“Eurovision-2012” Mahnı müsabiqəsində iştirakı edəcək 30 ölkə təsdiqlənib

 

Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı müsabiqəsində iştirakı edəcək 30 ölkə təsdiqlənib. Lent.az-ın məlumatına görə, müsabiqədə iştirakı təsdiqlənənlər Avropa Yayım Şurasının (EBU) üzvü olan ölkələrdir.

Müsabiqənin şərtlərinə görə, yarışmada bir ifaçı və ya üzvləri 6-dan çox olmayan 6 iştirakçı çıxış edir. Səslənən ifaların dəqiqəsi 3 dəqiqədən çox olmamalıdır.

Çıxışların nəticələri televiziya tamaşaçılarının səsverməsi ilə müəyyənləşir. Bakıda keçiriləcək müsabiqə “Eurovision” tarixinin 57-ci müsabiqəsi olacaq. Qeyd edək ki, “Eurovision-2012” Mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final isə mayın 26-da baş tutacaq.

 

 

Olaylar.-2011.- 20 oktyabr.- S.10.