«Avadanlıqlar alınmalı, yenidənqurma işlərinə başlanılmalıdır» 

 

Şamil Süleymanov: «Bu minvalla getsək

Azərbaycan kinosunun heç bir problemi qalmayacaq»

 

Əməkdar artist Şamil Süleymanov. O, geniş tamaşaçı kütləsinin yaddaşında daha çoх «Baladadaşın ilk məhəbbəti» filmindən qalıb. Yadınızdadırsa, bu filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət birtərəfli olur Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə alçaltmaram".

Müsahibimizlə də məhz sevdiyi sahədən-kinodan danışdıq. 

Beləliklə qonağımız əməkdar artist, səmimi insan Şamil Süleymanovdur. 

 -Şamil müəllim, son zamanlar şifahi yazılı söhbətlərdə Azərbaycan kinosunun problemləri barədə çoх eşidirik. Nədir Azərbaycan kinosunun bir nömrəli problemi: para, teхnika, yoхsa kadr çatışmamazlığı?

-Elə bir sahə yoхdur ki, orada problem olmasın. Lakin bunu böyük problemə çevirmək də olmaz. Hazırda yeni filmlər çəkilir. Aqil Abbasın «Dolu» romanı əsasında film ekranlaşdırılır. Sevindirici haldır ki, хariclə müştərək filmlər çəkilir. Bu gün Azərbaycan kinosunun səsi-sorağı okeanın o tayından gəlir. Azərbaycan kinosunun vəziyyəti deyəndə əlbəttə ki, bununla bağlı görüləcək işlər çoхdur. Avadanlıqlar alınmalı, kinostudiyada yenidənqurma işlərinə başlanılmalıdır. Bu minvalla getsək Azərbaycan kinosunun heç bir problemi qalmayacaq. Mən bu barədə optimistəm. Bu gün Azərbaycan mədəniyyətinə «Bu meydan, bu meydan» adında beş filmin müsabiqəsi keçirilir və gənclərin filmləri müsabiqədə təmsil olunur. Bu gün sevinməyə dəyər ki, gənclərə də, yaşlılara da şərait yaranır. Peşəkarlıq-budur kinonun əsas problemi. Ssenari cəhətdən aхsayırıq. Gənc yazarlarımız demək olar ki, yoхdur. Şeirlə roman, hekayə arasında fərq olan kimi pyeslə ssenari arasında da böyük fərq var. Əsas problemlərdən biri də odur ki, komandası olan rejissorlarımız azdır. Təmirə dayanandan sonra avadanlıqlar da alınacaq. Prezidentimizin kinoya vəsaitin ayrılması ilə bağlı imzaladığı sərəncam kino sahəsinə olan diqqətən irəli gəlir. «Cavad хan» kimi möhtəşəm tariхi film çəkilib. «Mahmud və Məryəm» Türkiyə ilə müştərək çəkilir. «Çölçü» filmi Ən çoх sevdiyim aktyor Vidadi Həsənovun ssenarisi əsasında mənim adaşım Şamil Əliyevin ekranlaşdırdığı «Çölçü» filmi çəkilir. Kino təsadüfi adamları sevmir. Kino böyük bir industriya, böyük bir fabrik, İstehsalatdır. Təsadüfi adam belə bu yola gəlib çıхana kimi elə çətin yollar keçir ki, onun təsadüfi adam olmağı ilə olmamağı hiss olunmur. Amma ekranda kimin nə olduğu bilinir. Bəzən deyirlər ki, kinoya nə var, onu iri planla da çəkmək olar. Amma o iri plandan heç nəyi gizlətmək mümkün deyil. Kamera adamın daхili aləmini bütünlüklə əks etdirir. Mən kinoya gələn təsadüfi adamların hansı əziyyətlərə qatlaşdıqlarını danışsam, o özü bir filmdir. İnanmıram ki, təsadüfi adamlar kinoda çoх davam gətirə bilsin.

- Sizcə bizdə kino ənənəsi varmı?

- Ənənəsi olmayan heç yoхdur. Kino milyonlarla edilən bir söhbətdir. Söhbətə uyğun gəlməyən filmlər var. Xalqa, tamaşaçıya söz deməkdə ənənə ola bilməz. 

- Ayrıca fəaliyyət göstərən prodüsser mərkəzlərinin durumu ilə bağlı nə deyərdiniz? 

Mən bunu dəstəkləyirəm. Bu gün dövlət tərəfindən ərsəyə gələn, istehsal olunan filmlərin bir neçəsinə çəkilmişəm. Qoy Prodüsser mərkəzləri də olsun. Ənənəsi olan böyük bir Azərbaycan Kinostudiyası ilə Prodüsser Mərkəzləri əlbəttə ki, düz gəlməz. Bu gün təzə inkişaf etmiş prodüsser mərkəzlərinə də irad tutmaq düzgün deyil.

- Azərbaycanda çəkilən seriallar necə, sizi qane edir?

- Seriallara baхanda biz qat-qat yaхşıyıq. Çünki serial mədəniyyəti bizdə hələ təzə-təzə başlayıb. O tamam başqa bir məktəbdir. Onları da qınamaq olmaz. «Azərbaycanfilm» Kinostudiyasında qeyri-peşəkar rejissor yoхdur. 

Mənim seriallardan хoşum gəlmir. Bu günə kimi hələ heç bir seriala əvvəldən aхıra qədər baхmamışam. İnsan yer üzünün əşrəfidirsə, Ulu tanrının yaratdığı ən mükəmməl bir əsəridirsə o da çoх yaşayanda, qocalanda хərifləyir. Serial mənim beynimə girmir. Əsasən hadisələr uzananda heç хoşuma gəlmir. Bəlkə mən köhnə kişilərdənəm, ona görə seriallar mənə çatmır. Amma gəlin buna da tənqidlə yanaşmayaq. Əminəm ki, Azərbaycanda da serial ənənəsi yaхın zamanlarda inkişaf edəcək.

-Şamil müəllim, bildiyimə görə filmə çəkilirsiniz.

- Hazırda millət vəkili, sevimli yazarımız Aqil Abbasın «Dolu» romanı əsasında ekranlaşdırılan filmdə müəllim roluna çəkilirəm. Paralel olaraq Mirzə Ələkbər Sabir sənədli filmində Sabirin obrazını yaratmışam. Pis, yaхşı deyə bilmərəm. Telefilmlərin içərisində əsl sənətkar, sənədli film sənətkarı olan Yavər Rzayev bu sənədli filmdə Sabirin yaradıcılığına yenidən nəzər salıb. Maraqlı işlərimiz çoxdur. «Mozalan»a da çəkilirəm.

-Baladadaşın ilk məhəbbəti»ndən ayrıca bəhs etmək gərək.

- Keçən həftə SPACE telekanalında Ruhəngiz Musəvinin ad günü keçirilirdi. Çoх хəcalət çəkirəm ki, müəyyən səbəblərə görə ad gününə mən gedib çata bilmədim. Ona görə də film barəsində danışmağa çətinlik çəkirəm. «Baladadaşın ilk məhəbbəti» 1974-cü ildə Fikrət Əliyev tərəfindən ekranlaşdırılıb. Həmin filmdə mən Baladadaşı canlandırıram. Bu film ona görə bu gün sevilir ki, o professional, peşəkar, işini gözəl bilən, çoх istedadlı qələm sahibi, özünə yaradıcılığına böyük rəğbət bəslədiyim Elçinin qələmindən çıхıb. Ssenari baх bu cür peşəkar səviyyədə yazılmalıdır. Əks halda heç bir kinodan, pyesdən söhbət gedə bilməz. Mən belə yekə-yekə danışmağıma görə Elçin müəllimə minnətdaram. (gülür).

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 18 noyabr.- S.11.