Əbülfəs Qarayev: “Azərbaycanda
kino istehsalına ötənilki kimi 6 milyon manat ayrılıb”
2011-ci ildə
Azərbaycanda kino çəkilişi
üçün 6 milyon
manat ayrılıb. Bunu
APA-ya açıqlamasında
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, ötən il də Azərbaycanda
kino çəkilişi üçün eyni məbləğdə
pul ayrılmışdı: “Biz də filmlərin büdcəsinin
700-800 min manatdan artıq olmasına imkan vermirik. Ancaq bir-iki
beynəlxalq layihə var ki, büdcəsi 2 milyona yaxın
olacaq. Bu filmlərin xüsusi maliyyələşdirilməsi nəzərdə
tutulur”. Ə.Qarayev onu da əlavə edib ki, dövlət
sifarişi ilə il ərzində iki cizgi filminin istehsalı nəzərdə
tutulur: “Artıq ssenarilər bizə təqdim olunub və biz
bu ssenariləri təsdiqləyəcəyik. Mən onların
adlarını indidən demək istəmirəm, apreldə
açıqlanacaq”.
Olaylar.- 2011.- 4
mart.- S.3.