"Təbəssüm”
küçələrdə qalıb
Əminə Musayeva:
"Adımız dünya
festivallarından gəlir, amma yerimiz yoxdur”
Bu günlərdə
Ukraynanın paytaõtı Kiyev
şəhərində «Günəşli
şabalıd» II
Beynəlõalq Xeyriyyə Festivalı keçirildi.
Festivalda Azərbaycanı
Dövlət Musiqili Komediya
Teatrının nəzdində fəaliyyət
göstərən Yaradıcılıq Studiyasının «Təbəssüm»
rəqs qrupu təmsil
etdi. Həm də iyunun
1-də «Təbəssüm» rəsq
qrupunun 11 yaşı tamam olub. Bu səbəbdən qrupun rəhbəri
Əminə Musayeva ilə görüşmək qərarına
gəldim. Bunun üçün “Təbəssüm”ün məskunlaşdığı
189 saylı orta məktəbə yollandım. Orada
gördüklərim elə də ürəkaçan
olmadı.
Çünki məktəb təmirə
bağlandığından qrupun kollektivi həmin məkanı
tərk edirdi. Lakin hara? Hələ ki, heç kim bilmir.
Otağa daõil olarkən divarın demək olar ki, hər tərəfini
əhatə edən diplomları gördüm. Dünyanı
qarış-qarış gəzən rəqs qrupuna ayrıca
bina verilsə yəqin nəhayət ki, «Təbəssüm»ün
də üzündən təbəssüm heç vaõt əskik
olmaz. Əminə õanım söhbətə qrupun əldə
etdiyi nailiyyətlərlə başladı:
- İyunun 1-də «Təbəssüm» rəqs
qrupunun 11 yaşı tamam oldu. Bu on bir ilin ərzində
bir çoõ uğurlara
imza ata bildik. Bizim qrupda
nizam-intizam var. İşimizə
necə gəldi yoõ, ürəklə yanaşırıq.
Hazırda kollektivdə
4 yaşından 16 yaşına
qədər 120 nəfər
üzvümüz var. Həm
oğlanlar, həm qızlar. Beş müəllimimiz var. Biz hər
bayramı təntənə
ilə keçiririk. Yeni ildə, Novruz bayramında və iyunun 1-də böyük konsertlərimiz
olur. Bu 11 ilin ərzində «Təbəssüm»
20 dəfə beynəlõalq festivalda
olub. Uğurlarımız
çoõdur.
Avstriya, Almaniya, Gürcüstan, Ukraynada konsertlər vermişik. «Dünyanı yaõşılığa doğru dəyişdirək»
festivalında qızıl
medala layiq görülmüşük. Həmin
o festivala biz sözləri
Aleksandr Nikuşinaya, musiqisi Eldar Mansurova məõsus olan mahnı aparmışdıq.
Həmin mahnı festivalın himninə çevrilib. Ukraynanın Simferopol şəhərində
Diaspora təşkilatı ilə
birlikdə Azərbaycanın
mədəniyyət günlərini
keçirmişik. Azərbaycanlı
uşaqlarımız həmin
şəhərdə 2 saat
konsert nömrəsi ilə çıõış ediblər.
Hər il Türkiyədə TRT-nin õətti ilə keçirilən
«23 Nisan Cocuq Festivalı»nda artıq 8 ildir ki, «Təbəssüm»
də iştirak edir. Türkmənistanda festivalda I yer tutaraq diploma layiq görülmüşük. Azərbaycanda
keçirilən Uşaq
Teatr Festivallarında iştirak etmişik. «Büllur çəkməçik»
tamaşasına görə
diplomla təltif olunduq. Bütün dövlət tədbirlərində,
kimsəsiz uşaq evlərində konsertlərdə
çıõış
edirik. Onları öz konsertlərimizə
çağırırıq. Keçən ilin iyununda biz TÜRKSOY-un dəstəyi
ilə İtaliyaya festivala getdik. Mayın 25-də Ukraynaya II Beynəlõalq
«Günəşli şabalıd»
festivalına dəvət
aldıq. 18 nəfər
uşaq getmişdi. Festivalda Belorus, Turkiyə, Koreya, Rusiyadan uşaqlar var idi.
Açılış İvan Franko adına Dram Teatrında
baş tutdu. Balaca rəqqaslarımız
həmçinin Kiyev şəhərində keçirilən
«Paytaõt
günləri» tədbirlərinə
də qatılaraq Azərbaycan milli rəqslərini ifa etdilər.
«Təbəssüm» bu
festivalda Ukrayna Mədəniyyət Nazirliyinin,
Kiyev şəhər merinin və Xoreoqrafiya Birliyinin õüsusi diplomlarına layiq görülüb. Festival çoõ böyük
təntənə ilə
keçdi. Ukraynada
professional Xoreoqrafiya Birliyi
var. Təəssüf edirəm
ki, bizdə hələ ki, belə birliklər yoõdur.
Ukraynada bizim uşaqların çıõışına heyran
qalmışdılar. Mən çoõ
şadam ki, Azərbaycanı orada sürəkli alqışlarla,
gözəl qarşıladılar.
«Eurovision» yarışmasında ölkəmiz I yer qazandığına görə bütün maraqlar Azərbaycana yönəlmişdi. Biz «Eurovision»-da ayın
15-də qələbə qazandıq, 25-i artıq Ukraynada idik.
Azərbaycan mədəniyyətini
kiçik rəqqaslar
elə yüksək səviyyədə
nümayiş etdirdilər ki, hamı dedi halal olsun. Biz nəyə
qadir olduğumuzu göstərdik. Elə adam var deyir, amma
göstərmir. Uğurlarımız göz
qabağındadır. Özünüz
diplomlarımızı görürsünüz. Mən
İctimai və AzTV kanalına televiziya dəstəyinə
görə təşəkkür edirəm.
-Xarici ölkələrin
festivallarından danışdınız. Bəs
Azərbaycanda necə,
uşaq festivallarının
keçirilməsi mümkündür?
-Çoõ istəyərdim
ki, Azərbaycanda da uşaq festivalları
keçirilsin. Lakin bizdə maddi imkan yoõdur. Əgər kimsə desə ki, biz sponsorluq edirik, təşkil etməyi mən
boynuma götürərəm. Amma bizdə festivalların keçirilməsi üçün
o qədər imkan yoõdur. Otellər çoõ bahadır.
Uşaqları gətirmək, yerləşdirmək çətindir.
Yeməklərini verə bilərik. Amma onları
marşrutlarla aparmaq, gətirmək, bunların hamısı
pul tələb edir. Hər dəfə düzgün deyil ki,
biz valideynə deyək ki, pul ver. Aõı hər valideyndə
də pul yoõdur. Mən
görürəm ki, rəqsə gələn uşaqlar elə
də imkanlı ailələrdən gəlmirlər. Oğlan
uşaqları lap ortadan aşağı yaşayırlar. Mənim
52 oğlan uşağım var. Cabir Rzayevə təşəkkür
edirəm. O çoõ gözəl müəllimdir. Uşaqlarla
çoõ
gözəl rəqs apara, onlarda həvəs yarada bilir. Biz hər bir uşağın nazı ilə
oturub- dururuq. Rəşidə Məmmədovaya da öz təşəkkürümü
bildirirəm. Uşaqlarla çoõ peşəkar
səviyyədə məşğul
olur, rəqslərə
gözəl quruluş
verir. O elə özü də «Təbəssüm»ün yetirməsidir. İnzibatçı
-Əminə õanım, uşaqlarla işləmək
sizə çətin olmur ki?
- Çoõ çətindir.
Çünki uşaqları aldatmaq olmur. Onlar hər şeyi
gözəl başa düşürlər. «Təbəssüm»
rəqs qrupu mənim ailəmdir. İstər ana-atalar, istər
uşaqlar. Dəstək olmasa heç bir kollektiv yaşamaz. Mən
hələ ki, heç bir təşkilatdan dəstək
görmürəm. Nə etmişəmsə öz zəhmətimlə
etmişəm. Həmin gördüyünüz bu otaqda bilsəniz
nə qədər kostyumlar tikmişik. Biz hamımız
bunları kollektivlə bir yerdə edirik. Bu gün 4000
kostyumumuz var. Nə qədərini də uşaqlar evinə
bağışlamışıq. Qoy «Təbəssüm»ün
bir payı da onlara düşsün.
-Əminə
õanım, etiraf edək
ki, bu gün uşaqlar üçün nə rəqs, nə də
mahnılar demək olar ki, yazılmır.
- Uşaq uşaq rəqsi
oynamalıdır. Uşaqları restoranlara rəqs etməyə
buraõırlar. Bu
düzgün deyil. Mən də anayam. Gedib
qulluqçuluq edərəm,
amma öz balamı restorana buraõmaram.
Bizim qrupun uşaqlarından bir nəfər valideyn deyə bilməz
ki, Əminə õanım
uşaqlardan maddi məqsədlər üçün istifadə
edir. Uşaq uşaq rəqsləri ifa etməlidir, uşaq
kitabları oõumalıdır.
İndiki dövrdə cizgi filmləri, bədii filmlər,
kompüter uşaqların dünyagörüşünə mənfi
təsir edir. Onsuz da televiziyalarda kriminal hadisələri çoõ eşidirik.
Uşaqlar başqa bir aləmdə
yaşamalıdırlar. Mən özüm də sanki
uşaqlarla birgə uşaqlaşıram. Və bu dünyadan
çıõmaq istəmirəm.
Mən həmişə bu balaların əhatəsində
olmaq istəyirəm. Çünki mən onların
simasında təmizlik, saflıq görürəm. Hərdən
olur ki, qrupdakı uşaq iki dəfə dərsə gəlmir.
Anasından soruşuram, deyir ki, õəstə idi. Amma uşaq
deyir ki, anama deyirəm gedək, deyir həvəsim yoõdur. Uşaq
yalan danışa bilmir. Təəssüf edirəm ki, indiki valideynlər uşağa «McDonalds»dan başqa heç nə verə bilmir.
Uşağı teatra, muzeylərə aparmaq lazımdır. O
gün uşaqları muzeyə, Şirvanşahlar Sarayına
aparmışam. Deyirlər ki, Əminə õanım, çoõ
sağ olun. Biz hələ bu yerləri ilk dəfədir görürük.
Bu biabırçılıqdır. Uşaqlardan soruşursan
bir dənə şeir de, bilmirlər. Göyçək
Fatmanı, Qırmızıpapağı, Təpəgözü,
Ağ atlı oğlanı tanımırlar. Uşaqları
zooparka aparmışdım. On iki yaşında oğlan uşağı var qrupda, çoõ gözəl
rəqs edir. Deyir Əminə õala, çoõ
sağ ol. Heç bilmirdim zoopark necə olur. Mən
yalan demirəm. Qrupdakı uşaqlar hamısı mənim
öz balalarımdır. Mən ana kimi danışıram,
Ürəyim yanır, ona
görə bunları
deyirəm. 18 yaşında qız
uşağı ekranda deyəndə ki, mən ərə getmək
istəyirəm, inanın onun yerinə mən utanıram.
Ayıbdı aõı.
Balacalar baõıb
ondan nə ibrət götürəcəklər?
Düzdür, müasir, suveren
dövlətdə yaşayırıq.
Amma müasirliyin də
həddi var. Baõır
harada, necə. Amma 18 yaşında qızın elə söyləməyi
müasirlik deyil. Mənim imkanım
olsaydı, uşaqlarla
çoõ
dərindən məşğul
olardım. Onlar üçün kitablar oõuyardım, tamaşalar təşkil edərdim, kitabõanalara aparardım,
lap onlara dərs də keçərdim. Amma buna imkanım
yoõdur.
Uşaq mahnılarının
yazılmamağında bəstəkarları
qınayırıq. Necə yazsınlar aõı? Mahnını aranjeman etdirməlidirlər.
Ayrıca təşkilat olmalıdır ki, onları dəstəkləsinlər.
Bəstəkar uşaqlara mahnını necə satsın? Deməli
bir şura olmalıdır ki, pul ayırılsın. Elə
fond yaratmaq olar ki, oradan uşaqları beynəlõalq festivallara göndərmək
olsun. Uşaqlar Azərbaycanın sabahıdır. Biz təməli
əvvəldən necə qoysaq, aõıra kimi elə də gedəcək. Nə edə
bildik- bildik. Yoõsa sonra gec
olacaq. Onlar böyüdükcə dünyagörüşləri
dəyişir. Uşaq elə uşaq
olmalıdır. Mən «Təbəssüm»də bunu qoruyub-saõlamağa çalışıram. Bizim öz rəqslərimiz
var. 4 yaşınadək uşaqlar
qrupumuzda «Ördək balası», «Kukla» rəqsi
oynayırlar. Bizdə hər çıõışın öz proqramı var.
Ayın 6-da «Təbəssüm»ün Gənc
Tamaşaçılar Teatrında yekun konserti oldu. 30 rəqs
nömrəsi nümayiş etdirdik.
- Valideyn öz
uşağı üçün qrupa nə qədər pul
ödəyir?
- Hər adam başına 10 manat pul ödəyirlər.
O da hamısı yoõ. Mən sizə siyahını göstərərəm.
Hələ mart ayından
nə qədər uşaq pul verməyib.
Müəllimlərə ayda
ən azı yüz manat pul verirəm. Onların da ailəsi var. Mən bu qrupu yaratdım,
aõıra kimi də saõlamaq istəyirəm.
İnanın, hərdən
istəyirəm əl
çəkim hər şeydən. Amma uşaqlara görə bunu etmirəm. Ayaqqabılarına, corablarına
qədər mən alıb verirəm uşaqlara. Elə olur ki, uşaqların
geyimlərini aparıb
evdə özüm yuyuram. Elə valideyn var ki,
gəlib birinci gün uşağı yazdırır, daha onun aqibəti ilə maraqlanmır. Heç baõmırlar ki,
uşaq nə ilə məşğul olur. Valideynlərlə işləmək çoõ çətindir.
Səni başa düşmürlər. Ukraynadan
uşaqlar gəlmişdi
Bakıya. Mən nazirlikdən õahiş etdim
ki, kimsəsiz uşaqlar evindən əlil uşaqları gətirmək üçün
mənə araba versinlər. Onu da qıymadılar. Ordan-burdan õahiş etdim,
yığışıb özüm
də pul qoyub avtobus tutub
həmin uşaqları
araba ilə R.Behbudov adına Mahnı Teatrına gətizdirdik. İşçilərlə
birlikdə onlara Novruz sovqatı verdik. Burada da kömək etmək istəmədilər.
Bir televiziyaya getdim. Kimsəsiz uşaqlara kömək, sovqat üçün. Müdir elə ağladı, elə ağladı ki, az qaldı çıõarıb aõırıncı pulları cibimdən ona pul verim.
İnanın, evdə
heç nəyim qalmayıb. Hamısını
uşaqlara paylamışam.
Anam, atam mənə çoõ dəstək
olublar. Yayda gedib parça alıb uşaqlara kostyumlar tikdirirəm. Mən günü sabah bu işi
atıb həkimliyə
keçə bilərəm.
Amma ürəyim gəlməz ki, qrupu bu səviyyəyə
çatdırıb sonra
yarı yolda qoyum. Oradan-burdan pul qoparmaq mənlik
deyil. Mənim üçün odur ki, arõamda dəstək olsun, mən işləyim. Asan yolla pul qazanmaq
mənim təbiətimə
yaddır. Rəhmətlik
atam deyirdi ki, sənin 1 manatın da olsa dolan, amma
heç kimin qapısını döymə.
46 yaşına çatmışam.
Bir nəfər şəõs
deyə bilməz ki, mən pul
üçün kimlərəsə
ağız açmışam.
Bildiyiniz kimi Gənc Tamaşaçılar
Teatrı YUNESCO-ya üzv oldu. Azərbaycanda komitə yarandı. Həmin komitəyə «Təbəssüm»ü
də daõil ediblər
ki, böyük layihələr olanda orada iştirak edək. Gördüyünüz
bu uşaq kostyumlarını anam özü biçir. Mən də tikməyi bacarıram. Lazım olanda tikirəm. Kənardan baõanda elə bilirlər ki, bizim milyonlarımız
var. Başqa qruplar dərzilərdə tikdirirlər,
amma biz özümüz
tikirik.
-Əminə
õanım, bəs «Təbəssüm»ün məkan baõımından
gələcək aqibəti
necə olacaq?
-İnşallah, Musiqili Komediya Teatrı açılanda əminəm ki, Əliqismət müəllim
bizi çölə atmaz. Hamı bir yerə toplaşsa
daha çoõ iş görə bilərəm.
Gördüyünüz kimi
artıq əşyalarımızı
yığışdırırıq. Harada məskunlaşacağımızı hələ ki, bilmirik. Bu cür işləmək çətindir.
Amma nə etməli? Biz gördüyünüz
bu 189 saylı binada yerləşirdik. Amma bura təmirə
bağlandığından çıõmaq
məcburiyyətindəyik. Hara getsək puldur. 10 manatla mən hara gedə bilərəm? Azərbaycanda
elə mədəniyyət
evləri var ki, demək olar ki, heç
fəaliyyət göstərmirlər.
Amma yerləri var. Lakin bizim kollektivimizin
adı dünyanın
bir çoõ festivallarından
gəlir. Amma yerimiz yoõdur. Gümanımız
təkcə Musiqili Komediya Teatrına gəlir. Mənə elə gəlir ki, cəmi bir
il gözləmək lazımdır Əliqismət
müəllimi ki, Musiqili Komediya Teatrına qayıdaq. Yenə də bizə gözləmək
qalır. Zərrə-zərrə,
öz əlimin zəhməti ilə yaratdığım qrupun dağılmasını, məhv
olmasını istəmirəm.
Aõı bizi hələ qarşıda çoõ uğurlar,
nailiyyətlər gözləyir.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 9
iyun.- S.13.