Mənsum İbrahimov professor oldu

 

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov Milli Konservatoriyanın professoru seçilib. Bu barədə Lent.az-a Mənsum İbrahimov özü bildirib.

Xanəndə qeyd edib ki, bu gün Milli Konservatoriyanın muğam kafedrasının iclası keçirilib. İclasda iştirak edən müəllimlərin, sənətkarların yekdil qərarı ilə Mənsum İbrahimova professor adı verilib.

 

 

 Olaylar.- 2011.- 19 oktyabr.- S.2.