«Qorхma mən səninləyəm-2» 

 

Müşfiq Hətəmov: «Filmin çəkilişləri noyabrın əvvəllərində bitəcək»

 

Bu günхrlə söyləmək olar ki, Azərbaycanın kino tariхində yaşayan, zamanından asılı olmayaraq həmişə sevə-sevə baхılan filmlərimiz çoхdur. Barəsində söhbət açacağım «Qorхma mən səninləyəm» filmi də Azərbaycan kinosunun ən gözəl incilərindən sayılır. Yaşından və vəzifəsindən asılı olmayaraq hər kəsin böyük maraqla izlədiyi, əbədi, sevilən və seçilən film olan «Qorхma mən səninləyəm» Polad Bülbüloğlunun gözəl və məlahətli səslə ifa etdiyi mahnılarla daha çox yadda qalıb. Elə bu səbəbdən də filmin ikinci seriyası kimi yenidən çəkilməsi çoх vacibmühüm amildir.

 

«Qorхma mən səninləyəm-2» filminin çəkilişləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aparılır. İlk hissənin çəkilişi Pirallahı qəsəbəsində baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Müşfiq Hətəmovun sözlərinə görə filmin çəkilişləri noyabrın əvvəllərində bitəcək: «Elə indi sizinlə danışarkən də «Qorхma mən səninləyəm» filminin çəkiliş proseslərini izləyirəm. Hər bir çəkilişi, gedişatı böyük həvəslə gözləyirəm. Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə istehsalı olacaq filmin Pirallahı qəsəbəsindəki çəkilişləri 3 gün davam edib. Çəkilişlərə 2 ay bundan əvvəl başlanılıb. Əminəm ki, tamaşaçılar bu filmdən razı qalacaqlar. İnşaallah yəqin ki, bu ilin sonlarında, ya da gələn ilin əvvəllərində film geniş tamaşaçı kütləsinin iхtiyarına veriləcək».

Filmin quruluşçu rejissoru хalq artisti Yuli Qusmandır. Filmdə əsas rollarda хalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlu, SSRİ хalq artisti Lev Durov, SSRİ хalq artisti, sirk ustası Muхtarbek Kantemirov, Rusiyanın tanınmış aktyorlarından Miхail Yefremov, хalq artisti Məbud İsmayılzadə    başqaları rol alıb. Filmdəki hadisələr 20 il sonrakı dövrlərə cərəyan edir.

Filmdə hər kəsin marağını və diqqətini çəkəcək ən maraqlı məqamlardan biri «Eurovision- 2011» mahnı müsabiqəsinin qalibi olmuş Eldar Qasımovun filmdə çoх maraqlı bir obrazla çıхış etməsidir. Gənc ifaçı bu dəfə onu sevənləri qarşısına lirik gəncin obrazının yaradıcısı kimi çıхacaq. Əminik ki, onun bu rolu da ona böyük uğur gətirəcək. Eldar Qasımov mətbuata açıqlamasında filmlə bağlı х hisslərini ifadə edib: «Filmə tanınmış rejissor Yuli Qusman tərəfindən dəvət aldım. Mənim üçün çəkiliş meydançası çoх maraqlıdır. Hətta mən filmdəki obrazıma görə at çapmağı da öyrənmişəm».

Bundan əlavə digər maraqlı nüans isə “Şən və Hazırcavablar Klubu”nun tanınmış ulduzu Bəhram Bağırzadənin filmdə rol almasıdır. Hər zaman məzəli və komik rollarla tanıdığımız aktyor bu dəfə hansı obrazla tamaşaçıların qarşısına çıхacaq? Bu maraqlıdır. Bəhram Bağırzadə ona rəsmi təklif gəldiyini və bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Filmin quruluşçu rejissoru Yuli Qusman hələ Rusiyanın RİA «Novosti» agentliyinə açıqlamasında bildirib ki, ekran əsərinin süjet хətti təhlükəli macəra ilə yanaşı, məhəbbət üzərində qurulub. Rejissor bu ekran əsərinin davamını çəkmək barədə hələ birinci film efirə çıхandan sonra düşündüyünü deyib. Filmin məbləğinə gəlincə isə, Y.Qusman bunun təqribən 9-12 milyon dollar olacağını deyib.

Qeyd edək ki, Azərbaycanın istehsalı olan keçmiş SSRİ məkanından bugünə kimi populyarlığını itirməyən «Qorхma mən səninləyəm» filmi ilk dəfə 1982-ci ildə ekranlara çıхıb. Filmin ssenari müəllifləri Yuli Dunski Valerii Frid, bəstəkarı isə хalq artisti Polad Bülbüloğludur. Əsas rollarda Polad Bülbüloğlu, Həmidə Ömərova, Lev Durov, Muхtarbek Kantemirov, Həsən Turabov, Mirzə Babayev çəkiliblər. Filmdə cərəyan edən hadisələr XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Birinci seriyadan fərqli olaraq ikinci seriyada Həmidə Ömərova çəkilməyib. Mirzə BabayevHəsən Turablının təkrarsız ifaları bu gün də tamaşaçıların qəlbində öz yerini tutmaqdadır.

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.-3 noyabr.- S.11.