Düsseldorfa
gedən yol…
Eldar-Nigar cütlüyü
bu yoldan vətənimizə Eurovision-2012-in ev sahibliyini
gətirdi
Gözün aydın olsun, Azərbaycan!
2011-ci il Azərbaycan
õalqı üçün hələ
uzun müddət yaddaşlardan silinməyəcək
möhtəşəm bir
mədəniyyət hadisəsi
ilə yadda qaldı. Almaniyanın Düsseldorf şəhərində
keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin final şousu
ölkəmizin qələbəsi
ilə başa çatdı. Azərbaycanın
qələbəsi elan
olunandan az
sonra Bakı sakinləri, əsasən də gənclər bu sevinci paytaxt
küçələrində bayramlaşma ilə qeyd ediblər. Mayın 14-də
tariõin
təqviminə qızıl
hərflərlə yazılacaq
bir gündə- Nigar Camal və
Eldar Qasımov cütlüyü Azərbaycana
221 xalla 1-ci yeri qazandırdılar. Səsvermənin ilk dəqiqələrindən Azərbaycan
üstünlüyünü sonadək qoruyub.
Ölkəmizə
Rusiya(12), Hollandiya(6), Kipr(8) , Ukrayna(10), Finlandiya(5),
İslandiya(8), Slovakiya(7), Avstriya(8) , Polşa(8) ,
İsveç(3), San-Marino(10), Türkiyə(12),
Yunanıstan(5), Gürcüstan(8), Fransa(6), Xorvatiya(10),
Belarus(6), Rumıniya(10), Albaniya(8) , Malta(12), Portuqaliya(8) ,
Litva(8) , Bosniya Hersoqovina(8) , Estoniya(8), Moldova(10),
Belçika(3), Latviya(2) verdikləri xallarla birincilik
qazandırıb. Qeyd edək
ki, müsabiqənin şərtlərinə görə, qalib
bütün iştirakçı ölkələrdə sms və
telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi
nəticəsində müəyyənləşib. Səsvermədə
həm tamaşaçılar, həm də münsiflər
iştirak edib. Eyni zamanda, bu il səsvermə həm də
teleqraf əsasında keçirilib. Bu səsvermə sistemi
müsabiqədə yenilik olub.
Tamaşaçılarla yanaşı, səsvermədə
peşəkar münsiflər heyəti (hər bir ölkədən
musiqi sahəsində beş peşəkar) iştirak edir.
Münsiflər və tamaşaçıların səsləri
yarıbayarı toplanıb. Beləliklə, ümumi xal əldə
olunub və ölkələrə verilib. Qeyd edək ki,
iştirakçılarımız qalibiyyəti Türkiyə
və Azərbaycan adına qazanacaqlarını vəd
etmişdilər. Qaliblər Düsseldorf səhnəsinə
Türkiyə və Azərbaycan bayrağı ilə
çıxıblar. Qeyd edək ki, 35 min
tamaşaçının izlədiyi müsabiqəyə ev
sahibliyi edən ölkə, eləcə də “Eurovision”un
“böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa,
İspaniya, İtaliya mübarizəyə birbaşa finalda
qoşulub. Nəhayət növbə bizim
iştirakçılarımıza çatıb. Eldar
Qasımov və Nigar Camal “Running Scared” dueti ilə 19-cu
sırada çıxış ediblər. Yarışmanın
şüarı «Feel Your Heart Beart» («Öz ürəyinin
döyüntüsünü hiss et») idi. Duet həyəcanlı
olsa da, həyəcanlı eşq səhnəsi nümayiş
etdiriblər. Təbii ki, bu hər bir azərbaycanlı
üçün, həmçinin «Eurovision-2011» Beynəlõalq
musiqi festivalına yaõından dəstək göstərən
H.Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər
və İdman Nazirliyi üçün də Nigar Camalın və
Eldar Qasımovun qələbəsi böyük bayrama, fəõr
ediləsi hadisəyə çevrildi. Dahilərdən biri
gözəl deyib: «Elə bir
namuslu əmək yoõdur ki, əvvəl-aõır
mükafatlandırılmasın». Nəhayət ki, hər
iki gəncin aylarla çəkdikləri zəhmət öz bəhrəsini
verdi. Deyərdim ki, yarışmada məhz bizim dövlətin
uğur qazanması daha çoõ gənc
ifaçılarımızın inamlı olmalarından irəli
gəlirdi. Xalq artisti, Gənc
Tamaşaçılar Teatrının sevilən
aktrisalarıdan olan Firəngiz
Şərifova nəvəsi Eldarın musabiqədə
uğur qazanacağına inandığını söylədi:
-Mən hər zaman Eldarla fəõr etmişəm.
Nigar və Eldar bir-birilərini
tamamlayırlar. Eldar musiqiyə
olduqca bağlıdır.
Onun zəhməti öz bəhrəsini verdi. Qalibiyyət õəbərini eşidəndə çoõ sevindim.
Əminəm ki, Eldar və Nigar bundan
sonra da yaradıcılıq uğurları
ilə hər kəsi sevindirəcəklər». 56 illik
tariõə
malik olan peşəkar səviyyəli
musiqi müsabiqəsinə
Azərbaycan dörd ildir ki, qatılır.
Bundan öncəki
müsabiqələrdə ilk olaraq Samir və
Elnur 8-ci yer, Aysel və Araş
cütlüyü 3-cü yer,
Səfurə Əlizadə
5-ci yer qazanmışdılar.
Lakin Azərbaycan õalqı əmin
idi ki, 2011-ci ildə beynəlõalq müsabiqəyə
qatılan həmvətənlərimiz
mütləq qələbə
ilə Bakıya dönəcəklər. Bu
hal çoõ uzun çəkmədi. Bu bayram sevincini kiçikdən böyüyə,
cavandan qocaya hər kəs yaşadı. Bir çoõ görkəmli
sənətkarlarımız, gənclərimiz milli muğamlarımız, õalq mahnılarımız,
caz musiqisiylə milli mədəniyyətimizi
vətənin hüdudlarından
kənarda layiqincə
təmsil etmişlər.
Lakin estrada
musiqisi ilə belə möhtəşəm
qələbəyə imza
atan olmamışdı. 1956-cı ildən keçirilən
“Eurovision” beynəlõalq mahnı müsabiqəsinin
keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil
etdiyi ölkə olur. Əminik ki, 2012-ci ildə
Bakıda təşkil
olunan möhtəşəm
müsabiqə hələ
uzun müddət yaddaşlardan silinməyəcək.
Eldar və Nigar, sizi bu möhtəşəm
qələbə münasibətilə
ürəkdən təbrik
edirik. Siz bütün dünyaya
bəyan etdiniz ki, Azərbaycan õalqı
zəngin musiqisi, mədəniyyəti, incəsənəti
ilə daim seçilib, ön cərgələrdə olub.
Siz yağı düşmənlərimizə
sübut etdiniz ki, Azərbaycan õalqı
istedadlı, sənətsevər
õalqdır.
Fəõr
edirik ki, Azərbaycanın Eldar və Nigar kimi
istedadlı övladları
var. Azərbaycan gözün aydın olsun!
Nisə Rafiqqızı
Olaylar.- 2011.-
17 may.- S.9.