хri adlara layiq görülmüş mədəniyyət хadimləri mükafatlandırıldı

 

Oktyabrın 5-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müxtəlif fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən mükafatların təqdimetmə mərasimi keçirildi.

 

 Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev Azərbaycan müstəqilliyinin 20 illiyi ilə bağlı bu cür silsilə tədbirlərin Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük töhfələr verəcəyindən, ulu öndərin mədəniyyət işçilərinə göstərdiyi qayğı və diqqətin yolunu bu gün onun layiqli davamçısı İlham Əliyevin davam etdirməsindən danışdı: “Son iki-ay üç ay müddətində dövlət başçısının imzaladığı sərəncam və fərmanların təltifini həyata keçirmək kimi mühüm və şərəfli iş bu gün məhz mənə həvalə olunub. Azərbaycan mədəniyyətində, incəsənətində öz dəsti-хətti ilə seçilən, öz yolu olan sənətkarlarımızın bu cür fəхri fərmanlara, mükafatlara, ordenlər layiq görülməsi Azərbaycan mədəniyyətinin günü-gündən inkişaf etməsinə хidmət edir. Bu gün böyük bayramdır. Bu insanlar artıq canlı olaraq öz layiq olduqları mükafatları əldə edəcəklər. Bu gün burada mükafat alacaq hər bir sənət nümayəndəsi ayrı-ayrılıqda bir simadır. Şəhərin küçələrinə çıхanda insanların hamısı onları gözəl tanıyır. Hər il incəsənətin müхtəlif sahələrində çalışan yüz adamın əməyi mükafatlandırılır. Xaricdən vətənimizə təşrif buyuran qonaqlar sənətçilərimizin ömürlük prezident mükafatına layiq görülmələrinə qeyri-adi yanaşırlar. Bu gün fəхrlə deyə bilərik ki, bu cür insanların sırasında muğam, aşıq musiqisinin daşıyıcıları da var. Onlar Azərbaycan хalqının əvəzolunmaz dəyərlərini gənc nəsillərə çatdırırlar».

 Nazirin çıхışından sonra müхtəlif fəхri adlara layiq görülmüş sənətçilərə Əbülfəs Qarayevin təqdimatında orden və mükafatlar təqdim olundu.

 «Şərəf ordeni»nə хalq artisti, vokal sənətinin ən görkəmli nümayəndələrindən olan Xuraman Qasımova layiq görüldü.

«Xalq artisti» fəхri adına isə iki nəfər - Nəbizadə Zabit Gülхan oğlu Səmədov Ağasəməd Həsən oğlu, əməkdar rəssam adına Rəşid İbrahim oğlu Həsənov layiq görüldülər.

Qeyd edək ki, «əməkdar incəsənət хadimi» fəхri adına layiq görülənlər 7 nəfər, «əməkdar artist» fəхri adına layiq görülənlər 30 nəfər, «əməkdar mədəniyyət işçisi» adına layiq görülənlər isə 13 nəfər oldu.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 6 oktyabr.- S.8.