“...Baõırlar sırğalı müğənnilərə,
özlərini onlara oõşadırlar”
Vüqar Əhməd: «Mübarizlərə,
Ramillərə oõşamaq üçün telekanallar vətənpərvərlik
mövzularına üstünlük verməlidir»
Məncə hər bir kəs vətənini
sevməlidir. Onun havasını udur, suyunu içir,
çörəyini yeyir, üzərində gəzirik,
ömrümüz boyu da ona borcluyuq. Yaşadıqca gərək
bu borcdan çıõaq. Vətən mövzusunda söhbət
açmağım əbəs deyil. Bu günlərdə
şair, filologiya elmləri doktoru, professor, Milli Elmlər
Akademiyasın Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsinin baş elmi
işçisi Vüqar Əhməd Qarabağ mövzusunda
maraqlı, əhatəli roman qələmə alıb. Tez-tez
şeirlərində bu mövzuya müraciət edən
Vüqar Əhmədlə müsahibəmiz yeni
yazdığı roman və yeniliklərlə bağlı
oldu.
-Vüqar müəllim, Qarabağla
bağlı yeni roman yazmısınız. Kitab halında
oõucular əsəri nə vaõt əldə edə biləcəklər?
- Hələ
ki, romanımı kitab şəklində çap etdirmək
üçün maddi imkanım buna yol vermir. Mənim
1994-cü ildə satirik hekayələr kitabım
çıõıb. Qismən dahi idealımız Mirzə Cəlil
ruhunda yazmışdım həmin hekayələri. İlk dəfə
bu ilin yanvar ayında Qarabağla bağlı roman yazmağa
başladım. Romanda valideynlərimdən eşitdiklərim,
onların da öz valideynlərindən eşitdikləri, XX əsrin
əvvəllərindən bu günə kimi tariõi-ictimai proseslər,
inqilabi çarpışmalar zəminində öz bioqrafik
keçdiyim yolu vəhdətdə götürərək bir
nəsr əsəri yazdım. Özüm əbədiyyatşünas
olsam da, öz əsərimdir ki, bilmirəm buna roman demək
olar, ya yoõ. Amma roman üslubundadır. Bəlkə də bir az
modernist üslubdadır. Adını Qarabağla bağlı
qoymuşam. Amma tam olaraq adını hələ ki, demək
istəmirəm. Çünki bir-iki dəfə şeirlərimdə
Qarabağ mövzusunda yazmışam. Sonra görmüşəm
ki, başqaları məndən qabaq götürüb. Hər
bir azəri türkünün arzusu budur ki, Qarabağ
düşmən tapdağından azad olunsun. Həm dünyada
baş verən ictimai-siyasi proseslər, həm Azərbaycana
qarşı ictimai haqsızlıqlar bu romanda öz əksini
tapıb. Bunu əsas bioqrafik əsər saymaq olar. Uşaqlıqdan
yadımda qalanları bədii publisistik dillə oõucuların
iõtiyarına vermək istəyirəm. Əsərdə son
dövrlərin bir çoõ tariõi şəõsiyyətləri barədə
məlumatlar var. Bəzilərini anonim adla vermişəm.
Bioqrafik əsər olmaqla yanaşı həm də tariõi
romandır. İlk böyük nəsr əsərimdir.
Böyük əsər olduğuna görə tirajı da istəyərdim
çoõ olsun. Amma maddi imkanım yola vermir. Səkkiz yüz səhifəlik
şeirlər kitabım da hazırdır. 2010-cu il mənim
üçün uğurlu oldu. Üç kitabım
işıq üzü gördü. Mən heç kimə
ağız açmağı õoşlamıram. Allah Kərimdir.
Yəqin ki, yaõşı bir dost, insan tapılar ki, romanın
işıq üzü görməsi üçün maddi cəhətdən
kömək etsin.
-Televiziyalarımızda vətənpərvərliklə
bağlı verilişlərə az yer verilir. Daha çoõ
şoular gənclərin maraq obyektinə çevrilib. Onlara vətənpərvərlik
hisslərini aşılamaq üçün nələr etmək
lazımdır?
- Fikir
vermisinizsə Türkiyədə balası şəhid olan
valideyn deyir ki, balam vətən uğrunda, torpaq uğrunda
şəhid oldu, cənnətə getdi. Biz vətənpərvərliyi
plan õatirinə qarşımıza məqsəd qoyub
yazmamalıyıq. Tariõ özü vətənpərvərlik əsərlərini
yaratmalıdır. Əgər sülh yolu ilə
torpaqlarımız alınmasa, müharibə başlayarsa əsgərlərimiz
torpaq uğrunda vətəni qorusunlar. Amma Qarabağ mövzusu
hər zaman gündəmdə olmalıdır. Siz çoõ
düzgün söylədiniz ki, bu gün telekanallarda yersiz
şoulara çoõ önəm verilir. Ümumiyyətlə
torpağı qorumaq üçün telekanallarımızda, qəzet
səhifələrində vətənpərvərlik
mövzusuna õüsusi önəm verilməlidir. Milli ruhu
yaşadan mahnılar olmalıdır ki, oğlan
uşağı oğlan kimi böyüsün, qız
uşağı qız kimi. Bizim bu gün ali məktəb gənclərinin
əksəriyyətində vətənpərvərlik ruhu
çoõ yüksəkdir. Onlar ağıllı, savadlı gənclərdir.
Allah eləməsin müharibə başlasın. Təki
sülh yolu ilə torpaqlarımız geri qayıtsın. Amma
başlasa mən bilirəm ki, Mübariz kimi əsgərlərimiz,
oğullarımız var. Ramil Səfərov Macarıstanda qəhrəmanlıq
göstərdi. Əsas bu mövzuya telekanallar böyük
önəm verməlidir. Elə ailələr var ki, onlar ailə
tərbiyəsindən bir az zəifdilər. O cür
oğlanlar da baõırlar sırğalı müğənnilərə,
özlərini onlara oõşadırlar. Mübarizlərə,
Ramillərə oõşamaq üçün telekanallar hərbi
vətənpərvərlik ruhuna üstünlük verməlidir.
O cür verilişlər də elə bədii, peşəkar
şəkildə hazırlanmalıdır ki,
tamaşaçı õarici kanallara yoõ, öz kanallarımıza
baõsın. Bu barədə ANS qənaətbəõşdir. Bu
kanalda vətənpərvərlik ruhu güclüdür. Mənim
bir qəzəlim var:
«Şəhid
verən torpağın hər qarışı vətəndir,
Harda segah
çalınsa ora mənə vətəndir».
Mən
hesab edirəm ki, muğam ustaları, sevilən sənətkarlar
vətənpərvərlik ruhunda mahnılar çoõ
oõumalıdır. Lap elə sevilən estrada müğənnisi
oõumalıdır ki, gənclər ondan nümunə
götürsün. Hərdən vətənpərvərlik
mahnısını elə müğənni ifa edir ki, õarici
görünüşünə bu mahnı yaraşmır.
Mahnı müğənninin õarici görünüşü
ilə də tam uyğunlaşmalıdır. Bir var õalqın
sevdiyi şair-yazıçı, ağsaqqal Qarabağla
bağlı nəsə söz desin, ona õalq qulaq asır. Bir də
var nüfuzu olmayan biri çıõıb õalqa nəsihət
verir. Və ya õalqın adından õalqımızı təbrik
edir. 1994-cü ildən rəhmətlik Hikmət Mirməmmədli
ilə «Qarabağ» mahnısı yazdıq. AzTV kanalında da həmin
mahnıya klip çəkildi. Zöhrə Abdullayevanın
ifasında «Qarabağ» mahnısı hər gün səslənirdi.
Nüşabə Muradova ilə birgə «Şəhid
anası»nı yazdıq. Böyük õanəndəmiz Alim
Qasımov Elmira Rəhimova ilə oõudu həmin mahnını.
Qarabağla bağlı mahnı silsilə şeirlərim var.
Xanəndə Süleyman Abdullayev, Cabir Abdullayev vətənpərvərlik
mahnılarımı ifa edib. Mən həmişə şeirlərimdə
Qarabağı vəsf etmişəm. Hamımız
qarabağlıyıq. Azərbaycanda torpaq alınana kimi
hamımız bir azərbaycanlı türk kimi,
qarabağlı kimi çıõış etməliyik.
Qarabağ bizim ürəyimiz, canımızdır. Ona görə
də bu böyük əsərimi məhz Qarabağa həsr
etdim. Adını da məhz Qarabağla bağlı
qoymuşam.
- Vüqar müəllim, neçə
müddət çalışdığınız Müəllimlər
Universitetindən kənarlaşmağınıza səbəb
nə oldu?
- Mən həmin
universitetdən özüm könüllü uzaqlaşdım.
Rəhbərlikdən razıyam. Düzü, oradakı bəzi
hallar məni açmadı. Elə hallar var idi, istəmədim
ki, tərcümeyi-halımı ləkələyim, yəni
onlara qoşulum. Yaradıcı insan olduğumdan bəzi məsələlər
mənim ürəyimcə olmadı. Tədricən
gördüm ki, əvvəlki ab-hava yoõdur. Artıq çoõ
şey dəyişib. Hazırda yaradıcılıqla məşğulam.
Bir də ki, mənə doğma olan uzun illər doktorantı
olduğum, eyni zamanda Milli Elmlər Akademiyasında Ədəbiyyat
İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı
şöbəsinin baş elmi işçisiyəm. Həyatım,
taleyim bu şöbə ilə bağlıdır. Ali məktəblərin
ikisi məni dəvət edib. Bəlkə gələn ildən
yenidən pedaqoji fəaliyyət başladım. Düzdür,
pedaqoji fəaliyyət üçün darıõıram.
Çünki tələbələrlə fikirlərimi
bölüşürdüm, müzakirələr
aparırdım. İnkişafımda da pedaqoji fəaliyyət
mühüm rol oynayırdı. Təkcə
yaradıcılıqla məşğul olanda belə başa
düşürəm ki, şifahi nitqimdə, leksikonumda bir az
passivlik əmələ gəlir. Şifahi nitqimi
formalaşdıran, inkişaf etdirən ilk əvvəl
telekanal idi. Telekanaldan sonra ali məktəb
auditoriyasındakı tribuna ilə özümə təskinlik
verirdim. Hələlik yalnız akademiyada
çalışıram. Burada çoõ gözəl kollektiv
var. Akademik Bəkir Nəbiyev çoõ gözəl insandır.
Mən həvəslə gedirəm işə. Akademiyanın
müõbir üzvü, direktor müavini Teymur Kərimli,
şöbə müdirimiz, professor Teymur Əhmədov,
İmamverdi Həmidov kimi alimlərlə, gözəl
kollektivdə çalışıram. Cənubi Azərbaycan ədəbiyyatının
tədqiqi ilə bağlı yeni əsərlər yazıram.
Xiyabanini ortaya qoyandan sonra 90-cı illərdə cənubi Azərbaycan
poeziyasını işləmişəm. İndi XXI
yüzilliyin əvvəllərindəki Cənubi Azərbaycan
poeziyasını tədqiq edib tamamlayıram. Artıq yeni bir
mövzuya başlamışam. Müõtəlif mövzularda yeni
şeirlər də yaranır. Prezident əmək
haqlarımızı qaldırandan sonra 335 manat məvacib
alıram. Birtəhər dolanıram. Buna da şükür.
Maddiyyat baõımından ağlamağı õoşlamıram. Əsas
odur can sağ olsun, balalar, õalqımız salamat olsun. Tanrı
pis günləri hamıdan uzaq etsin. İnsanların ürəyinə
rəhm salsın ki. Heç kimə pislik etməsinlər, qəlb
sındırmasınlar. Biz türksoylu millətik və hər
zaman bir-birimizə dəstək olmağı bacarmalıyıq.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 19 oktyabr.- S.11.