"Bir çox tamaşaçılar teatra aktrisanın gözəlliyinə görə gəlirlər"

 

ATV kanalında yayımlanan "Bizim səhər" verilişinin qonağı əməkdar artist Xanım Qafarova bir aktrisa üçün gözəlliyin önəmli olmasından danışdı.

“Biz aktrisayıq, hər cür rolu, obrazı oynamalıyıq. Səhnədə hər zaman gözəl görünmək olmaz. Səhnədə hər rolu oynamalısan ki, həm arxivində olsun, həm də baxanlar sənin nəyə qadir olduğunu anlasınlar. Tamaşaçılar səni yalnız bir ampluada görməsinlər, qoy bilsinlər ki, Xanım bunu da oynaya bilir, o birini də.

Görkəmə qalanda, hər bir xanım istəyər ki, gözəl görünsün, tamaşaçı onun o gözəlliyinə baxıb gəlsin. Çünki bir çox tamaşaçılar teatra aktrisanın gözəlliyinə görə gəlirlər. Obrazdan başqa, sənətindən başqa, gəlirlər gözəlliyindən zövq almağa. Bu bizim sənətimizdir. Mənə, heç özüm də bilmirəm niyə, həmişə baş rolları veriblər. Yəqin ki, bu, qismətdir”, - Xanım Qafarova dedi.

 

 

Olaylar.- 2011.- 15-17 oktyabr.- S.16.