Dünyanı heyrətləndirən lider

 

Dahilər yalnız bir ölkə bir millət üçün doğulmur. Dahilər ona görə dahidir ki, bütün dünya bu dühanın qarşısında baş əyir. Azərbaycan õalqı dünya tariõinə Heydər Əliyev kimi bir dahini bəõş etməklə bunu bir daha isbatlamış oldu. Ümummilli lider Heydər Əliyev  cismən bizləri tərk etsə də, vəfatından ötən müddət ərzində bu ada duyulan hörmət və məhəbbət  dünya miqyasında tanınmış dahi bir şəõsiyyətin həmvətəni olduğumuzun qürurunu yaşadır.

Son 8 il ərzində dünyanın ən müõtəlif ölkələrində Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin õatirəsinin əbədiləşdirilməsi məqsədilə çeşidli tədbirlər keçirilib. Dünya öz liderinin qarşısındakı heyranlığını məhz belə - dahi Heydər Əliyevin õatirəsini əbidiləşdirməklə ifadə edir. Bu gün Türkiyədə, Rusiyada, Gürcüstanda, Misirdə, İsraildə Heydər Əliyevin adını daşıyan parklar, küçələr salınıb, abidələr ucaldılıb. Bunlar dünyanın Azərbaycanı dünyaya tanıdan, zamanın və tariõin üzünü Azərbaycana çevirən dahi Heydər Əliyevə sayğısının təzahürüdür. Bu yazımızda sizi müõtəlif ölkələrdə Heydər Əliyevin adının əbədiləşdirilməsi məqsədilə görülən tədbirlərlə tanış edəcəyik.

 

*****

 

 Azərbaycan – Türkiyə əlaqələrinin mahiyyətini «Bir millət, iki dövlət» sözləri ilə bütünlüklə əhatə edən dahi lider qardaş ölkədə də tanınır, sevilir. Türkiyənin İstanbul şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park salınıb. Açılış mərasimində Prezident İlham Əliyev və õanımı Mehriban Əliyeva iştirak edib. Mərasimdə "Əsrlərə bərabər bir ömür " adlı fotosərgi təşkil edilib.

Sərgidə ümummilli liderimiz Heydər Əliyevin həyatının ən müxtəlif dövrlərindən bəhs edən fotoşəkillər nümayiş etdirilib. Burada dünyanın görkəmli dövlət xadimlərinin Azərbaycanın ümummilli lideri barədə fikirlərinə də geniş yer verilib. Parkda həmçinin Heydər Əliyevin abidəsi ucaldılıb.

 

*****

 

Türkiyənin İzmir şəhərində 500 şagirdin təhsil aldığı liseyə Heydər Əliyevin adı verilib. Bu münasibətlə təşkil edilən mərasimdə direktor Tuna Ok çıõış edərək türk dünyasının dahi liderinin adının liseyə verilməsini mühüm hadisə kimi qiymətləndirib.

 

*****

 

Türkiyənin İzmir şəhərində də türk dünyasının dahi lideri Heydər Əliyevin adını daşıyan park var. Foça rayonunda 75 hektarlıq ərazidə salınan park dostluq və xatirə parkı adlandırılır.  Parkın  salınmasına dair Protokolu Petkim şirkətinin baş direktoru Kənan Yavuz və İzmirdəki Ege Orman Vəqfinin sədri Cem Bakioğlu imzalayıb. Parkda ilk ağaclar ulu öndərin vəfatının altıncı ildönumündə əkilərək Xəzər və Ege dənizlərinin birləşməsi rəmzi daşıyıb.

 

*****

 

Türkiyənin Qars şəhərində də ulu öndər Heydər Əliyevin adını daşıyan park və prospekt olacaq. Ölkəmizin Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə salınacaq parkda Azərbaycan Mədəniyyət Tarixi Muzeyi də inşa olunacaq. Fəvvarə, şəlalə və istirahət yerlərinin də olacağı parkın layihəsi azərbaycanlı memarlar tərəfindən işlənib.

 

*****

 

İsrailin Xadera şəhəri də Heydər Əliyevin adına parkın salındığı şəhərlər sırasındadır. Xadera - İsrailin böyük şəhərlərindən biridir, 100 minə yaxın əhalisi var. Orada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Tel-Əvivin yaxınlığında yerləşir, yaşıl şəhərdir, park isə şəhərin mərkəzindədir.

 

*****

 

İsraildə Heydər Əliyevin adının əbədiləşdirilməsi barədə daha bir qərar ötən il qəbul olunub. İsrailin şəhərlərindəki küçələrdən birinə ulu öndər Heydər Əliyevin adının verilməsi nəzərdə tutulub.

Bu barədə təkliflə Şimon Peres Bakıya etdiyi səfərdən sonra çıxış etmişdi. Heydər Əliyevin adının əslən Azərbaycandan olan insanlarının sayının çox olduğu şəhərdəki küçələrdən birinə verilməsi qərarlaşdırılıb. İsrail Azərbaycanlılarının Koordinasiya Şurası bu təşəbbüsü dəstəkləyib. Şuranın deputat F.Kirşenbauma ünvanladıqları müraciətdə Heydər Əliyevin dahi şəxsiyyət olaraq Azərbaycanın yəhudi icmasına böyük hörmət bəslədiyi,  bu icmanın üzvlərinin ölkənin siyasi, elmi, mədəni, səhiyyə, iqtisadi və sənaye sahəsində aktiv iştirak etməsi üçün əlindən gələn köməyi göstərdiyi vurğulanıb.

 

*****

 

Gürcüstanın paytaõtı Tbilisidə Heydər Əliyev adına meydan və dahi liderin heykəli var. Heykəl Tbilisinin qədim məhəllərindən olan Abanotubanidə Heydər Əliyev adına meydanda ucaldılıb. Heykəl Azərbaycanda hazırlanaraq Gürcüstana göndərilib. Heydər Əliyev meydanı isə Tbilisi şəhər büdcəsinin hesabına tikilib. Heykəlin açılışı mayın 12 - də Azərbaycan prezidenti İlham Əliyev və onun gürcü həmkarı Mixail Saakaşvilinin iştirakı ilə baş tutub.

 

*****

 

Rumıniyanın paytaõtı Buxarestin mərkəzində Heydər Əliyev adına parkın açılması barədə İlham Əliyevin Rumıniyaya səfəri zamanı qəbul olunan qərar da icra edilib. Sahəsi 6 hektardan çox olan Parkın mərkəzində Heydər Əliyevin büstü qoyulub. Parkda 6 musiqili fontan, 100 yerlik amfiteatr və 21 attraksion var. Rumıniyaya səfəri zamanı Prezident İlham Əliyev həmçinin Buxarestin mərkəzində Heydər Əliyev Fondunun nümayəndəliyinin açılış mərasimində iştirak edib. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin açılması ilə bağlı müvafiq sənədlər toplusu Rumıniyanın Elmi Tədqiqatlar Agentliyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, səhiyyə, xarici işlər, ədliyyə, mədəniyyət və təhsil nazirliklərinin, baş nazirin müavininin imzaları ilə təsdiq olunduqdan sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə edilib. Daha sonra qərar Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiqlənərək qüvvəyə minib. Fond ölkədəki ahıllar evlərindən birini hamiliyə götürüb. Həmçinin Buõarestdəki «Renomed Form» tibb mərkəzinin nəzdində fəaliyyət göstərən, Krayova şəhərində yerləşən dializ və nevrologiya klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, 1989-cu il inqilabından sonra Rumıniyada xarici ölkələrin siyasi xadimlərindən yalnız 3 nəfərin - Şarl de Qoll, Mustafa Kamal Atatürk və Heydər Əliyevin abidələri qoyulub. Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparıldıqdan sonra orada xatirə kompleksi, üç uşaq meydançası və idman meydançası yaradılıb. Parkda 30 min çiçək, beş min kol əkilib, sahəsi 4 hektardan çox olan çəmənlik salınıb. Parkda amfiteatr da var.

 

*****

 

Rusiyanın Mari-El Respublikasının Yoşkar-Ola şəhərində «Xalqlar dostluğu» parkında Heydər Əliyev adına bulaq kompleksi inşa edilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu tikili şəhər meriyasının qərarı ilə ən yaxşı kompleks hesab olunub.

 

*****

 

Rusiyanın Ulyanovsk şəhərinin sakinləri də dahi azərbaycanlı liderin adını daşıyan parkda istirahət edə bilərlər. Parkın salınması barədə qərarı şəhər meriyası qəbul edib. Məsələ Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu ilə Ulyanovsk meriyası arasında razılaşdırılıb. Həmçinin şəhər məktəblərinin birində Azərbaycan tarixi və mədəniyyəti muzeyi açmağı və Azərbaycan dilinin öyrənilməsi üzrə xüsusi sinif yaratmaq da qərara alınıb. Parkın Açılış mərasimində Azərbaycan və Rusiya prezidentləri iştirak edib. Azərbaycanın dövlət başçısı bildirib ki, Ulyanovskda Volqa üzərindəki körpünün açılması və Heydər Əliyevin adı verilən, eləcə də heykəli qoyulan meydan iki ölkə arasındakı dostluğun yaxşı göstəricisidir. Rusiya Prezidenti isə Heydər Əliyevin bu körpünün inşasına dair böyük töhfələrini qeyd edərək körpünün işə salınmasını Heydər Əliyevin özünəməxsus abidəsi kimi dəyərləndirib.

 

*****

 

Ukraynanın paytaõtı Kiyevdə də Heydər Əliyevin heykəli ucaldılıb. Ukrayna Azərbaycanın dahi oğluna olan rəğbətin həmçinin sosial tədqiqat institutlarından birinə Heydər Əliyevin adının verilməsi ilə ifadə edib.

 

*****

 

 Misir təkcə Azərbaycanın yoõ, bütün dünyanın hörmətlə õatırladığı Heydər Əliyevin õatirəsinin əbədiləşdirildiyi ölkələr sırasına daõil olub. Belə ki, ölkənin paytaxtındakı Qanatr xeyriyyə parkında ümummilli liderimiz, türk dünyasının ulu öndəri Heydər Əliyevin heykəlinin açılış mərasimi keçirilib.

 

*****

 

Latviyada fəaliyyət göstərən «Azəri-Vəhdət» cəmiyyətinin təşəbbüsü ilə Riqa şəhərində Heydər Əliyev adına park inşa edilib. Şəhərin mərkəzi küçələrinin birində, 31 min kvadrat metrlik ərazidə salınan parkda Heydər Əliyevin abidəsinin qoyulması, onun həyat fəaliyyətini və tariximizi, mədəniyyətimizi əks etdirən muzeyin tikilməsi planlaşdırılıb. 

 

*****

 

Serbiya da dahi liderin adının əbədiləşdirilməsi istiqamətində tədbirlərin görülməsi barədə qərarların qəbul edildiyi ölkələr sırasındadır. Belə ki, Belqradın “Taşmaydan” parkında Heydər Əliyev heykəlinin ucaldılması barədə qərar Serbiyanın siyasi rəhbərliyinin dəstəyi ilə Belqrad Meriyası və Şəhər Şurasının iclasında qəbul olunub. Ərazisi 8 hektar olan, paytaxtın tam mərkəzində yerləşən və ən gözəl guşələrindən sayılan “Taşmaydan” parkı belqradlıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanıdır. İki ölkənin memarlıq üslub və ənənələrini əks etdirəcək “Taşmaydan parkı” Azərbaycan və serb xalqları arasında əbədi dostluq rəmzi olacaq.

 

*****

 

  Almaniyanın məşhur politoloq "Mayer Mint" şirkəti tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonlar hazırlanıb. "Mayer Mint" şirkətinin rəhbəri Bernard H.Mayerin bildirdiyinə görə, bu medalyonlar şirkətin ən son kolleksiyalarındandır. Şirkət Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonları istehsal etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb. 1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza ana, ABŞ-ın keçmiş prezidenti Con Kennedi, şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da var. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160 - dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilmiş medalyonlar da dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilir.

 

  ****

 

Hollandiyada Zambaqların Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin adına zanbaq yetişdirilib. Zanbağın sertifikatının ilk sõəsi Prezident İlham Əliyevə təqdim edilib. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlõalq Reyestr təşkilatına, digəri isə Hollandiyada Zambaqların Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim olunub.

 

*****

 

 Hollandiyada həmçinin üzərində Heydər Əliyev Fondunun emblemi təsvir olunmuş poçt markaları buraxılıb. Ölkənin rabitə nazirliyi tərəfindən rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun emblemi təsvir olunmuş poçt markaları Hollandiyada maraqla qarşılanıb. Markaların üzərində emblemin təsviri ilə yanaşı, ingilis dilində politoloq "Heydar Aliyev Foundationpolitoloq " sözləri yazılıb.

 

*****

 

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Çindəpoçt markaları buraõılıb. Markada Bakının geniş panoramı və Azərbaycanın dövlət bayrağı fonunda dahi rəhbərin heykəli əks olunub. Nəfis tərtibatı ilə fərqlənən rəngli poçt markası maraqla qarşılanıb.

 

*****

 

  Amerikanın Klivlend şəhərindəki «Mədəniyyətlər bağı»nda Heydər Əliyevin heykəlinin qoyulması təklifi səsləndirilib. Dünyada yeganə olan bağda dünyanın əksər ölkələrinə aid sahələr var. Burada ərazinin təmsil etdiyi dövlətlərin tarixi ilə bağlı abidələr, tanıdıcı lövhələrlə zəngindir. Mədəniyyətlər bağında Azərbaycan guşəsi də var. Burada üstünə "Azərbaycan - Odlar Yurdu" yazılmış daş lövhə, milli birliyi əks etdirən böyük bir cam qoyulub, bağda Azərbaycan bayrağı dalğalanır. Azərbaycan bağı mayın 10 – da, Heydər Əliyevin ad günü münasibətilə salındığından orada dahi liderin heykəlinin qoyulması təklif olunur.

 

  *****

 

Londondakı məşhur Madam Tüsso MuzeyininDünya liderlərisalonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl - fiquru qoyulub. Azərbaycan Rusiyadan sonra bu muzeydə təmsil edilən ikinci MDB ölkəsi olub. Açılış mərasimində ümummilli liderin nəvəsi Arzu Əliyeva iştirak edib. Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Rocer Tomas Heydər Əliyevlə bağlı õatirələrini danışıb. Heydər Əliyevin mum heykəl - fiquru üzərində Madam Tüsso Muzeyinin təşəbbüsü ilə başlayaraq ulu öndərin ailə üzvləri və Heydər Əliyev Fondunun britaniyalı mütəxəssislərə böyük köməyi sayəsində ərsəyə gəlib. Mum - fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys kraliça II Elizavetanın və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifi olub. Onun sözlərinə görə, əsnasında Heydər Əliyev haqqında geniş informasiya əldə etmək üçün Bakıya gəlib, Heydər Əliyev Fondunda olaraq arxiv materiallarını öyrənib. Fiqur üzərində yarım il çəkib. Ümummilli liderin heykəl - fiquru onun boyu hündürlüyündə hazırlanıb. Əynində smokinq, köynək və yaxasında kəpənək-qalstuk var. Heydər Əliyevin müdrik baxışları uzaqlara dikilib, üzündə yüngül təbəssüm, qamətində arxayınlıq və əminlik hiss edilir. Qoluna ulu öndərin sağlığında gəzdirdiyi saat taxılıb.

Məlumat üçün bildirək ki, 1835-ci ildə fransalı xanım Mari Tüssonun şəxsi mum fiqurlar kolleksiyası əsasında yaradılmış Londonun bu məşhur muzeyi Britaniya paytaxtının görməli yerlərindən biri sayılır. Muzeyə və onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq və Şanxaydakı şöbələrinə hər il on milyonlarla tamaşaçı gəlir.

 

 

Elnarə

 

Olaylar.- 2011.- 7-10 may.- S.9.