«Vahidin bütün qəzəllərində meyõana məkan kimi göstərilir»

 

Müsahibimlə görüşməyi, bədihə sənəti ilə bağlı maraqlı fikirlərini öyrənməyi dəfələrlə arzulasam da bu istəyim baş tutmurdu. Nəhayət ki, səmimi insan, hamının sevimlisi Namiq Məna ilə çoõdan bəri arzuladığım bu görüş baş tutdu. Hər zaman və hər yerdə Namiq müəllimi mübahisələrlə və qalmaqallarla dolu bu bədihə aləmindən həmişə kənar görmüşəm. O, sırf sənət və yaradıcılıq yenilikləri ilə gündəmdə olmağa üstünlük verir. Namiq Mənanın bədihə sənəti üçün çəkdiyi zəhmət öz bəhrəsini verib. Saysız-hesabsız tələbələr yetişdirib, Sumqayıtda möhtəşəm Bədihə Mərkəzi yaradıb, öz ətrafına istedadlı və çalışqan gəncləri toplayıb. Ən əsası isə saysız-hesabsız tamaşaçı sevgisi, tamaşaçı rəğbəti qazanıb.

 

 Beləliklə müsahibimiz tanınmış bədihə ustadı Namiq Mənadır.

 

- Namiq müəllim, ilk öncə yaradıcılığınızdakı yeniliklər barədə danışardınız.

 - Yeni musiqili bədihələr yazmışam. Yeniliklər çoõdur. Tələbələrlə birlikdə konsert barədə düşünürük.

 - Bədihənin sintez olunmağını necə qiymətləndirirsiniz?

 - Ümumiyyətlə bədihə sözü bədahətən deyilən şeirdir. Buna yaõşı baõıram, amma peşəkarcasına olsa. Əgər sənin səs ahəngin imkan vermirsə, özünü güclə yükləyirsən ki, mən oõumalıyam, məndə alınır, buna yaõşı baõmıram. Peşəkarlarla da məsləhətləşmək lazımdır. Onlar sənə dəyərli məsləhətlər versə ki, sənin səs ahəngin imkan verirsə musiqi ilə bədihəni sintez edəsən, buna pis baõmıram. Amma hər hansı bir sahəyə toõunanda, istər musiqi olsun, istərsə də digər sahələrdə. Çalışmaq lazımdır ki, 70-80 faiz sənin ondan anlayışın olsun. Ümumiyyətlə hansı sahədə nəsə danışırlarsa, səndən nəsə soruşurlarsa, öncədən məlumatlandırmalısan özünü. Bu sahədə anlayışın olmalıdır. Yoõsa bədihəni musiqi ilə sintez elədin, səhər sənə sual verdilər ki, bu oõuduğun musiqi hansı ladın üzərindədir, hansı muğamın üzərindədir, bunu bilməsən, bu sənin qeyri-peşəkarlığından õəbər verəcək. Amma sən əvvəl onu istər praktik, istərsə də nəzəri tərəfdən öyrənməlisən. Ondan sonra o janra müraciət etməlisən. Təəssüf ki, hərdən belə bədihələr eşidirəm: biri deyir yazığam, bir deyir avarayam, biri deyir nə bilim nəyəm. Qulaq asdıqca təəssüflənirəm. Bu sənətdə çərçivə olmalıdır. Bir var ağıla gələni yazıb oõusunlar, bir də var ağıza gələni.

- Sizə elə gəlmirmi ki, bədihə artıq öz ampluasından çıõır?

 - Ümumi sənətdən danışırıqsa əlbəttə müəyyən problemlər var. Musiqidə yatımlılıq olmayanda, bayağılıq olanda onda bədihə öz ampluasından çıõa bilər. Keçirilən müsabiqələr də gərək elə olsun ki, əndazədən kənara çıõmasın. Kimin ağlına nə gəlir bir iki-kəlmə söz deyir, artıq özünü peşəkar sayır. Bədihəni orta məktəbi bitirməyən uşaqlar da deyir. Deyəndə oõumaq, mütaliə etmək lazımdır, hamısı söyləyir ki, mənə istedad Allah tərəfindən verilib. Təhsilim olsa da olar, olmasa da. Amma bu düzgün deyil. Mən arzu edərdim ki, gələcəkdə bu cür nöqsanlar aradan qalõsın. Ağasəlim Çıldaq həmişə dediyi bədihələrində vurğulayırdı ki, mən ölməz Vahidin yadigarıyam. Ümumiyyətlə bizim sənətin daşıyıcıları, özüm də başda olmaqla hamımız ustad kimi Ağasəlim Çıldağı, Nizami Rəmzini görmüşük. Və onların da ustadı kimi Əlağa Vahidi tanımışıq. Hamısı da bədihələrində Əlağa Vahidə müraciət ediblər. Əlağa Vahidin kitablarını bu gün oõuyuram. Meyõana sözü şeir formasında onun heç bir sözündə, qəzəlində yoõdur. Vahidin bütün qəzəllərində meyõanə məkan kimi göstərilir. Kütləvi informasiya vasitələri bu meyõana sözünə ciddi yanaşmalıdır. Çünki hər bir şey fakta söykənilib danışılır. Amma şeir forması kimi təəssüf ki, heç bir ədəbiyyatda öz təsdiqini tapmayıb. Mən yüz il bundan öncəni, heç olmasa səksən il bundan öncəni nəzərdə tuturam. Lap elə Vahidin özünü nəzərdə tuturam. Vahidin özündə meyõana şeir formasında olmayıb. O vaõt Ağahüseyn, Hacıkazım olub, Əsədulla olub Corat kəndindən, Əlizaman olub Novõanıdan, bunlar bədihələr deyiblər bədihə adı ilə fəaliyyət göstəriblər. Bizim ən ağrılı yerimiz odur ki, görürsən müəyyən faktlara söykənib danışmırlar, bu sənətin bəzi daşıyıcıları çalışırlar ki, gəncləri yollarından azdırsınlar. Hərdən görürsən elə insanlar bu sənət haqqında danışır ki, bu vaõta kimi heç bilmirdin ki, bu hardadır. Efir məkanına da bədihə sənətinə gərək ciddi şəkildə yanaşılsın. Təəssüf doğuran hallardan biri də odur ki, efirlərdə təhqiramiz ifadələrə yol verilir. Mən çoõ say-seçmə hallarda görürsüz ki, vaõt tapıb televizora baõıram. Nəzərimə toõunur, amma hamısını izləyə bilmirəm. Boş vaõtlarımda efiri izləyəndə görürəm bədihəçilər bir-biri ilə deyişəndə elə təhqiramiz ifadələrdən istifadə edirlər ki, bu yolverilməzdir. Çünki hər bir izləyicinin öz valideyni var, qohum-əqrəbası var. Onlar da ekran qarşısında əyləşib izləyirlər. İstər-istəməz iştirakçıların bir-birinə qarşı təhqiramiz ifadələri onlarda da ikrah hissi yaradır.

 - Namiq müəllim, bir neçə müddət bundan öncə efir məkanında iki bədihəçinin bir-biri ilə yaş məsələsinə görə mübahisəsinin şahidi olduq. Meyõanaçı Mehman Əhmədli Ağamirzəyə deyirdi ki, sənin yaşın ötüb, bu sənətdən getmək vaõtındır. Necə düşünürsünüz, bədihə sənətində cavan-yaşlı söhbətlərin dərəcədə düzgündür?

 -Məsələ ilə bağlı onu deyə bilərəm ki, bunlar şou õatirinə yaradılmış söz-söhbətlərdir. Peşəkar tamaşaçı baõanda bilir ki, məsələ nə yerdədir. Məndə olan faktlara görə bilirəm ki, bu söz-söhbətlər şou õatirinə yaranıb. Məncə bədihəçi yaşından asılı olmayaraq hər bir zaman mütaliə etməlidir. Gənclər yaşlılardan örnək götürməlidir. Elə ola bilər ki, 60 yaşlı bədihəçidən nələrisə məsləhət ala bilərsən, hansısa peşəkar kəlamları sənə deyə bilər. Düşünürəm ki, bu yaõşı haldır.

 - Qəlbinizin yükündən bəhidə ilə necə, azad ola bilirsinizmi?

- Elə zaman olur ki, yalnız bədihədən yapışırsan. Təkliyə sığınanda, özünə qapananda Allahın sənə verdiyi istedad və bədihə gəlir köməyinə. Mənim üzərimdə olan qəm yükünü bədihə ilə aradan qaldıra bilirəm. Bədihə hər bir anımda mənim dayağım, köməyim olur.

- Tənha qalarkən düşünürsünüz? Tənhalıqda nələri götür-qoy edirsiniz? Hansı səhvinizi təkrarlamaq istəmirsiniz?

- İnsan atdığı addımlarda, yaşam tərzində çalışmalıdır ki, heç bir vaõt nöqsana yol verməsin. Gərək çalışasan ki, ağlının istəyi ürəyinin istəyini üstələsin. Ağılı ki, ürəyin iõtiyarına verdin, bu çoõ çətin olur. Amma addımı düşünüb atanda görürsən ki, hardasa atdığın addımlar uğurlara söykənir. O uğurlar da səni doğru yola aparır.

 - Namiq müəllim, söhbətimizin sonunda özünüzün qələmə aldığınız yeni şeirlərinizdən birini söyləməyinizi õahiş edərdim.

 - Bədihə elə sənətdir ki, gərək qəlbində, təfəkküründə nə varsa, ürəyindən nə gəlirsə onu deyəsən. Bir də var özün özünü məcbur edəsən. Hərdən görürsən deyirlər ki, mənə təb verildi, mən elə bütün günü təblə deyirəm. Bu da absurd fikirdir. Mümkün olan iş deyil. Təb insana həftədə bir dəfə, ayda bir dəfə qonaq olub qapısını döyə bilər. Təb gündə gəlsə onda daha nə oldu? Son zamanlar yeni şeirlər yazmışam. İstəyərdim ilk dəfə olaraq həmin şeirdən birini sizin üçün səsləndirim.

 

Beləmi düşmüşəm gözündən sənin

 

Deyirdin ölüm də ayırmaz məni,

Güldürmə bu eşqə dostu, düşməni,

Mən ki, gecə-gündüz qorudum səni,

Getdim, hara getdim izinnən sənin,

Beləmi düşmüşəm gözündən sənin.

 

Gecələr ulduzlar yandı ahımdan,

Tək səni dilədim, tək Allahımdan,

olar əfv eylə, keç günahımdan,

Düşüm yalvarımmı dizinə sənin?

Beləmi düşmüşəm gözündən sənin?

 

Boğulur vücudum gözüm yaşınnan,

Ayrılmaq fikrini çıõart başından,

Sanardım öpürəm Kəbə daşından,

Hər dəfə öpəndə üzündən sənin,

Beləmi düşmüşəm gözündən sənin?

 

Sənsizlik ruhumu canımdan aldı,

Məcnun libasında çöllərə saldı,

Sən getdin əbədi mənimlə qaldı,

Dərdin vəfalıymış özündən sənin,

Beləmi düşmüşəm gözündən sənin?..

 

Bu şeiri eksklüziv olaraq sizin qəzetə töhfə edirəm. Bu da mənim sizin qəzetinizə şeir payım. Hər birinizə can sağlığı, müvəffəqiyyətlər, yazılarınızda daim düzgünlüyə, dürüstlüyə söykənməyi arzulayıram.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 8-10 oktyabr.- S.13.