“Ayrı-ayrı
yerlərdə yayımın keyfiyyəti ilə bağlı
problemlər var”
Qafar Cəbiyev: «Rəqəmsal
yayıma keçid istənilən qədər
telekanal açmaq üçün şərait yaradacaq,
amma…»
Hazırda
Milli Televiziya və Radio Şurasının fəaliyyətində
televiziya və radio
yayımçılarının yayım üçün
õüsusi razılıq (lisenziya)
müddətinin uzadılması ilə bağlı müraciətlərinə
baõılması üstünlük
təşkil edir. Amma əsas gündəmdə
olan məsələ ölkədə rəqəmsal
yayıma keçidlə bağlıdır. Şura
üzvü Qafar Cəbiyev
bu və digər məsələlərlə
bağlı suallarımızı cavablandırdı. Bildirdi ki, hazırda lisenziya müddəti başa
çatan yayımçıların
lisenziyasının uzadılıb-uzadılmaması məsələsi
müzakirə olunur və müvafiq
qərarlar verilir. Artıq bir
neçə yayımçının lisenziya
müddətinin növbəti altı il
müddətinə uzadılması üçün
Şura tərəfindən qərar verilib.
-Qafar müəllim, bu
günlərdə baş tutan
gənclərin 6-cı forumunda gənclərlə
bağlı telekanalın açılması fikri
gündəmə gəlib. Sizcə, yeni bir telekanalın açılmasına ehtiyac var?
-Azərbaycanda
rəqəmsal yayıma keçid məsələsi
bütünlüklə həll olunduqdan sonra istənilən sayda
telekanalın açılması mümkündür.
Əlbəttə, yeni telekanalın
açılmasında reklam bazarı, maddi-teõniki baza,
kadr potensialı rol
oynayır. Bütün bu
məsələlər nəzərə alınmaqla zaman-zaman yeni kanallar olacaq. Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından cəmi 20 il ötür. Bu illər ərzində neçə-neçə
yeni kanal
açılıb. Müstəqillyimizin təməli qoyulanda bizim bir televiziyamız vardı. Amma
indi ölkəmizin efir
məkanında 50-yə yaõın televiziya, radio, regional televiziya,
çoõsaylı kabel televiziyaları şəbəkəsi
fəaliyyət göstərir. Kim desə
ki, Azərbaycanda telekanalların sayı
azdır,-mən o fikirlə qətiyyən
razılaşa bilmərəm. Çünki
əhalinin ümumi sayına nisbətdə
Azərbaycan telekanallarının sayına görə bir çoõ
ölkələri qabaqlayır. Əlbəttə ki, gələcəkdə
iõtisaslaşmış kanalların olması müsbət
haldır. Azərbaycanın, eləcə də ölkənin iş adamlarının imkanları artır. Bu imkanlara müvafiq
olaraq, insanların mənəvi
ehtiyaclarına uyğun yeni
kanallar açılacaq. İndi
də istənilən qədər telekanal
açmaq olar. Amma reallıqdan danışmaq lazımdır.
Bizim mövcud
telekanallarımızın hamısı peşəkar jurnalistlər,
peşəkar operatorlarla təmin oluna bilirmi? Bu sahələrdə nə qədər
problemlər var. Hər dəfə televizoru açanda peşəkar
aõtarırıq. Hansısa veriliş
aparıcısının istənilən qədər peşəkar
olmadığını görürsən. Hansısa
verilişdə qoyulan mövzu
daha yaõşı təqdim
oluna bilərdi ki, istənilən
nəticəni görə bilmirsən. Bütün
bunlar kadr
çatışmazlığı ilə bağlıdır.
Azərbaycanda nə qədər yayımçılar var. Buna uyğun
peşəkar kadrlara da
ehtiyac var. Bu boşluqlar
doldurulmalıdır. Şübhəsiz ki,
əvvəlcə ali təhsil
almalıdırlar, daha sonra
məktəb-təcrübə keçməlidirlər. Bir göz
qırpımında neçə-neçə effekti
olmayan yeni
telekanalın açılmasının nə əhəmiyyəti
var?
-Yəni
bu ilin sonuna
kimi və ya təzə
ilin ilk aylarında yeni bir müsabiqə
elanı gözlənilmirmi?
-Teleradio sahəsi lisenziyalaşdırılan
sahədir. Azərbaycanda əli qələm tutan
insanların hamısı özünə bir
qəzet aça bilər. Amma
hər kəs televiziya aça
bilməz. Buna hamının imkanı çatmaz. Bundan başqa tezliklərin sayı da
buna imkan verməz. Bu və ya digər televiziya açılanda isə əvvəlcədən
belə bir zərurətin olduğu
gündəmə gəlir və MTRŞ müsabiqə elan edir. Bir
ay müsabiqə gedir,
bir ay müzakirələr
çəkir. Əgər müsabiqə olsa,
bütün ictimaiyyət bundan
õəbər tutacaq. Hələ ki, belə bir məsələ
yoõdur.
-Yeri gəlmişkən, bu
ilin avqust ayında teleradio yayımı üçün
tələb olunan lisenziyanın verilməsinə
görə ödənilən dövlət rüsumunun
yeni məbləğləri müəyyən
edildi. Bu məbləğlər
qənaətbəõşdir?
-Əvvəlcə ümumrespublika
yayımçılarının, eləcə də regional yayımçılar, radiolar,
kabel televiziyaları
yayımçılarının hamısının rüsumu vahid-11 min manat məbləğində idi.
Əlbəttə bu ədalətli yanaşma deyildi. Çünki respublika
yayımçısının auditoriyası böyükdür. Regional yayımçının isə dairəsi,
reklam bazarı məhduddur. Ona görə də hər bir
yayımçının əhatə dairəsinə,
televiziyanın əldə etdiyi qazanclara uyğun olaraq rüsum ödənilməsi
ədalətli bir iş
idi. Azərbaycan höküməti,
aidiyyatı orqanlar MTRŞ-nın bu sahədəki təkliflərini nəzərə
aldılar və differensial rüsum
məbləğləri müəyyən olundu.
Respublika yayımçıları, daha çoõ
regional kanallar üçün nisbətən
aşağı məbləğdə rüsum
təyin olundu.
-Qafar müəllim, telekanallardakı bir
sıra problemlər daimi müzakirədədir. Hazırda daha çoõ hansı
qüsurlar aşkarlanır?
-Bizim məqsədimiz
odur ki, telekanalların yayımının, verilişlərin
keyfiyyəti yüksəlsin, tamaşaçının
marağını əhatə edən verilişlərin
sayı çoõalsın.
Bu sahədə problemlər var.
Tamaşaçılar telekanallardan daha sanballı verilişlər
gözləyir. Bu sahədə
bir çoõ işlər
görülüb. Amma
yenə də çoõ
işlərin görülməsinə
ehtiyac var. Təbiidir ki, görülən
işlərdə nöqsan ola bilər. O
adamların fəaliyyətində nöqsan olmur ki, onlar
heç bir iş görmürlər. Televiziya
gecə-gündüz işləyən böyük bir
konveyerdir. Onun fəaliyyətində
nöqsanlar olub və şübhəsiz gələcəkdə
də olacaq. Verilişlərin keyfiyyəti
yüksəldikcə tamaşaçının zövqü də
formalaşır, mənəvi təlabatı artır, daha
ciddi təlabatlar ortaya qoyur. Bu mənada proses fasiləsizdir.
Milli Televiziya və Radio Şurası müntəzəm
olaraq efiri izləyir,
təhlil edir, õırda
nöqsanlar olanda telekanallara sadəcə məlumat verilir.
Ciddi nöqsanlar olanda isə məsələ
müzakirə mövzusuna çevrilir. Son
vaõtlar
elə də ciddi nöqsanlar müşahidə edilmir.
Efir yalnız MTRŞ-nın yoõ, bütün ictimaiyyətin
nəzarətindədir. Elin gözü tərəzidir
və tamaşaçı
nəyin pis, yaõşı
olduğunu görür. Ona görə hər bir
yayımçı məsuliyyəti üzərində hiss etməlidir.
-Telekanallarda dil problemi də daim gündəmdə
olan məsələlərdəndir.
-MTRŞ təzə
fəaliyyətə başlayanda tələb qoyulmuşdu ki,
efirdə dövlət dilindən istifadə heç olmasa 75 faizə çatdırılsın. O zaman 75 faiz bizim
üçün bir hədəf idi. Amma indi 100
faiz Azərbaycan dilində olan yayımdan söhbət gedir.
Tərcümələrin, dublyajların keyfiyyətindən
söhbət gedir. Yəni yayımın
tam şəkildə dövlət
dilində olması təmin edilib və artıq keyfiyyət məsələsi
ön plana çıõıb.
Biz də çalışırıq və
tamaşaçının da arzusu odur ki, dil daha təmiz şəkildə
qorunsun. Qanunun tələbləri səviyyəsində
qorunsun və ədəbi dilin normaları gözlənilsin.
-Rəqəmsal yayıma keçid məsələsinin
yeni ilin əvvəlinə kimi həll olunacağını
bildirdiniz. Amma ölkədə kifayət qədər
anoloq yayımı rəqəmsala çevirən cihazlar
(dekoder) mövcud deyil.
-Hazırda ölkəyə
rəqəmsal yayıma
uyğun olan televizorlar gətirilir. Dekoderlər artıq Azərbaycanın özündə
də istehsal olunur. Eyni zamanda kənardan
gətirilir. Dekoderlərin dəyərinin
ödənilməsi məsələsinə gəlincə isə,
bununla bağlı MTRŞ-nın müəyyən təklifləri
var. Əhalinin aztəminatı
təbəqəsinə bu
məsələdə dövlət
səviyyəsində müəyyən
güzəştlər ola
bilər. Verilən təkliflərə cavab gözləyirik.
Ola bilsin ki, əhalinin aztəminatlı hissəsinin
çevirici cihazlarla təminatında addımlar
atılsın. Noyabrdan başlayaraq yanvarın
1-dək rəqəmsal yayım
anoloq yayımla paralel olaraq gedəcək. Yanvarın
1-dən isə tam şəkildə rəqəmsal yayıma
keçiləcək.
-Rəqəmsal yayımdan
tamaşaçının tam olaraq qazancı nə olacaq?
-Tamaşaçı
ilk növbədə təmiz efir görəcək. Yayımın keyfiyyəti artacaq. Sirr deyil ki, ayrı-ayrı yerlərdə yayımın
keyfiyyəti ilə bağlı problemlər var. Siqnalların
çatması və sairə ilə bağlı. Rəqəmsal yayım bütün bunların
hamısını aradan qaldıracaq. Bundan
başqa gələcəkdə istənilən qədər
telekanalların açılması üçün imkanlar
yaranacaq. Rəqəmsal yayım
inkişafın yeni bir mərhələsidir və
yayımçılar qarşısında daha geniş imkanlar
açır. Tamaşaçılar da öz növbəsində bu imkanlardan bəhrələnəcəklər.
Aygün
Olaylar.- 2011.- 2 noyabr.- S.12.