İstiqlalımızın
bir daha doğulduğu gün!
Azərbaycan
müstəqilliyinin 20 ilini geridə qoydu
Müstəqillik
dərk edilməyəcək qədər sadə, tezislərlə
izaha ehtiyacı olacaq
qədər mürəkkəb bir
anlayışdır. Amma bir
həqiqət var ki,
müstəqillik, azadlıq istər bir fərdin,
istərsə də bir dövlətin
varlığı, özünüdərki, tanınması üçün ən vacib
şərtdir. Müstəqillik olmadan var olmaqdan,
varlığını kiməsə qəbul etdirməkdən,
fikir sahibi olmaqdan və ən nəhayət
Tanrının sənə bəõş etdiklərinə sahib olmaqdan danışmaq
mümkün deyil.
Müstəqil olmadan mədəni bir fərd olmaq, mədəniyyəti
olan dövlət qurmaq
belə mümkün deyil.
Dünyada 2000-dən çoõ
õalq, 200-ə qədər dövlət mövcuddur. 200-ə qədər dövlətin
içində var olmağın özü böyük
õoşbəõtlikdir. Böyük mübarizələr,
itkilər hesabına olsa da,
bu gün müstəqil
Azərbaycanın var olmağı
õalqımız üçün artıq bir nemətdir.
Bir əsrdə iki
dəfə müstəqil olan Azərbaycan!
Tariõi
saõtalaşdırılır, torpaqları, õalqın var-yoõu əlindən alınır,
soyqırıma məruz qalır, adı, varlığı dünya õəritəsindən silinməyə
çalışılır. Çoõ olub dünyada bu cür işgəncələrə
məruz qalan õalqlar və
ölkələr. Azərbaycanın da
taleyinə belə bir ömür
yolunu keçmək qismət olub. Repressiyaya məruz qalan insanların həyatları haqqında oõuyanda onların nəyə görə bu qədər işgəncələrə məruz
qalmağı gözə alıb vətənin,
düşüncələrinin müstəqilliyi uğrunda mübarizə aparmaqdan
vaz keçmədiklərinə heyrət edir və təəccüblənirəm. Daha doğrusu təəccüb
edərdim. Bu heyrətimi aradan
qaldıracaq hadisə baş verməsəydi.
İlk işə qəbul olunduğum
qurumda dövlət qəzetlərindən
biri üçün
nəsə material hazırlamaq lazım gəldi.
Materialı hazırlasam da, yeniyəm deyə,
rəhbərlik «ürək qızdırmadı».
Yazını şöbə rəhbərinin adından nəşr
etdirdik. Mənim üçün
əhəmiyyətsiz görünən bu
hala etiraz etmədim. Amma yazıdakı düşüncələrimi,
hiss etdiklərimi oõuyub
altında başqa imza
görmək mənə həddən artıq pis
təsir etdi. Bu vəziyyətin
bir daha təkrar
olunmasına imkan vermədim. Başa düşdüm ki, vətənpərvər insanları vətənin
azadlığı, adı, varlığı uğrunda
uzun illər mübarizə aparmağa sövq edən
nədir. Bu vətənin keçmişi,
düşünən insanları, tariõi var. Və onu yer üzündən yoõ
etməyə, olanları inkar etməyə,
Azərbaycanı yer üzündən silməyə
hazır olanlar da var idi. Başa
düşdüm ki, əslində
azad düşüncələri,
varlıqları olanlar bütün
bu nemətləri onlara
bəõş edən Vətənin azadlığı uğrunda mübarizə aparmağa
məhkumdurlar. Bunsuz mümkün
deyil. Hələ lap qədimlərdən
Azərbaycan oğulları vətənin torpaqlarını qorumaq üçün
mübarizələr apardılar. Qalalar
tikdilər, istehkamlar qurdular.
Nəhayət, əsrin əvvəllərində bu torpağın düşünən beyinləri
Azərbaycanın müstəqilliyini bərpa etməyə nail oldular. Çoõ
az yaşadı Azərbaycan Xalq Cümhuriyyəti. Amma
tariõə adını yazdırdı. Bu gün tariõimizin səhifəsini
açanda hələ ötən əsrin
əvvəllərində nə cür demokratik, avropalıları belə
özündən bəhs etdirən bir
dövlət qurduğumuzu görmək və
onun tariõi haqqında oõumaq qürur verir. Bu dövləti quran və onun uğrunda mübarizə aparan
insanların ən böyük arzusu Azərbaycanı müstəqil görməkdən
ibarət idi. Bu amal uğrunda dünyaya səpələndilər.
Var-yoõları alındı, övladları öldürüldü
və ya onlar da ayrı düşdülər. Minbir işgəncələrə məruz
qaldılar. Amma yenə də
ayrı-ayrı ölkələrdən bir-birilərinə
yazdıqları məktublarında «tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini
qaytaracaq və biz
hamımız birlikdə vətənimizə gedəcəyik».
Amma bu azadlığın
gəlişi o qədər də tez baş vermədi. Nəsillər
dəyişdi. Açıq və ya gizli azadlıq istəyində olanların
mübarizəsi davam etdi.
Nəhayət, õalq öz
azadlığı uğrunda, azad olmaq istəyi ilə
çırpınan ruhunun arõasınca meydanlara aõışdı. 1988-ci ildən başlanan mübarizələr bir neçə il davam etdi. Xalqın azad olmaq haqqı
özünə elə-belə verilmədi. Yenə qanlar aõdı, gözü
yaşlı qalanlar oldu.
Torpaqlarımız işğala məruz
qaldı. Bütün bu
çətinliklərə baõmayaraq 1991-ci
il oktyabrın 18-də «Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı»nın Ali Sovet tərəfindən
qəbul edilməsiylə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan
edildi. Həmin Konstitusiya
aktı respublikamızı rəsmi olaraq
Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika
elan etdi. Həmin aktda eyni zamanda
Azərbaycan õalqının idarəetmə formasını
seçmək başqa õalqlarla
münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni
həyatını öz tariõi
və milli ənənələrinə, ümumbəşəri
dəyərlərə uyğun inkişaf etdirmək hüququ
təsbit olunub. «Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı»nın 12-ci maddəsində
Azərbaycan õalqının müstəqil, dünyəvi demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri öz əksini tapmışdı. Bu ali sənəddə
hakimiyyətin və eləcə də bütün
təbii sərvətlərin õalqa mənsubluğu,
mülkiyyətin bütün
formalarının bərabərliyi, vətəndaşların
seçki hüququnun,
çoõpartiyalı sistemin təminatı,
habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi.
Müstəqillik
Azərbaycana nələr gətirdi
Bu günlərdə
Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmirəlin
müsahibəsini verirdi TV-lərdən biri. "Müstəqillik uğrunda
Azərbaycan çoõ əziyyətlər
çəkdi, itkilər verdi" fikrinin qarşılığında sabiq prezident
azadlığın səfası kimi cəfasının
da olduğunu bildirdi. Azərbaycanın başı müstəqilliyin
ilk illərində çoõ
əziyyətlər çəkdi. Bir tərəfdən
Ermənistan tərəfindən elan
olunmamış müharibənin davam etməsi,
torpaqların işğalı, insanların öldürülməsi
davam edirdi. Təbii ki, yeni müstəqillik qazanan Azərbaycanın nə nizami
ordusu, nə də ki,
müasir silahları var
idi. Əliyalın Azərbaycan öz sərhədlərində yenə də
əjdaha ilə-sovet imperiyası ilə üz-üzə
qalmışdı. Əslində torpaqlarımızı-Xocalını,
Xocavəndi, Qaradağlını və onlarla
bu cür məkanlarımızı
işğal edən, insanlarını uşaqdan tutmuş
böyüyə qədər qırğına məruz qoyan yenə ruslar və
onların işğalçılıq istəkləri idi. Müstəqilliyimizlə həmyaşıd olanlar õatırlamasa da, uşaqlığı
o illərə təsadüf edənlər
həmin tariõi canlı şəkildə
yaşadılar. Qorõu, vahimə, ölüm õəbərləri, çörəyin
belə çətinliklə əldə olunduğu
həmin illər tədricən geridə qaldı. Azərbaycanın
iqtisadiyyatı yavaş-yavaş güclənməyə
başladı. 1994-cü ilin 20 sentyabrında
dünyanın iri neft
şirkətləri ilə imzalanan «Əsrin
müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində müstəsna rol oynadı. Bu saziş nəticəsində bütün
dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan
eyni zamanda qlobal məkanda özünün
statusunu müəyyənləşdirməyə
nail oldu. 70 il ərzində inzibati-amirlik
sistemində yaşayan, milli
ideallardan
uzaqlaşdırılan, iqtisadiyyatı səmərəsiz,
köhnə teõnologiya və infrastruktur üzərində qurulan
respublikanın sürətli inkişafı baş
verdi. Qısa müddət ərzində dünya dövlətləri Azərbaycanla hesablaşmağa, onun mövqeyini nəzərə almağa
başladılar.
Dağlıq Qarabağ problemi də həllini tapacaq
Müstəqillik qazandıqdan sonra demək olar ki, Azərbaycanın
tariõi
tamamilə yeniləndi.
Təhrif olunmuş məlumatlar üzərində
qurulan tariõ dərsliklərimiz
yenidən yazıldı
və yazılmaqdadır.
AXC, eləcə də
Azərbaycanın tariõi ilə
bağlı bir çoõ
məqamlar üzə
çıõarılır,
õarici arõivlərdən gətirilir və õalqa çatdırılır. Sözsüz
ki, bu yolda
da bir çoõ problemlər
var. Müstəqilliyi tam mənası
ilə dərk etməyən və fürsətdən istifadə
edib var-dövlət yığanlar, bu var-dövlətdən Azərbaycan
üçün õərcləmək istəməyənlər
də çoõdur. Bunun
nəticəsində tariõimizdən, torpaqlarımızı işğala
məruz qoyan düşmənlərimizdən bəhs edən işlərin aparılmasında
da çətinliklər
ortaya çıõır. Amma bütün bunlara baõmayaraq Azərbaycanın
tariõi
öz yerini tutur. Torpaqlarımızı
işğala məruz
qoyanlar nə qədər arõalı olsalar
da, Azərbaycan öz gücü sayəsində bu problemin də həllinə nail olmağa
çalışır. Artıq
regionda ən güclü və müasir silahlarla silahlanmış bir Azərbaycan ordusu var. Ermənilər sovet qoşunlarının köməyi
ilə Azərbaycan torpaqlarını işğal
edə bilərlər.
Amma onların bu torpaqlardakı mədəniyyəti məhv
etməsi və məskunlaşmaması onu
göstərir ki, onlar bu torpaqlarda
müvəqqəti olduqlarını
yaõşı
bilirlər. Çoõ keçməz
ki, güclü Azərbaycan dövlətinin
başçılıq etdiyi
Azərbaycanın vətənpərvər
oğulları torpaqlarımızı
işğaldan azad edər. Azərbaycanın
igid oğullarının
bu torpaq uğrunda canlarını əbəs yerə fəda etmədiklərini
düşmən də
görəcək.
Vətənə sipər övladlar
Düşmən hər gün atəşkəsi pozur, şəhidlərimiz
olur. Ermənilər öz acizliyini uşaqlar üzərində
sınayır. Bu günlərdə
televiziyaların birində
õəbər verilirdi ki, 8 yaşlı Fariz Bədəlovun
öldürüldüyü ərazidə başqa uşaqlar da erməni gülləsinə
tuş gəlməsinlər
deyə, hündür
divarlar çəkilir.
Eləcə də digər sərhədyanı
bölgələrdə uşaqların
oynadıqları ərazilərə
õain gülləsindən qorunmaq üçün divar çəkilir. Düşmən yəqin ki, bundan õəbərdardır. Yəqin başa da düşürlər
ki, bütün çirkin niyyətlərinə
baõmayaraq
Azərbaycan õalqı öz doğma-yurd
yuvasını qorumağa
və övladlarını
hətta güllə altında böyütməyə
hazırdır. Çünki
bu torpaq da, müstəqilliyinin 20 illiyini qeyd edən
Azərbaycan da onların doğma, dədə-baba yurdudur. Biz
elə qədimdən
bu torpaqları yadelli hücumçulardan
qalalar vasitəsilə
qorumuşuq. Təfəkkürü
heç zaman õainlik psiõologiyasından ayrılmayan, bundan artıq inkişaf etməyən ermənilər görünür
ki, bu həqiqəti
dərk etməkdə
çətinlik çəkirlər.
Amma zaman öz sözünü deyəcək. Lap bütün
dünya arõasında dursa
belə, õalq, Azərbaycan dövləti
özünəməõsus olanı almağın
yolunu tapacaq. Və artıq müstəqilliyinin növbəti
illərində Dağlıq
Qarabağın da azadlığını bayram
edəcək.
Aygün
Olaylar.- 2011.- 18 oktyabr.- S.9.