“Eurovision”-2012-nin milli seçimlərinə
start verildi
Sənədlər oktyabrın 15-dən 25-dək qəbul
ediləcək
“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan
üzrə təşkilatçı
yayımçısı İctimai
Teleradio 2012-ci ildə
bu müsabiqə ölkəmizin təmsilçisini
müəyyən etmək
üçün Milli
seçim turuna start verir.
Televiziyanın İctimaiyyətlə
əlaqələr şöbəsinin
rəhbəri Tahir Məmmədovun açıqlamasına
görə müsabiqə
tam olaraq Eurovision Mahnı
Müsabiqəsinin qaydalarına
və tələblərinə
uyğun aparılacaq:
“Seçim turunda şəffaflığı və
obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək
məqsədilə peşəkar
münsiflər heyəti
ilə yanaşı, tamaşaçıların rəyi
eyni dərəcədə
nəzərə alınacaq.
Yaşı 16-dan yuxarı olan,
öz istedadına və peşəkarlığına
güvənənləri müsabiqəyə
dəvət edirik.
Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı
və səhnə mədəniyyəti ilə
fərqlənməlidirlər”. İştirak etmək istəyənlər
oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi,
241) müraciət edə
bilər. Hər bir
iştirakçı 3 ədəd
müxtəlif rakursdan
çəkilmiş şəkil,
şəxsiyyət vəsiqəsinin
surətini və xüsusi anketi təqdim etməlidir.
Olaylar.- 2011.- 14 oktyabr.- S.16.