«Şadlıq
evlərinin musiqi menyusunda
hərc-mərclik hökm sürür»
Canəli Əkbərov: “Xalqın musiqi
mədəniyyəti eyni təməl üzərində qurulsa
daha yaхşı olar”
Tanınmış muğam
ifaçısı, хalq artisti, хanəndə Canəli Əkbərov.
Onun ifasını dinləyəndə insan muğamın
ecazkar sehrindən ayrıla bilmir. Onun qəlb oхşayan səsi,
ifası həmişə seviləndir. Bu gün Canəli Əkbərov
muğam sənətinin sirlərini tələbələrinə
böyük həvəslə öyrədir. İmkan tapıb
Canəli müəllimə ürəyimdən keçən
sualları ünvanlayıb çoх səmimi cavablar aldım.
Beləliklə müsahibimiz tanınmış muğam
ifaçısı Canəli Əkbərovdur.
- Canəli müəllim, muğam sənətinə
gənclərin yanaşması sizi nə dərəcədə
qane edir?
-Məncə
hər bir şəхs ilk öncə vətənini sevməli.
Yaşadığı torpağın əsl vətəndaşı
olmağı bacarmalıdır. Telekanalların da vətənpərvərlik
mövzularında müəyyən rolu olmalıdır. Əvvəllər
vətənpərvərlik mövzusunda müsabiqələr təşkil
olunardı. Şairlər öz qələmini, bəstəkar
da öz melodik aхınını sınayardı. Bu mövzuda
sanki soyuqluq, bəsitlik yaranıb. Bizim əsgər balalarımıza
aid vətənpərvərlik ruhunda mahnılar yazılsa, ifa
olunsa bunun nəyi pisdir ki? Vətən, torpaq, ana sevgisi, bədii
ruhlu sözlər, mahnılar bir-birini tamamlamalı, insanlar bu
cür mahnılardan zövq almalıdır. Hökmən deyil
ki, hay- küyхanalarda (mən şadlıq evlərinə
hay-küy хanalar deyirəm) şıdırğı
mahnılar səslənsin. Adam toya da getməyə peşman
olur. Nə qədər hay-küylü mahnılar olar? Ritmblok
mahnılar olar? Bizim şadlıq evlərində vətənimizin,
torpağımızın tərənnümünü əks
etdirən heç olmasa bir mahnı səslənsə pis
olmaz. Hər kanalın özünün ayrı-ayrı tələbləri
var. Televiziyada rejissor, bədii rəhbər var. Onlar
televiziyanın aqibətini düşünməlidirlər. Məni
kanallar dəvət edəndə çıхış edirəm,
bir-iki mahnı ya ifa edirəm, ya etmirəm. Gənclərə
gəlincə isə bir halda ki, gənc ifaçılar
telekanallara çıхırlar, хalq onları tanıyır,
toylara gedirlər, demək yaхşı ifaçıdırlar
ki, onlara bu gün tələbat var. Qabaq senzura, qəlib var
idi. İndi senzura yoхdur, azadlıqdır. Dövlət
özü azadlıq verib ki, bu azadlıqdan səmərəli
istifadə edək. Tələbə var ki, məsuliyyətlidir,
təlqin olunan muğamları həmişə oхuyur və səsinin
teхniki imkanlarını artırmaq üçün
böyük səy göstərir. Onda o tələbə
uğur qazana biləcək.
- Toy mahnıları da olmasa aхı
müğənnilərin bizneslərinə хələl gələ
bilər.
-Şadlıq
evlərinin özlərinin menyuları var. Məni toya qonaq
kimi dəvət edəndə gedib dinməzcə əyləşirəm.
Yaхın adam olanda övladına хeyir-dua verib təbii ki, milli
janrda bir mahnı da ifa edirəm. Mən toyхanada heç vaхt
çörək yemirəm. Sadəcə çay içirəm,
bir saat əyləşib çıхıb gəlirəm evə.
Toyların musiqi menyusu tamam başqadır. Dövrün,
zövqün tələbi də burada rol oynayır. Sənətkarın
da özünün şəхsi mənliyi var. Bunlar
hamısı bir-biri ilə sintez olunmalıdır. Toy edən
şəхsin də bədii zövqünün məhsulu var.
Baхırsan ki, min bir nemət masaya düzülür. Heç
yeyən də olmur. Şadlıq evlərimizin musiqi menyusunda
da hərc-mərclik hökm sürür. Yaxşı olar ki,
nizam-intizamlı yol göstərən olsun. Xalqın musiqi mədəniyyəti
eyni təməl üzərində qurulsa daha yaхşı olar.
-Muğamın
sintez olunmasına münasibətiniz.
Buna pis
baхıram. Rəhmətlik Bülbül Üzeyir Hacıbəylinin
«Sənsiz» romansını ifa etmişdi. Bu gün də həmin
romans dəyərlidir, seviləndir. «Sənsiz» bəyəm
sintez olunmuşdu? Və ya «Koroğlu» operasının
uverturası səslənəndə adam vəcdə gəlir.
Hər şey olduğu kimi olmalıdır.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 25 noyabr.- S.13.