«Böyük həyat
arzuları ilə yaşadığım bir vaõtda qəlbimdə
düşmənə hədsiz nifrət baş
qaldırdı»
Şükufə Musayeva: «Əlimə silah alıb
könüllü döyüşə qatıldım»
Şükufə Musayeva - 1966-cı il aprelin
23-də Bərdə rayonunda
anadan olub. 1968-ci ildə Şuşa
Mədəni-Maarif Məktəbinin
özfəaliyyət teatr
kollektivinin rejissorluq fakultəsinin qiyabi şöbəsini bitirmişdir.
1990-cı ildən Şuşa Dövlət
Musiqili Dram Teatrının
aktrisasıdır.
1991-1993-cü illərdə Qarabağ uğrunda gedən ağır döyüşlərdə
iştirak etmişdir. II qrup müharibə
əlilidir. Ş.Musayevanın neçə-neçə tamaşada yaratdığı
rollar hafizələrdə
unudulmaz izlər buraõmışdır.
Onun sevə-sevə yaratdığı Telli («Arşın mal alan», Ü.Hacıbəyov), Nailə
(«Özümüz bilərik»
S.Ələsgərov və
Ş.Qurbanov), Nisə
(«Durna» S.Rüstəmov
və S.Rüstəm),
Gülcamal («Ayının
min bir oyunu» S.Qənizadə), Sona õanım («Dağılan tifaq»
Ə.Haqverdiyev), Güləndam
nənə, («Şuşa
dağlarını duman
bürüyüb» Elçin),
Susanna («Aydın»C.Cabbarlı), Şərəf õanım («Tamahkar» S,S,Aõundov) və s. obrazları müõtəlif
səpkili olsa da, aktrisa bu
rolların öhdəsindən
bacarıqla gəlmişdir.
Şükufə Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental
tamaşalar festivalında
Ana («Addım səsləri,
S.Bekket»), 1999-cu ildə
keçirilən «Milli
klassika» festivalında
Şəhrəbanu õanım («Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli
şah cadukuni məşhur» M.F.Aõundov),
2002-ci ildə keçirilən
A.Şərifzadə adına
«Üfüq-XXI» monotamaşalar festivalında Uşaq «Çiçəklər
açılanda», A.Həsənoğlu),
2005-ci ildə keçirilən
«Boş məkanın
dolğunluğu» teatr
festivalında Qadın
(«Musiqili məktublar, F.Mustafa») kimi müõtəlif
õarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı
tərəfindən diplom
və mükafatlara layiq görülmüşdür.
2000-ci ildən əməkdar artistdir.
Müsahibimiz Şuşa
Dövlət Müsiqili
Dram Teatrının aktrisası
əməkdar artist Şükufə
Musayevadır.
-Şükufə õanım, bildiyimə görə incəsənət
aləminə kino aktrisası kimi gəlmək istəyirdiniz?…
- Bəli. Hələ orta məktəbdə oõuduğum
illərdə arzum kino aktrisası olmaq idi. Lakin tale elə gətirdi ki, teatr aktrisası
oldum. Lakin bir neçə
filmə çəkilmək
qisməti mənə
də nəsib olub. Amma arzulayıram ki,
daha çoõ filmlərə
dəvət alım.
Teatr aktrisası kinoya çəkiləndə də
maraqlı olur.
- Maraqlı və
mənalı ömür
yolu keçmisiniz. Sənətinizdə ki, öz yerində. Taleyin sərt üzü ilə qarşılaşdığınız
anlar da çoõ
olub. Bəs bu illər ərzində sənət
sizdən nəyi əsirgəyib?
- Düzdür, bir müddət sənətdən uzaq düşdüyüm anlar
olub. Amma sənətim olmasa
bir dəqiqə də yaşaya bilmərəm. Mən bu
sənətlə nəfəs
alıram. Nə qədər
ömrüm var, maraqlı, rəngarəng
obrazlar yaradacağam.
- Şükufə õanım, qanlı-qadalı illərdə əlinizə
silah alıb hərbi geyim geyib könüllü olaraq cəbhəyə yollanmağa sizi nə vadar etdi?
- Hələ məktəbdə oõuduğum illərdə məndə
vətənpərvərlik hissləri çoõ güclü
idi. Oõuduğum kitablardan, televiziya kanallarından görürdüm
ki, Böyük Vətən Müharibəsində
uşaqdan böyüyə
kimi hamı iştirak edib. Bakıda baş verən Qanlı Yanvar hadisələrini əyləşib
kənardan seyr edə bilmirdim. Gözəl,
firavan həyat arzuları ilə yaşadığım bir
vaõtda
qəlbimdə düşmənə
hədsiz nifrət baş qaldırırdı.
Düşmənlər torpaq iddiasına
qalõdığından,
bizi öz yurd-yuvamızdan didərgin
salmaq istədiklərindən
belə qərara gəldim ki, mən də döyüşə yollanım.
Düzü müharibə iştirakçısı
olmağı heç
ağlıma gətirə
bilmirdim. Mən hələ
3 yaşında olarkən
valideynlərim dünyalarını
dəyişdiyindən mənim
bu qərarıma zidd gedən olmadı. Amma bacılarım, qardaşlarım
var idi. Bacılarım dedilər ki,
əgər bizim ailəmiz, uşağımız
olmasaydı, biz də
müharibəyə gedərdik.
Mənim
müharibədə iştirakım
sırf öz istəyimlə olub. Mən müharibə iştirakçısı
ola-ola inanmırdım
ki, torpaqlarımız
əldən gedə.
Hələ indi-indi inanıram
ki, torpaqlarımız
düşmən tapdağı
altındadır. Mən cəbhə
bölgəsində snayperçi
idim. Hər yerdən güllə
sel-su kimi yağırdı. Gözümün qarşısında o qədər
qardaşlarımız ölürdü
ki, buna dözə bilmirdim. Mən özüm də erməni vurmuşam.
Şuşa, Laçın,
Ağdərə istiqamətlərində
vuruşmuşam. Ağdərədə ağır yaralandığımdan
bir ildən çoõ õəstəõanada yatmışam.
Yenidən cəbhəyə qayıtmaq istədim, amma həkimlər icazə vermədilər.
Yaralanmasaydım, hələ yenə
də vuruşacaqdım.
1990-cı ildə Şuşa Dövlət
Musiqili Komediya Teatrının bərpası
oldu və mən həmin teatra qayıtdım. Amma yenə də teatrla cəbhə bölgələrində vuruşan
əsgərlər qarşısında
qastrollara gedirdik.
Özümə bununla təsəlli
tapırdım. Həkimlər icazə versəydilər yenidən cəbhəyə
qayıdacaqdım. Mən ölümdən,
düşmən gülləsinə
tuş gəlməkdən
qorõmurdum.
Bilsəm ki, müharibə
başlayır, əlimə
silah alıb birinci mən gedərəm döyüşə.
Mən canımı boş yerə deyil, Vətən uğrunda qurban verməyə hazıram. Mənimlə birgə cəbhə
bölgəsində vuruşan
qadınlarımız çoõ idi.
Onlar da mənim kimi
heç nədən qorõmurdular.
Həmin
anlar bu gün də kino lenti kimi
gözlərim qarşısında
canlanır. Çoõ təəssüf edirəm ki, qanlı-qadalı illərdə
bəzi gənclərimiz
müharibəyə getməyə
ehtiyat etdilər.
Müõtəlif vasitələrlə
döyüşə qatılmaqdan
yayınanlar da oldu. Mən istəyərdim ki,
hər bir gənc torpağını,
vətənini, canı,
qanı qədər sevsin. Vətəni sevməyən, döyüşdən
yayınan gənclər
nə vaõtsa yaşlaşanda
peşman olacaqlar.
Vətəni öz canından
artıq sevmək lazımdır.
- Bu gün sizi aktrisa kimi narahat
edən əsas problem
nədir?
- Mən naşükürlük etməyi,
özümü öyməyi
sevmirəm. Xoşbəõtəm ki, çoõ sevdiyim
sənətdə əməkdar
artist fəõri
adına layiq görülmüşəm.
Prezident mükafatı alıram.
Şuşa Dövlət Musiqili
Komediya Teatrında saysız-hesabsız obrazlar
yaratmışam. Müharibə iştirakçısı olan
aktrisayam. Əsas problemim
evsiz olmağımdır.
Neçə illər kirayələrdə
yaşamışam. Heç bir
insana uzun müddət kirayələrdə
yaşamağı, evsiz
olmağı arzulamıram.
Bu gün isə
şəraitsiz yataqõanada yaşayıram.
İstəyərdim ki, Azərbaycanda
yeni filmlər çəkilsin. Məni də
filmlərə dəvət
etsinlər. Problemlərdən biri də odur
ki, aktrisaların bəzən arzuları onlarla birgə əbədi qalır, gerçəkləşmir. Filmlərdə maraqlı obrazlar
yaratmaq aktrisa kimi mənim də ən ümdə istəyimdir.
Nədənsə kinorejissorlarının diqqətindən kənarda
qalmışam. Özümün övladım olmasa da teatrda, filmlərdə
daha çoõ ana obrazları yaratmaq istəyirəm. İstəklərim sonsuzdur. Ən əsası gözəl,
səfalı yerlərlə
zəngin Şuşanın,
Laçının, torpaqlarımızın
tezliklə yağı
düşmən tapdağından
azad olunmasını istəyirəm.
...İlk
dəfə idi ki, qarşımda müharibənin qanlı-qadalı
illərində əlinə
silah alıb düşmənlə bir səngərdə vuruşan
aktrisanı görürdüm. Onunla müsahibədən sonra bir şeyə
təəssüfləndim. Şükufə õanım
kimi istedadlı, cəsur, məğrur, mübariz, cürətli bir vətənpərvər
aktrisanı gərək
oõuculara
çoõdan
tanıdaydım. Amma yenə
də gec deyil. Həyat davam edir.
Əminəm ki, Şükufə
Musayevanın çəkdiyi
zəhmət, Vətən
qarşısında göstərdiyi
şücaətlər gec-tez
öz bəhrəsini
verəcək. Yataqõana divarları arasında keçirdiyi günlərə
bir gün son qoyulacaq. Əminəm ki, Şükufə
Musayevaya da nə vaõtsa dövlət
tərəfindən bir
çoõ
sənət yoldaşları
kimi geniş mənzil verilər. Və o bundan sonrakı həyatını sakit və hər bir şəraiti olan mənzildə keçirər. Şükufə õanım,
sizin vətən qarşısında göstərdiyiniz
könüllü şücaətinizi,
aktrisa kimi fəaliyyətinizi, ən
nəhayət, dözümünüzü
alqışlayır, sizə
yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Nisə Rafiqqızı
Olaylar.-2011.-8 iyul.- S.11.