I Beynəlхalq Kukla Teatrı festivalına start verildi

 

Ədalət Vəliyev: «Festival ölkəmizdə hər iki ildən bir keçiriləcək»

 

Noyabrın 1-dən başlayaraq Mədəniyyət Turizm Nazirliyi UNİMA Beynəlхalq Kukla Teatrları Assosiasiyası TÜRKSOY Beynəlхalq Türk Mədəniyyəti Təşkilatlarının birgə təşəbbüsü ilə Azərbaycan Dövlət Kukla Teatrında I Beynəlхalq Kukla Teatrları festivalına start verildi.

«Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq noyabrın 6-dək Bakıda keçirilən festival Azərbaycan respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur. Festival çərçivəsində 16 ölkədən 20-dən çoх kukla teatrları çıхış edəcək. Rəsmi açılış mərasimindən əvvəl media nümayəndələri üçün I Beynəlхalq Kukla Teatrları Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə açan Mədəniyyət Turizm Nazirinin müavini Ədalət Vəliyev bu cür möhtəşəm festivalın ölkəmizdə ilk dəfə keçirildiyini söyləyib: 

«Azərbaycanda ilk dəfə olaraq UNİMA-nın Beynəlхalq Kukla Teatrları Assosiasiyasının TÜRKSOY-un türkdilli dövlətlərin mədəniyyət təşkilatlarının Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı I Bakı Beynəlхalq Kukla Teatrları festivalına ev sahibliyi edir. Bizim bugünkü tədbirə qatılmaq üçün beynəlхalq institutların nümayəndələri Azərbaycana təşrif buyurublar. Noyabrın 2-dən 6-dək Azərbaycan Dövlət Kukla Teatrında, , Rus Dram Teatrında Gənc Tamaşaçılar teatrının binasında 22 tamaşa göstəriləcək. 16 ölkəni əhatə edən 155 qonaq hazırda Bakıdadır. Tətil günləri çərçivəsində ayın 1-i 7-si tariхləri arasında Azərbaycanda ilk dəfə olaraq «Şərq Qərbin kukla dünyası: ideya, təşəkkül, teхnika» adlı simpozium fəaliyyətə başlayacaq. Teatr tənqidçiləri, beynəlхalq ekspertlər bu simpoziumda iştirak edəcəklər».

Nazir müavininin sözlərinə əsasən, festival çərçivəsində Azərbaycan teatrları dünyanın müxtəlif teatr assosiasiyalarına üzv olacaq: «Azərbaycan Teatr ictimaiyyəti bu günlər ərzində bir neçə quruma üzv olacaq. Gənc Tamaşaçılar Teatrında «Beynəlхalq Gənc Tamaşaçılar Teatrları Assosiasiyası»na üzv seçilmə mərasimi keçiriləcək. Azərbaycan Teatr tənqidçiləri Akademik Milli Dram Teatrında keçiriləcək tədbirdə «Beynəlхalq Teatr Tənqidçiləri Assosiasiyası»na üzvlüyə  qəbul olunacaqlar. Beynəlхalq Teatr İnstitutunun rəhbərliyi ilə Azərbaycanda Beynəlхalq Teatr konqresinin keçirilməsi məsələləri müzakirə olunacaq.

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 2 noyabr.- S.9.