İşığın,
rəqsin və jestin oyunu
Mayın 18-də
Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü
ilə Akademik Milli Dram Teatrında polyak Lyublin Rəqs
Teatrı əməkdaşlarının mətbuat nümayəndələri
ilə görüşü keçirildi. Konfransın əsas
mövzusu teatr sahəsində polyak-Azərbaycan əməkdaşlığına
start verilməsi və Azərbaycanda ilk dəfə mayın
18-də «Nano» tamaşası ilə çıxış edən
Lyublin Rəqs Teatrının təqdimatı ilə
bağlı idi.
Lyublin Rəqs
Teatrının Azərbaycana səfəri Polşa-Azərbaycan
teatr münasibətlərinin inkişaf etdirilməsinə və
sıõ qarşılıqlı əlaqələrin
qurulmasına yönəldilib. Konfransı giriş sözü
ilə açan Akademik Milli Dram Teatrının direktor
müavini Azər Mirzəyev
Polşa teatrının yaradıcı heyətini Akademik Milli
Dram Teatrında görməkdən qurur duyduğunu söylədi
və Lyublin teatrının tariõinə qısaca olaraq nəzər
saldı: «Bu yaõınlarda Azərbaycan teatr icmasının bir
qrup nümayəndəsi Lyublin şəhərində səfərdə
olmuşlar. Bu görüş Polşa səfirliyinin təşəbbüsü
ilə keçirilib. Hesab edirəm ki, bu görüş gələcək
Azərbaycan-Polşa tədbirlərinin
başlancığı olacaq. Gələcəkdə
bir-birimizlə qarşılıqlı təcrübə
mübadiləsi, dərslər keçmək və dərslər
almaqdır. Artıq dünən bizim qonaqlarımızın
iştirakı ilə Yuğ Teatrında ustad dərsləri
keçirilib. Bu görüşlər çərçivəsində
olan tədbirlərin bir başlanğıcı oldu. Azərbaycan
teatr icmasının nümayəndələri cari ilin aprel
ayında Polşada tədris səfərində olmuşdular. Orada
Azərbaycan teatr xadimlərinin Polşada aktyorluq peşəsi
sahəsində təhsil sistemi və Polşanın teatr xadimləri
ilə tanış olmaq və Varşava Teatr Görüşləri
festivalında iştirak etmək fürsəti olmuşdur. Bu
gün Akademik Milli Dram Teatrı Lyublin Teatrını öz
divarları arasında qəbul edir. Lyublin Rəqs Teatrı
2001-ci ildə yaradılmışdır. Teatr dəfələrlə
Polşada və xaricdə, o cümlədən ABŞ-da,
İsveçrədə, Fransa, Macarıstan, Finlandiya,
İspaniya, Litva, Rusiya, Almaniya, Avstriya, Tunis, Hollandiya, Belorusiya
və Ukraynada keçirilmiş beynəlxalq festivalların və
təqdimatların iştirakçısı olmuşdur. Lyublin
Rəqs Teatrının Bakıya qastrol səfəri bu il
Polşa Respublikasının Bakıdakı Səfirliyinin və
Akademik Milli Dram Teatrının təşəbbüsü ilə
start verilən teatr sahəsində Polşa-Azərbaycan əməkşdaşlığının
nəticəsidir. »
Konfransda iştirak edən Azərbaycandakı
Polşa səfirliyinin nümayəndəsi Danis Sekeviç Azərbaycanda
atılan ilk addımların uğurlu olacağına
inandığını söylədi. Lyublin teatrının
aparıcı aktyoru Rışard
Kalinvoski isə öz səfər təssüratlarını
jurnalistlərlə bölüşdü:
-«Mən çoõ şadam ki, bu gün
gözəl şəhərlərdən sayılan
Bakıdayam. Bakının möhtəşəm
Teatrlarından olan Akademik Milli Dram Teatrının səhnəsində
tamaşada oynamaq mənim üçün böyük
sevincdir. Tamaşa haqqında onu deyə bilərəm ki,
dünyada insanların 2 tipi var: 2 tipinin mövcud olduğunu
düşünənlər və bunu düşünməyənlər.
«Nano» adi gözlə görünə bilməyən bir
şey deməkdir. Əhəmiyyətsiz, õırda bir şey
deməkdir. Nəhəng səylər, yaşanan emosiyalar və
Günəş altında öz yeri uğrunda mübarizə
ilə yanaşı, insan həmçinin də öz məhdudluğu
ilə qarşılaşır, «divarın qabağında
durur və zəifliyini dərk edərək başını
divarlara vurur». Qeyd edək ki, mayın 18-də saat 20-00 da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
polyak Lyublin Rəqs Teatrının tamaşası keçiriləcəkdir.
Polşadan olan 5-nəfərlik aktyor qrupu insanların
şübhələrindən, həyat problemlərindən, fərq
və oxşarlıqlardan bəhs edən “Nano” adlı
tamaşanı təqdim edəcəkdir. Tamaşanın
adında öz əksini tapmış “nano” incəsənət
naminə yaradılmış, özündə həm
qadın, həm kişi keyfiyyətlərini birləşdirən
insan vücududur. Artistlərin yeganə ifadə vasitələri
rəqs, jestlər və işığın oyunudur.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 19 may.- S.13.