Uşaq İnternet Portalının ilkin müzakirəsi keçirildi

 

 Noyabrın 29-da “ELS” Müstəqil Araşdırmalar MərkəziUşaq İnternet Portalının ilkin versiyasının ictimai müzakirəsimövzusunda dəyirmi masa keçirdi. Qeyd edək ki, “Uşaq internet portalının yaradılmasılayihəsi prezident yanında QHT-lərə dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin nümayəndəsi Vüqar Səlimov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, “Azərbaycanfilmistehsalat birliyinin nümayəndəsi Yaqub Əlioğlu, bəstəkar-müğənni Zabitə Məmmədova, şair Vahid Əziz, Zahid Xəlil digər görkəmli mədəniyyət incəsənət xadimləri, uşaq yaradıcılıq kollektivləri, aidiyyatı qurumların təmsilçiləri iştirak etdilər. 

  “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycanda ilk dəfə yaradılan Uşaq internet portalının ilkin versiyasını iştirakçılara təqdim etdi. İradə xanım portalın uşaqlarla yanaşı böyüklər, xüsusən , valideynlər uşaqlarla işləyən peşəkarlar üçün nəzərdə tutulduğunu bildirdi. O hələ portal üzərində işlərin aparıldığını da əlavə etdi:“Portal hələlik yalnız Azərbaycan dilindədir, amma gələcəkdə rus, ingilis, ispan, alman fransız dillərində məlumatlar yerləşdiriləcək. Portalın məlumat bazasında ölkəmiz haqqında məlumatla yanaşı, uşaq gənclər haqqında qanunvericiliyi tənzimləyən beynəlxalq milli sənədlər, faydalı linklər digər zəruri məlumatlar yerləşdirilib”.

 Təqdimatdan sonra iştirakçılar gənc nəslin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaq portalın təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürdülər.

Qeyd edək ki, “Uşaq İnternet Portalının yaradılmasılayihəsi dekabrın 15-də başa çatacaq.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 30 noyabr.- S.9.