynar xətt”ə müraciət edə bilərlər. Məqsədimiz
korrupsiya və özbaşınalığa səbəb olan amilləri kəsməkdir.
“Qaynar xətt”lə əlaqə: 4325526”. Komitə sədri onu da qeyd
edib ki, artıq bələdiyyələrin
özbaşına torpaq satmasına
son qoyulub: “Bilirsiniz ki, artıq torpaqlar hərraclarda
satılır”.
Nigar
Palitra.- 2011.- 8 fevral.- S.
10.