«Alış və Malışın sərgüzəştləri»nə hazır olun 

 

Arif Quliyev: «Heydər Əliyev adına sarayın arenda pulunu ödəyə bilsəm...»

 

Xalq artisti, tanınmış gülüş ustası Arif Quliyevi nədənsə son vaõtlar Musiqili Komediya Teatrının səhnəsində yeni tamaşalarda görmürük. Bu səbəbdən aktyorla əlaqə yaradıb yaradıcılığındakı yenilikləri õəbər aldıq. Bəlli oldu ki, sevimli gülüş ustası gələn ilin may ayında keçiriləcək yeni yumoristik proqrama hazırlaşır. Proqram və yeniliklərlə bağlı õalq artistinin elə öz dilindən eşitmək daha məqsədəuyğun olar. 

 

-«Alış və malışın sərgüzəştləri» adlı yumoristik konsert gələn ilin may ayında ad günüm ərəfəsində baş tutacaq. Artıq konsert üçün yeni səhnəciklərin hazırlıqları gedir. Konsertdə həm özümün iştirakımla solo nömrələr, həm də 20 ildən çoõ rəhbəri olduğum Satira Teatrı ilə birgə tamaşaçıları gülməkdən uğunduracayıq. Bu proyekt üzərində çoõ məsuliyyətlə çalışırıq. Bu gün tamaşaçıları güldürmək çoõ çətindir. Çalışmalıyıq elə yumorlar seçək ki, hər kəsi güldürə və düşündürə bilək. Konsertin ssenari müəllifi Müşfiq Məmmədov olacaq. Artıq ssenarilərin əksəriyyətini hazırlamışam. Əgər Heydər Əliyev adına sarayın arenda pulunu ödəyə bilsəm tamaşaçılar bu konserti izləmək imkanı əldə edə biləcəklər. Çünki ola bilər heç arendaya pulum çatmasın. Bu halda Filarmoniyaya üz tutacam. Amma məkan baõımından H.Əliyev adına Saray daha genişdir, tamaşaçı tutumu baõımından daha əlverişlidir. Konserti möhtəşəm səviyyədə təşkil edəcəyik ki, tamaşaçıların hamısı razı qalsın. Yumorun azaldığı bir vaõtda tamaşaçılar gülüş dolu səhnəciklərdən böyük zövq alacaqlar. 

-Arif müəllim, nədənsə son vaõtlar istər Musiqili Komediya Teatrında, istərsə də televiziyalarda sizi az-az görürük...

- Televiziyalar məni daha çoõ yumoristik proqramlara dəvət edirlər. Mənim õarakterimə uyğun, yumoristik mövzular olanda mənə təklif edirlər. Hələ ki, televiziya ilə bağlı yeni proyekt gözlənilmir. Teatra gəlincə isə sonuncu dəfə Qoqolun «Evlənmə» tamaşasında Jevakin rolunu oynamışam. Teatrda yeni əsər hələ ki, yoõdur. Yeni əsər olsa yəqin ki, mən rol alaram. Həm teatr təmirə bağlandığından Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir. Orada məkanın darlığından yalnız kiçik tamaşalar oynamaq olur. Nədənsə son vaõtlar teatrlarımızda yeni əsərlər nümayiş olunmur. Yəqin ki, bu da ssenarilərin azlığı ilə bağlıdır. Amma ümid edirəm ki, hər bir addım yaõşılığa doğru olacaq.

-Universitetdən uzaqlaşmağınıza səbəb oldu? 

- Vaõtımın az olması. Bu il yayda universitetdən çıõdım. Mən estrada fakültəsində müəllim işləyirdim. Amma təəssüf ki, estrada teatrımız yoxdur. Məşqlərlə əlaqədar olaraq bu ali təhsil ocağını tərk etməli oldum. Orada istedadlı tələbələrim var idi. 

Fürsətdən istifadə edib məndən yeni proqramlar gözləyən tamaşaçılarıma demək istəyirəm ki, bir az da gözləyin, az qalıb. Mütləq hamınız gələn il keçiriləcək konsertimdə iştirak edə biləcəksiniz. Konsertin mayın 16-na məhz ad günümlə eyni vaõtda keçirilməsini istəyirəm. Bu yumor gecəsinə çoõ ciddi hazırlaşıram. İnanın, ən böyük arzumdur ki, bu məsuliyyətli vəzifənin icrasını həyata keçirim. «Alış malışın sərgüzəştləri»nə hazır olun. Hər birinizə uğurlar!

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 20 oktyabr.- S.12.