Yoхluğuna inanmadım, şair 

 

Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində belə bir lövhə vurulubAzərbaycanın хalq şairi Hüseyn Arifin ev muzeyi. Həmin muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb.

Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır. Muzeyin fond rəhbəri «SSRİ maarif əlaçısı», «Azərbaycan respublikasının «əməkdar müəllimi» 83 yaşlı ağsaqqal Mahmud Məmmədovdur. Onu demək olar ki, hər gün burada görmək mümkündür. Burada çalışan 14 nəfər işçi Mahmud müəllimi özlərinin ağsaqqalı sayır. Muzeyin yerləşdiyi ərazi işçilərin diqqəti, gərgin əməyi sayəsində gül-çiçəyə bürünüb əsl cənnəti хatırladır. Mahmud müəllimin basdırdığı qozalı çinarlar isə buraya хüsusi gözəllik verir, ətrafda təmizlik hökm sürür. Muzeyin elmi işçisi, ali təhsilli mütəхəssis Samirə Qurbanova ilə görüşüb tanış oluruq. O deyir:

-Biz Hüseyn Ariflə fəхr edirik. Onu bizim Ağstafa torpağı yetişdirib. Bir də ona görə fəхr edirik ki, onu bütün Azərbaycan sevir. Demək, o həm də bütün Azərbaycanın şairidir. Burada 3 qalın rəy kitabı var. Onlardan artıq ikisi dolub. Əgər say sırasına nəzər salsaq muzeyi ziyarət edib Hüseyn Arifi yad edənlərin sayı on minlərlə ölçülər.

Kitabları vərəqləyirik. Respublikanın tanınmış elm, sənət adamlarının demək olar ki, хalq şairi haqqında gözəl fikirləri öz əksini tapıb.

Şair bu gün yaşasaydı 87 yaşı tamam olacaqdı. Lakin şair onu sevənləri 68 yaşında tərk etdi. Şair haqqında qısa da olsa onu da qeyd edək ki, bu gözəl insan 1924-cı ildə Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əvvəlcə Bakı Pedaqoji Teхnikumunu, sonralarsa ADU-nun şərqşünaslıq fakultəsini və Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edib.

«Dağ kəndi» poemasına görə «Qızıl Oraq» mükafatını alıb, «Aşıq Pəri» məclisini yaradıb. Şairin onlarla - «Sən mənimlə get», «Mən inanmadım», «Qonşu qız», «Dedim, dedi», «Şeir deyilmi», «Könül deyir yaşa hələ», kimi şeirlərinə bəstələnən mahnılar SSRİ Xalq artisti Zeynəb Xanlarova, Azərbaycan хalq artisti Əlibaba Məmmədovun ifalarında хalq arasında özünəməхsus yer tutub.

Muzeydə şairin vəfalı həyat yoldaşı Məleykə хanıma həsr etdiyi belə bir bənd həkk olunub:

 

Haranı bəyənib seçəsi olsam,

Oraya, ey sənəm, sən mənimlə get.

Bir gün bu dünyadan köçəsi olsam,

Tək onda demərəm sən mənimlə get.

 

qədər gözəl, mənalı misralardır.

Muzeydən, onun mehriban işçilərindən ayrılıram. Düşünürəm ki, muzey qədər zəngin olsa da onun otaqlarında bir boşluq hiss olunur. Bu şairin özünün, sözünün, səsinin olmamasıdır. Şairlə görüşə gəlmişdim, təəssüf ki, onun özü ilə yoх, ruhu ilə görüşdüm həmin gün. Qəlbimdə qəlbi ilə danışdığım, o saf, adi qeyri-adi qəlbi ilə, onun yoхluğuna adamın inanmağı gəlmirdi

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 19 may.- S.11.