Tənha salondakı dirijor
“Mənim bütün əsərlərim - dramaturgiyam da, poeziyam da bir şeirdir.
Və hələ
bitməyib.”
Vaqif Səmədoğlu
I pərdə
“Uşaq vaxtı həmişə istəmişəm ki, qoca kişi olum, heç kim mənə deməsin ki, onu eləmə , bunu elə”.
Müəllifin daxili aləmini bu cümlədə axtarası
olsaq, nə tapa
bilərik? Birincisi, azad
olmaq sevdası, köləliyə
nifrətamiz münasibət. Çünki heç kimin ona buyruq verməsi, nəsə qulluq tələb
etməsini həzm edə bilmir.
İkincisi, bu azadlıq içərisində əldə edilmiş və
yaşanılmış məsumluq,
saflıq, səmimilik. Çünki, uşaq ikən
qocalmağı arzu etmək bir növ həmin şəxsin
müdrikliklə qatışmış məsumluğunun gəstəricisidir.
Çünki, bu arzunu, yəni bu göstəricini hər kəs
öz həyatında tətbiq edə
bilmir. Vaqif Səmədoğlunun
kimliyini , daxili aləmini açmaqdan ötəri təbii ki, bu cümlə kifayət
etmir. Amma şair həyatının
dərinliyindən gəldiyindən, mahiyyətindən pərvaz
etdiyindən ilkin
tanışlıq
üçün qənaətbəxş saymaq olar.
Birinci pərdəni bağlamamışdan əvvəl qəhrəmanın
avtobioqrafiyası ilə tanış olmaq yerinə düşərdi; Vaqif
Səməd oğlu (Vaqif Səmədoğlu) — şair,
dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Əməkdar
incəsənət xadimi (1989) və
xalq şairidir (1989). 2000 və
2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisə
deputat seçilib.
Vaqif Səmədoğlu 1939-cu il iyunun
5-də Bakı şəhərində, məşhur Azərbaycan
şairi Səməd Vurğunun ailəsində anadan olub.
Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet
Ensiklopediyasının Baş
redaksiyasında incəsənət redaksiyasının
müdiri (1968-71-), “Oğuz eli”qəzetinin baş redaktoru (1992-94) vəzifələrində
çalışıb. “Humay
mükafatı”
laureatıdır (1998).
Xalq şairi, novator şeirimizin banilərindən olan
Vaqif Səmədoğlunun tərcümeyi-halı barəsində
yazdığımız material
çox azdır. Amma diqqəti
onun həyatında baş verən maraqlı hadisələrə,
şeirlərində gizlənmiş arzu-istəklərinə və müxtəlif dövrlərdə verdiyi müsahibələrə yönəltsək daha qənaətbəxş
olardı. Həm də, bu vasitə ilə şairin
portretini əks etdirmək
fikrimizcə, daha məntiqə
uyğun haldır. Odur ki, dərhal
ikinci pərdəni açaq;
I I pərdə
“Ailəmi çox sevirəm. Lakin bir də
görürsən ki, qışın oğlan
çağında qəflətən hamıdan
uzaqlaşıb bağ evimə gedirəm. Tək-tənha
bağda oturub şeirlərimi yazıram. Neyləyim, mənim
çörəyim də bu tənhalıqdan
çıxır da...”
Vaqif Səmədoğlu intervyusunda
söylədiyi bu kiçik sətirdə özünün bütün
yaradıcılıq qayəsini
açıqlamış olur. Onun tənhalığı məzmun
etibarilə ilahi bir tənhalıqdır. Şeirləri də
bu tənhalıqdan yoğrulduğundan demək ki, onları da
biz ilahi ilə söhbət adlandıra bilərik. Həm də
bu əsərlər “əvvəli və sonu bilinməyən
bir səsdi. Mışıl-mışıl yatan
südəmər körpənin,
bir ömür yaşamış yaşlı bir insanın nəfəsi
var onlarda.” Vaqif Səmədoğlunu
çox zaman modern ədəbiyyatımızda tənhalıq
poeziyasının yaradıcısı adlandırırlar. Tənhalıq
poeziyasını yaradan ədib gərək ki, həyatda da o qədər
yalnız, tək olsun ki, ədəbiyyat naminə effektiv bir əsər
yarada bilsin. Yazıçı publisist
Afaq Məsudun Vaqif Səmədoğlu
şəxsiyyətini müəyyən etməyə imkan verən
essesindən sitat. «Onunla getdiyimiz bir xarici ölkədə
Vaqif təyyarədə də,
hava limanında da , hətta
şəhəri gəzərkən
belə çox qəmgin , bikef
idi. Heç kəslə dinib-danışmırdı.
Lakin birdən... Qəfildən
mağazaların birindən
çoxdan bəri
axtardığı caz ifaçısının
plastinkasını görəndə çox sevindi, üzünün
qırışları açılmağa başladı” . Daxili
aləminin mürəkkəbliyini, özünə
qapanmasını təsdiq edən
bu kiçik fraqmentdə qəhrəmanımızın
doğurdan da öz gizli, heç kimə bəlli
olmayan aləmindən sivişib aramıza gəldiyinin fərqinə varırıq. Onun öz
dünyası var. Bəzən həmin dünyanın
işartıları, yaşantıları yaddaşına qonaq
gələndə “telefon dəstəklərinin qantel dövrü başlamış olur.” Yəni bu
dövrdə telefonla insanlarla əlaqə saxlamaq, onlarla
ünsiyyətdə olmaq belə şairi yorur, bezdirir,
yüngül telefon dəstəyini ağır qantelə bərabər edir. Bu dövr cavanlıqdan bəri
onu izləyir, yaxasından əl
çəkmir. 1963-cü ildə yazdığı
“Gözüm yolda “adlı şeirindən oxuyuruq;
“ Sabahdan
gözüm yolda
Nə bir günəş
möhürləyən səhər,
Nə də
axşam imzası gözləyirəm.
Gözüm
yorğun, yorğanları qapanır...”
Tənhalıq adlı ikinci pərdəni bağlamamışdan qabaq onu
da qeyd edək ki, yalnızlıq hissi Allah
tərəfindən ona verilmiş şairlik
istedadının əsas
komponentidir. Bu komponenti
özündə yaşadan şəxs təbii ki, nə
parlamentdə, nə də hansısa bir idarəedici
orqanda şəxsiyyət kimi
öz
missiyasını tam olaraq
başa vura bilməz.!
3-cü pərdə
açılır...Və ordan dirijor
görünür ...
Bu
dirijor Vaqif Səmədoğlunun özüdür. Əsərlərini, həyatda başına gələn
hadisələrdən
formalaşdırdığı tam fərqli
bir “Tənhalıq “ simfoniyasını ifa edir.
“Şam yanır....
Enir masanın
bayramlığına
Bir ovuc səhər...
Azacıq sönür kədər....
Bir dəfə Vaqif
müəllimlə
İnternet vasitəsilə etdiyimiz
söhbətdə qocalığından şikayətləndi
. Onda çox təəccübləndim. Axı Vaqif müəllim deyildimi
ki, qocalığın müdriklik qarışıq saflığını
arzulayan? Sonra ağlıma
başqa fikir gəldi. Bəlkə Vaqif müəllim
qocalıq zirvəsindən bezib. Bəlkə ona daha azad, daha məsum bir zirvə
gərəkdir? Hər halda dirijor
öz işindədir... Mən
bu zirvəyə həsr
olunmuş simfoniyanı
dinləyirəm...Vaqif müəllim
dirijorluğundan yorulmur.. Bir şeiri yadıma
düşür...
“Qağayılardan
savayı
Dənizlə Allah
arasında
Kimsə yox...”
Məncə simfoniya səslənən
zaman qağayılar Allaha onlardan daha yaxın olan Vaqif Səmədoğlu
şəxsiyyətinə heyranlıqla baxırdılar...
Elmin Nurizadə
Olaylar.- 2011.- 6
may.- S.13.