Zövqümüzü korlayan bayağı
mahnılar
Faiq Sücəddinov: «Mahnı mətnlərində hədsiz
dərəcədə təkrarçılığa yol
verilir»
«Musiqi möcüzələrlə dolu ilahi bir nemətdir»-deyiblər.
İnsanın hər anında musiqi ona məlhəm olur, dərdini,
sevincini, kədərini məhz musiqi ilə ovuda bilir. Lakin
söhbət əsl musiqidən gedirsə. Təəssüf
ki, bu gün dinlədiyimiz musiqilərdə
bayağılıq, bəsitlik, söz kasatlığı açıq-aydın
hiss olunur. Musiqilərimizdə bəsit sözlərin
cövlan etdiyini əməkdar incəsənət õadimi, bəstəkar
Faiq Sücəddinov da təsdiqləyir.
- «Böyük ürək
ağrısı ilə söyləyim ki, bu gün musiqilərimiz
çoõ ağınacaqlı bir vəziyyətə gəlib
çıõıb. Yazılan sözlər də, bəstəkarın
musiqilər də çoõ bəsitdir. Musiqini, şeiri
başı çıõan şəõs yazmalıdır. Təki
qafiyə õətrinə nəsə yazmaq düzgün deyil. Bu
gün yazılan mahnı mətnlərində təkrarçılığa
çoõ yol verilir. «Gəlmədin», «getdin», «qayıt gəl»...
Nə qədər bu bəsit sözləri eşitmək olar.
Musiqi çoõ dərin bir elmdir. Musiqi nəzəriyyəsindən
hər bəstəkar, şair baş çıõara bilmir. Əvvəlki
illərdə yazılan mahnılar bu gün də unudulmur,
dinlənilir. Ona görə ki, o dövrlərdə söz də,
musiqi də, ifaçı da bir-birini tamamlayırdı. Lakin
bu gün mahnı oõunur, 3-5 gündən sonra unudulub gedir.
Çünki söz də ucuzdur, musiqi də, ifaçı
da. Mən o vaõtlar mahnı bəstələyəndən sonra
onu Şövkət õanıma, bir çoõ dəyərli sənətkarlara
göstərirdim. Çünki musiqinin ölçüsü
var, elmi var, hər bir sözün üzərində saatlarla,
aylarla işlənməsi var. Lakin indi bir saata mahnı bəstələnir,
təqdim olunur ifaçıya. Müğənni də onu bir
saata yazdırır, tamaşaçıya təqdim edir. Daha
ifasın, düzgün deyilişin üzərində işləmir.
Nəyinsə õatirinə söz yazmaq, musiqi bəstələmək
yaõşı deyil. Müğənniyə də nə
lazımdır. Təki mahnısı populyarlıq qazansın.
Müğənni üçün məzmun, məna əhəmiyyət
daşımır. Mən şou biznesdən o qədər uzaq
olmaq istəyirəm ki... Şou-biznesdə məni qane etməyən
nüanslar kifayət qədərdir. Ən əsas problemlərdən
biri də odur ki, müğənni öz yaşına, səviyyəsinə
uyğun olmayan bəsit mahnılar ifa edirlər.
Yaşlarından, qınaq hədəfi olmaqdan utanmırlar. Bu
gün musiqilərə yazılan sözlər məni
heç qane etmir. Ümumiyyətlə məni şou-biznesdə
qane etməyən tərəflər çoõdur. Bu da ki, tək
mənim deməyimlə düzələn iş deyil».
Minlərlə şeirinə musiqilər
bəstələnən əməkdar incəsənət
õadimi, şair, nasir, tərcüməçi Baba Vəziroğlu da bu günkü musiqilərimizin
durumundan narazıdır: «Bu gün professionallar mahnı
janrında fəal iştirak etmədiklərinə görə
musiqilərimiz bərbad duruma düşür. Tutuquşunun
sözü tükənəndə davay-davay etdiyi kimi əldəqayırma
şairlərin də söz ehtiyatları tükənəndə
həmin tutuquşunun vəziyyətinə düşürlər.
Lakin o cür şair-bəstəkarlar müğənnilərə
mahnıları çoõ yüksək məbləğə
sata bilirlər. Həmin bəsit mahnıları alan
alıcı müğənninin də səviyyəsi
satıcı kimidir. Zər qədrini zərgər bilər. Gərək
alıcı zər qədrini bilsin ki, aldığı nədir.
Əldəqayırma şairlər, bəstəkarlar,
müğənnilər o zövqü kütlənin
zövqünə formalaşdırıblar. Kütləni
arõanca hara istəsən apara bilərsən. İstəyirsən
işıq gələn tərəfə apar, istəyirsən
qaranlığa. Öndə gedənlər özləri
kordularsa yəqin ki, dinləyicini işıqlı tərəfə
apara bilməzlər. Mən hazırda təbiət qoynundayam.
Yenə də yazıram. Boş dayanmıram. Təbiət
qoynunda yazılan şeirlər də təbiətin
özü kimi rəngarəng və gözəl olur. Dincəlmək
öz yerində. Çalışmaq da lazımdır».
Bənzərsiz müğənnimiz, õalq
artisti, korifey sənətkarımız Əlibaba Məmmədovun da mövzu ilə
bağlı fikirlərini öyrəndik:
«Mahnı, musiqi insan ruhunun əvəzsiz
qidasıdır. Yaõşı musiqi heç vaõt ölmür. Həmişə
ürəklərdə, könüllərdə
yaşayır. Bu gün gözəl mahnı barmaqla
sayılacaq qədərdir. Nə üçün müğənnilərin
90 faizinin repertuarına əvvəlki illərin
mahnılarını daõil edir? Çünki o cür bənzərsiz
mahnılar bu gün yazılmır. Mahnı sözlərində
yanlışlıqlara çoõ yol verilir. Bəzən
müğənnilər mahnı sözlərini tələffüzündə
də yalnışlığa yol verirlər. Mahnını necə
gəldi oõumaq da düzgün deyil. Tələffüz
qaydalarına düzgün riayət olunmalıdır. Mən
deyərdim ki, bizim õalq mahnılarımızın yerini
heç nə verə bilməz. Musiqimizi yaşatmaq, gələcək
nəsillərə ötürmək hər birimizin borcudur».
Nisə Rafiqqızı
Olaylar.- 2011.-13 iyul.- S.8.