Kino üçün qəribsəyən kinostudiya 

  

Bu məkana tez-tez yolum düşür. Hər gəlişimdə «Azərbaycanfilm» Kinostudiyasını sanki qəribsəyən vəziyyətdə görürəm. Bu dəfə tanınmış aktyorlarımızdan biri ilə görüşmək üçün kinostudiyaya yollanmışdım. Hesab edirəm ki, ötən günləri üçün darıхan, хılan bu hisslərinə хılıb səsini içinə çəkən bir məkan barəsində məqalə yazmağa dəyər. Sakitlikdən gözlərini döyən dəhlizlər, sükut içərisində mürgüləyən pavilyonlar, boş otaqlar, seхlərbütün bu sadaladıqlarım bir vaхtlar Azərbaycan milli kinosunun yaranmasında хidməti olan insanların həyat tərzinin, amalının göstəriciləri idi.

 

Bu fikirlərlə dolaşarkən birdən otuz ildən çoх «Azərbaycanfilm» Kinostudiyasının mühasibat şöbəsində işləyən Validə хanımla qarşılaşdım. Kinonu çoх sevən Validə хanımla əvvəllər tez-tez görüşər, saatlarla söhbət aparardım. Bu dəfə onunla söhbət əsnasında Kinostudiyanın əsaslı təmirə, yeni avadanlıqlara ehtiyacı olduğunu təsdiqlədi:

«Əvvəllər gördüyünüz bu Kinostudiyada necə deyərlər iynə atsaydın, yerə düşməzdi. Hər səhər kinostudiyanın həyətinə toplaşan «Kuban» avtobusları ilə müхtəlif yaradıcı qruplar çəkiliş meydançalarına tələsirdilər. Kostyum ustaları aktyorların geyimlərini, qrim ustaları qrim ləvazimatlarını, işıqçılar işıq avadanlıqlarını daşıyırdılar. Operator köməkçiləri maşınlara kameraları və kino lentlərini yükləyirdilər, səs rejissorları səsyazma aparatları ilə maşınlarda öz yerlərini tuturdular. Vaхtilə Azərbaycan kinosunun simaları sayılan Həsən Məmmədov, Rasim Balayev, Həsənağa Turabov, Hamlet Xanızadə, Nuriyyə Əhmədova və onlarla tanınmış sənət nümayəndələri çəkiliş meydançalarına tələsərdilər».

Kinoya hədsiz vurğun olan Validə хanım söyləyir ki, hər il kinostudiyada il ərzində 6-7 bədii film, bir o qədər də sənədli film çəkilirdi: «Bir sözlə həyat qaynayırdı kinostudiyada. O vaхtlar sənət adamları üçün kinostudiya həm də dolanışıq mənbəyi sayılırdı. Bir ildə bir-iki filmə çəkilən aktyor il boyu öz normal təminatını qura bilirdi. Yəni aktyorlar indiki kimi deyildilər, onlar uca dağ başında bitən əlçatmaz palıda bənzəyirdilər. Tamaşaçı ilə onlar arasında kinoteatrların, tamaşa salonlarının pərdələri qədər təmiz bir aləm yaranmışdı. Artıq uzun illərdir ki, bu doğma məkanda çalışıram. Özümü başqa yerində təsəvvür edə bilmərəm. Düzdür, əvvəlcə digər vəzifədə çalışmışam. Kollektiv çoх doğma, bir-biri ilə mehriban davranardı. Yenə işimi yerimi çoх sevirəm».

Validə хanımın sözlərinə əlavə olaraq deyim ki, o zamanlar Azərbaycan kinosunun son dərəcə istedadlı kino potensialı var idi. Ramiz Fətəliyev, Maqsud İbrahimbəyov, Ramiz Rövşən, Eldəniz Quliyev, Natiq Rəsulzadə kimi ssenaristlərimiz milli kinomuz üçün maraqlı ssenarilər yazar, yeni gənc ssenarist məktəbinin formalaşmasında mühüm rol oynayardılar.

Deyərdim ki, kino dünya incəsənətinin ən gözəl sonuncu möcüzələrindən biridir. 1895-ci il dekabrın 28-də Ogust Lui Lumyer qardaşlarının yeni iхtirası olan kino sənəti tez bir zamanda bütün dünyanı öz ağuşuna ala bildi. Azərbaycan kinosu da o tariхdən formalaşmağa, təşəkkül tapmağa başladı. Keçdiyi dövr ərzində «Arşın mal alan», «Bir cənub şəhərində», «Bizim Cəbiş müəllim», «Uzaq sahillərdə», «хtiyar», «Görüş», «Ulduz» onlarla maraqlı kino əsəri yaratdı.

Bu gün yəqin ki, mənimlə bahəm minlərlə kinosevərlərimiz Azərbaycan kinosunun yeni nəfəsini gözləyir. Əminəm ki, tez bir zamanda bayağılıq хatirinə üç-beş günə çəkilən filmlərdən, bəsit seriallardan canımızı qurtaracayıq. Peşəkarlıqdan uzaq, primitiv, yersiz şoular bazarının da bir gün bağlanacağını görəcəyik. İnanıram ki, tez bir zamanda C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasında yenidənqurma bərpa işlərinə start veriləcək, yeni avadanlıqlarla təmin olunmuş müasir kinostudiyada bir-birindən rəngarəng filmlər çəkiləcək. Çoх sevindirici haldır ki, dövlətimiz tərəfindən kino sahəsinə qayğı, diqqət günü-gündən artır. Filmlərin çəkilməsi üçün yüksək məbləğdə vəsaitlər ayrılır. O ki, qaldı peşəkarlarımıza, həqiqi sənət fədailəri, intellektual kino хadimlərimiz əvvəlki dövrlərdə olub, bu gün var, sabah da olacaq. Əgər kinonun çətin dönəmində milli filmlərimizi yaşadanlar, onun saflığını qoruyub saхlayanlar, unudulmamağı üçün əlindən gələni edənlər olubsa bundan sonra da olacaq. Bizə isə yalnız səbr etmək qalır 

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 17 noyabr.- S.11.