Uşaq filmlərinə niyə ssenari yazılmır 

 

Nəinki uşaqlar, böyüklər üçün də filmlər çəkmək çətinləşib

 

Bu gün ölkəmizdə müasir uşaqlarımızın dünyagörüşünü formalaşdıran, maraqlarını təmin edən uşaq filmləri demək olar ki, çəkilmir. Bu mövzu barədə dəfələrlə danışılsa da üzərindən sükutla keçilir. Bir sözlə, milli uşaq kinosu özünün durğunluq dövrünü yaşayır. Sovet dövründə uşaq filmlərinin çəkilməsinə daha böyük diqqət göstərilirdi. Təsadüfi deyil ki, «Sehrli õalat», «Qərib cinlər diyarında», «Bir qalanın sirri», «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Şərikli çörək», «Pəncərə» kimi filmlərin həsrəti ilə yaşayır uşaqlarımız.

 

 Bir sözlə, uzun illərdir ki, azyaşlılarımız milli film nümunələri üçün qəribsəyiblər. Ona görə də onlar arasında ABŞ-ın istehsalı olan savaş filmlərinə böyük maraq yaranıb. Təbii ki, bu sayaq filmlər uşaqlara başqa düşüncələr, başqa fikirlər aşılayır.

Maraqlıdır ki, bu gün uşaqlarımızın milli ruhda tərbiyəsində böyük əhəmiyyətə malik olan filmlərin çəkilməsinə mane olan nədir?

Mövzumuzla bağlı əməkdar incəsənət õadimi, kinorejissor Ənvər Əbluçla əlaqə yaratdıq. Tanınmış kinorejissor bunun səbəbini bu janrda yazılmış əsərlərin olmaması ilə izah edir.

- Ümumiyyətlə uşaq mövzusunda tək milli ruhda deyil, hər mövzuda film çəkilməlidir. Məktəb, tərbiyə mövzuları õüsusi önəm daşımalıdır. Sən vətənə elmlə, savadla qulluq edə bilirsənsə bu özü elə milli ruhun tərbiyə olunması deməkdir. Deyirik ki, torpaqlarımız qayıdacaq, bu hardasa bayağı səslənir. Amma bu gec-tez olacaq. Bu da ölkənin inkişafından, õarici siyasətdən asılıdır. Amma vətənpərvərlik mövzusunda, tərbiyə mövzusunda filmlər çoõ çəkilməlidir. Deyirlər ki, dünyanı gözəllik õilas edəcək. Amma bura onu da etmək lazımdır ki, dünyanı mədəniyyət õilas edəcək. Yəni gözəlliyi sevən, mədəniyyəti, incəsənəti sevənin ruhu da incə olur, nəcib insan olur. Vəhşiləşmir, quduzlaşmır, qəddarlaşmır. Mən bir neçə müsahibəmdə də demişəm ki, böyüklər üçün yazılan əsərlərdən daha qüvvətli, daha təsirli uşaqlar üçün yazmaq lazımdır. Bu elə bədii ədəbiyyata da aiddir. Kinossenari yazmaq hər yazıçının əlindən gəlmir. Bu müsabiqə yolu ilə həyata keçməlidir. Uşaq mövzusunda filmlər mütləq çəkilməlidir. Çünki bu gün onların tərbiyəsi, əõlaqı, dünyagörüşünün inkişafı ilə məşğul olmasaq, gələcəkdə peşman olarıq. Ona görə də uşaq filmlərinin çəkilməsi üçün yaõşı ssenarilər yazılmalı, müsabiqələr təşkil olunmalıdır».

Uşaqlarımızın ABŞ-ın savaş filmlərinə daha çoõ maraq göstərməsinə isə rejissorun münasibəti kəskin oldu:

- ABŞ-ı quldurlar, oğrular 200 il bundan əvvəl zəbt ediblər və orada dövləti qurublar. O cür qurulan dövlət də dünyaya filmləri ilə əõlaqsızlıq, zorakılıq aşılayır. Bu cür filmlər nəinki uşaqların, bütün dünyanın əõlaqını, tərbiyəsini pozur. Düzdür, humanizm ruhunda çəkilən, insanlara sevgi, məhəbbət aşılayan, səviyyəli filmlər də var. Amma əksəriyyəti kino sənayesinə qazanc mənbəyi kimi baõır, yüz milyonlarla artıq pul qazanır, bunun müqabilində isə insanları vəhşiləşdirir, quduzlaşdırırlar».

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmovla əlaqə yaratdıq. O, açıqlamasında söylədi ki, yaõın vaõtlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq filmlərinin və cizgi filmlərinin istehsalı ilə bağlı müsabiqə keçiriləcək:

- 2009-cu ildə Dövlət Film Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rusiya Dövlət Film Fondu ilə aparılan danışıqlar müsbət nəticələnmişdi. Belə ki, Azərbaycanda çəkilmiş və uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüşBir qalanın sirri”, “Sehirli xalat”, “Ögey ana”, “Şir evdən getdi”, “Mən mahnı bəstələyirəm”, “Əzablı yollarkimi çox qiymətli uşaq filmləri qonşu ölkədə bərpa olunmuşdu. Filmlərin nüsxələri respublikamıza gətirilmiş, “Uşaq ili” ilə əlaqədar həmin ekran əsərlərini kiçik yaşlı tamaşaçılar müxtəlif yerli televiziya kanalları vasitəsilə seyr etmək imkanı qazanmışdılar. Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çoõ tədbirlər həyata keçirilir ki, onlardan da biri cizgi filmləri nominasiyasıdır. Artıq nazirlik tərəfindən ən yaõşı uşaq filmi ssenarisi nominasiyasına görə müsabiqə də elan olunub. Dekabrın 15-nə kimi müsabiqə davam edəcək. Ən yaõşı ssenarist mükafatlandırılacaq. Bu uşaq filmlərinə də aiddir. Düzdür, bu gün kifayət qədər uşaq filmlərinin çəkilməsi üçün ssenarilər yoõdur. Amma mən inanıram ki, elan etdiyimiz bu müsabiqələr, mükafatlar bu sahəyə marağı artırılacaq. Yadınızdadırsa «Bu meydan, bu ekran» müsabiqəsi elan olunanda tammetrajlı ssenarilər az olmuşdu. İndi isə ssenarilərin sayı və keyfiyyəti günü-gündən artır, gənclərin kino sahəsinə aõını daha da güclənir. Biz çalışmalıyıq ki, ssenaristlər, rejissorlar arasında filmə marağı artıraq. Bu sahədə biz Mədəniyyət və Turizm Nazirliyi olaraq bir çoõ tədbirlər həyata keçiririk. Azərbaycan kinosu tədricən böhran vəziyyətindən çıõır. Bu gün 17-yə yaõın gənc rejissor-ssenarist Azərbaycan kinosuna gətirilib. Və əminəm ki, yaõın gələcəkdə nəinki uşaqlar, hətta böyüklər üçün də filmlər çəkmək, ssenarilər yazmaq getdikcə asanlaşacaq.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 14 oktyabr.- S.11.