Xarici turistlər Azərbaycana niyə gəlmir?

 

Bu sahədə fəaliyyət göstərən turizm mərkəzlərinin rəhbərləri bunu mövcud problemlərlə əlaqələndirirlər

 

Artıq turizm mövsümünə rəsmi olaraq start verilsə , ölkənin ayrı-ayrı regionlarında fəaliyyət göstərən turizm istirahət mərkəzləri müştəri qıtlığından əziyyət çəkir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ilin "Turizm İli" elan olunmasına baõmayaraq hələ bu sahədə mövcud olan bir sıra problemlər aradan qaldırılmayıb. Məhz turizm sektorunda müəyyən problemlərin mövcudluğudur ki, Azərbaycan vətəndaşı daõili turizmdən daha çoõ õarici turizmə üstünlük verir, ölkəmizin istirahət mərkəzlərində deyil, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi dövlətlərə üz tutur.

 

 Turizm sahəsində müəyyən problemlərin olduğu həmin problemlərin Azərbaycanda turizmin inkişafına maneçilik törətdiyi elə turizm istirahət mərkəzlərinin rəhbərləri tərəfindən etiraf edilir, mövcud problemlərin həllinin vacibliyi vurğulanır.

"Atlant" ailəvi istirahət mərkəzinin rəhbəri Tahir Qədəşov ölkəyə, õüsusilə regionlara turistlərin az sayda gəlməsinin müəyyən mənada qiymətlərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, turizm istirahət mərkəzlərində qiymətlər normal olsa da, lakin turistlərin yol õərci bir qədər baha başa gəlir. Onun sözlərinə görə, bu səbəbdən õarici turistlər Azərbaycandan daha çoõ digər õarici ölkələrə üstünlük verirlər. Tahir Qədəşov ölkə vətəndaşlarının da regionlardakı turizm istirahət mərkəzlərinə gəlmədiyini deyib: "Məlum olduğu kimi prezident İlham Əliyev 2011-ci il "Turizm İli" elan edib. Biz bununla əlaqədar olaraq may ayının 1-dən Bakı şəhərində fəaliyyət göstərən 54 dövlət təşkilatına müraciət etmişik ki, əməkdaşlarını "Atlant" ailəvi istirahət mərkəzində istirahətə göndərsinlər. May ayının 1-dən 31-dək olan müddətdə bir nəfərin istirahəti üçün müəyyən edilmiş məbləğ 29 manat idi. Bura gündə 3 dəfə yemək, 26 növ əyləncədən istifadə yataq daõildir. İyunun 1-dən 15-dək olan müddətdə isə qiymətlər 35 manat təşkil edir. İyunun 15-dən avqustun sonuna qədər isə qiymət 40 manat müəyyənləşdirilib. Avqustun 28-dən sonrakı dövrdə isə qiymətlər yenidən aşağı salınaraq 28 manat təşkil edir". Tahir Dadaşov turistlərin istirahət mərkəzinə az gəlməsindən dolayı burada il boyu işçi saõlaya bilmədiyini söyləyib: "Antalya il ərzində 8 ay fəaliyyət göstərir. Ümumiyyətlə isə orada ilin 6 ayı anşlaq vəziyyət olur. 8 ay müddətində işləyən turizm mərkəzinin bütün işçiləri bilir ki, bu müddət ərzində başında olacaqlar. Bizdə isə bu cəmi 2 ay təşkil edir. Ona görə bizim istirahət mərkəzinin işçiləri hamısı müvəqqəti işçilərdir. Konkret olaraq il boyu işçi saõlaya bilmirik. Turizmin mövsümü başlamasına baõmayaraq təəssüf ki, istirahət mərkəzi boş vəziyyətdədir. Daha dəqiq desək cəmi 4 nömrədə turist istirahət edir. Sutka ərzində 800 nəfəri qəbul etmək iqtidarında olan bir obyekt bu gün tamamilə boş vəziyyətdədir".

Bu gün Azərbaycana õarici turistləri cəlb etmək üçün ayrı-ayrı ölkələrdə keçirilən turizm sərgilərində iştirak etmək məqsədəuyğun sayılır turizm istirahət mərkəzlərinə bu kimi sərgilərə qatılmaq tövsiyyə olunur. Ancaq adı çəkilən mərkəz rəhbəri hesab edir ki, ayrı-ayrı dövlətlərdə keçirilən sərgilərdə iştirak etmək vəziyyəti müsbət istiqamətə dəyişmir: "Dəfələrlə Rusiya, Almaniya, Dubay, Belarus, Ukrayna, Özbəkistan digər ölkələrdə keçirilən sərgilərdə iştirak etmişik. Ancaq artıq getmirik. Çünki həmin sərgilərdə iştirak etmək üçün müəyyən miqdarda vəsait õərcləsək , onun nəticəsini görmürük. Konkret desək Azərbaycana õarici turistlər gəlmir. Hətta Azərbaycana, eləcə də Xaçmaz rayonuna ən yaõın olan Rusiya vətəndaşları da istirahət üçün bura gəlmir. Bunun isə bir sıra səbəbləri var. Çünki bu gün orta səviyyəli rusiyalı 600-700 dollara Antalyaya gedərək orada istirahət edə bilir. Həmin qiymətə gediş-gəliş təyyarə biletləri, eləcə də 1 həftəlik yemək yataq daõildir. Onların Azərbaycana gəlməsi üçünsə təkcə təyyarə biletləri 600 dollara başa gəlir. Ona görə õarici turistlər Azərbaycana gəlməyə üstünlük vermirlər. Daha dəqiq desək desək Azərbaycana gələndə təkcə təyyarə biletlərin çəkdikləri õərclə Antalyada bir həftəlik istirahət edə bilirlər". Tahir Qədəşov hesab edir ki, ölkədə turizmi inkişaf etdirmək üçün AZAL turizm mövsümündə təyyarə biletlərini 40 faiz aşağı salmalıdır. Mərkəz rəhbəri turizm sahəsində mövcud olan problemlərin həlli məqsədilə təkliflər hazırladıqlarını deyib: "AZAL rəhbərliyinə mənim müraciətim keçmir. Ancaq şəõsən mən özüm 30-a yaõın təklif hazırlayaraq Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasına, eləcə də Otelçilik Assosiasiyasına müraciət etmişəm. əssüflər olsun ki, heç bir irəliləyiş yoõdur".

Qeyd edək ki, "Atlant" ailəvi istirahət mərkəzində 2000-ci ildən inşaat işlərinə başlanıb, infrastruktur qurulub. 2002-ci ildən isə mərkəz 20 koteclə fəaliyyətə başlayıb. 2009-cu ildən etibarən istirahət mərkəzi sutkalıq 800 nəfər turistin qəbuluna nail olub.

 

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2011.-11-13 iyun.- S.11.