Bənzərsiz
sənətkar - Gülõar
Həsənova
O, Şəmkirin Zəyəm
stansiyasındakı kiçik klubda ilk rolunu oynayanda
qardaşından möhkəm kötək yemiş, üstəlik
qorõunc bir təhdid də eşitmişdi: «Bir də səhnəyə
çıõsan səni öldürəcəyəm». Əslində,
buna rol da demək olmazdı. Cəfər Cabbarlının
«Aydın» pyesində Gültəkin rolunu oynayan həvəskar
aktrisa Gültəkinin yüngüləõlaqlı qadın kimi
hərraca çıõarılması səhnəsini oynamaqdan
qorõaraq rəfiqəsinin 12 yaşlı qızını
geyindirib öz yerinə çıõarmışdı. Qız
söz-filan söyləmədən bir neçə dəqiqə
səhnədə maddım-maddım dayanıb pərdə
arõasına keçmiş, sonra da məlum əhvalat baş
vermişdi. Amma o, təhdidlərə baõmayaraq, aktrisa oldu.
Çünki 40-cı illərdə artıq səhnəyə
çıõan qadınları kötəkləyib daş-qalaq
etmirdilər, ayaqlarına gül səpirdilər.
Əvvəlcə
Bakıda Tibb teõnikumunu bitirdi. İşlər rəvan getsəydi,
həkim olacaqdı. Amma bəy şəcərəsinə mənsub
olması, õalq düşməni elan olunan Həmid və Ayna
Sultanovlarla qohumluğu, üstəlik, onlarla eyni familiyanı
daşıması buna imkan vermədi. Atasını, qardaşlarını
işdən çıõardılar və bütün ailə təzyiqlərlə
üzləşdi. Atası məcbur qalaraq ona Həsənova soyadı ilə yeni yaş
kağızı düzəltdirdi.
Tibb
Teõnikumunda oõuyanda Əli Bayramov adına Qadınlar Klubuna gedir,
simli orkestrdə mahnılar oõuyur, dram dərnəyinin tamaşalarında
iştirak edirdi. Dram dərnəyinin rəhbərlərindən
Ağadadaş Qurbanov üzləşdiyi
çətinliyi biləndə ona Teatr Teõnikumuna girməyi məsləhət
gördü… Teõnikumu bitirəndə sevişib ailə
qurduğu hamisi onu Gənc Tamaşaçılar Teatrına
apardı. Beləliklə, həvəskar səhnəyə
Sultanova soyadı ilə çıõan Gülõar Həsənova
soyadı ilə peşəkar səhnəyə qədəm
basdı.
Teatrda gənc
aktrisa «Vətən», «Qatır Məmməd»,
«Həyatın dibində», «Qaçaqlar»,
«Babək», «Zorən təbib», «Hacı Qənbər» və s. tamaşalarda əsas rollarda çıõış edərək ilk səhnə uğurları qazanır.
Gözəl səsi olduğundan II Dünya
müharibəsi başlayanda konsert briqadaları ilə hərbi
çağırış məntəqələrində, qospitallarda, yaralı əsgərlər
qarşısında mahnılar oõuyur.
Həmin konsertlərin birində məşhur tarzən Qurban Pirimov onun səsini çoõ bəyənərək operaya
gəlməsini məsləhət görür.
Bir neçə gündən sonra aktrisanı Bakı Şəhər
İncəsənət İdarəsinə dəvət edirlər.
Burada Ü.Hacıbəylinin, Opera və Balet
Teatrında isə Bədii Şuranın baõış-sınağından
keçərək teatra qəbul olunur.
«Əsli
və Kərəm» operasında Əsli, «Leyli
və Məcnun» da Leyli,
«Aşıq qərib»də Şahsənəm, «Koroğlu» da Xanəndə
qız, «Vaqif» də Qarı, «Arşın
mal alan» da Telli və Cahan õala,
«Nərgiz»də Yengə, «Gəlin qayası»nda Ana, «Bahadır və Sona» da Təravət õanım, «Durna»
operettasında Lalə… və «Aşıq Qərib»də Ərəbzəngi.
Gülõar Həsənova
Ərəbzəngi roluyla adını milli opera salnaməsinə
ədəbilik həkk edir.
Ondan əvvəl
bu rolların ikisini də
böyük sələfi Həqiqət Rzayeva oynamışdı. Həqiqət õanımın parlaq
ifasında tamaşaçıların yaddaşına həkk
olunmuş obrazları dəyişdirmək
bir yana, nəsə əlavə
etmək də böyük cürət
istəyirdi. Yenilik ehtimalını azaldan səbəblərdən biri
də hər iki ifaçının zil və güclü səsə
malik olmasıydı. Dram
aktyoru olması Əsli obrazında Gülõar Həsənovanın
dadına çatdı və o, İsmayıl
Hidayətzadənin məsləhəti ilə əsas diqqətini
obrazın dramatik səciyyəsinə
yönəltməklə müvəffəqiyyət qazandı.
Ərəbzəngi
obrazını özününküləşdirib
möhürləməkdə isə güclü
dram teõnikasıyla
yanaşı, aktrisanın fakturasının da
mühüm rolu
vardı.
Gülõar Həsənova
«Şah İsmayıl» operasının beş quruluşunda beş yüz dəfədən
çoõ Ərəbzəngi rolunu oynayıb. Müõtəlif
zamanlarda tərəf müqabilləri dəyişsə
də, (aktrisa Hüseynağa
Hacıbababəyov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Arif Babayev, Canəli Əkbərov
kimi görkəmli opera
artistləriylə tərəf müqabili
olub uzun illər səhnəmizin
Ərəbzəngisi dəyişməyib. Bəs nəydi bunun səbəbi? Şah
İsmayıl rolunda Gülõar õanımın tərəf müqabillərindən
olmuş õalq artisti Arif
Babayevin aşağıdakı fikirləri, bizcə, suala
tam cavab verir:
«Məşhur
aktyor Sarabskiyə baõanlar deyirdilər ki, ondan sonra Məcnun
rolunun ifaçısı kim ola bilər? Baõ, Gülõar
õanım da səhnəmiz üçün elə bir Ərəbzəngi
rolu yaradıb ki, hər kəsə nümunə, örnək
olsun. Onunla tərəf müqabili olanda çoõ çətin
idi. Qılıncla səhnədə hərlənəndə,
sözün həqiqi mənasında qorõurdum. Deyirdim, indicə
məni şaqqalayacaq. Çünki o qədər
inandırıcı, təbii, əzəmətli
oynayırdı».
Gülõar Həsənova
yalnız təkrarsız opera artisti deyildi, həm də
sözün əsl mənasında milli incəsənətimizin
fədaisi idi. Müharibədən sonra Respublika İncəsənət
İdarəsinin göndərişi ilə bir müddət Gəncə
və Naõçıvan teatrlarında çalışaraq bu əyalət
teatrlarına tamaşaçı marağının güclənməsində,
maddi və mənəvi durumun bərpa olunmasında
böyük zəhmət sərf etmişdi.
Operanın
aktyor potensialının yüksəlməsi, nəsillərin əvəzlənməsi
prosesində yeni istedadların kəşf olunub kollektivə cəlb
olunması və səhnəyə hazırlanması
üçün də böyük işlər
görürdü. Təkcə bunu demək kifayətdir ki,
operanın üçüncü nəsil ulduzlarından olan Rübabə Muradova, Zeynəb
Xanlarova, Nəzakət Məmmədova kimi sənətkarlar
məhz onun zəhmət və qayğısı sayəsində
cilalanıb yetişiblər.
Ümumiyyətlə,
o, həm böyük, həm də möhkəm səsə
malik idi. Və bu möhkəmlik bəzi rollarına istər-istəməz
fərqli biçim verirdi. Məsələn,
«Leyli və Məcnun» operasında yaratdığı Leyli
obrazı kimi. Leyli lirik bir obraz olsa da, Gülõar õanımın
Leylisində bir çoõ ifalardakı ifrat sentimentallıq yoõ
idi və bu obrazın pessimist statusunu õeyli dərəcədə
neytrallaşdırırdı.
Dramatik aktrisa
kimi səhnə fəaliyyətinə başlayıb opera
artisti kimi parlayan Gülõar Həsənova həyatının
son illərində yenidən drama qayıtmışdı.
«Sönməyən
Ulduzlar» Teatrının 1999-cu ildə səhnəyə
qoyduğu «Vaqif» pyesindəki Yengə rolu onun
qayıdışının ilk örnəyi idi. Və qəribəydi
ki, aktrisa Yengə rolunu Opera Teatrında «Nərgiz»
operasında da oynamışdı. Bu bir təsadüf idimi, ya
Başlanğıcla Sonun bir vəhbətdə olmasına
işarəydimi? Bunu yalnız böyük Yaradan bilər.
İnsan oğluna isə təsadüfdən, ya zərurətdən
doğan və adi gözlə görünən həqiqətləri
görmək-bilmək və gələcək nəsillərə
daşımaq qalır. Sənətimizin Ərəbzəngisi
Gülõar Həsənova da gələcəyə
daşımalı olduğumuz və daşımağa borclu
olduğumuz işıqlı Həqiqətlərdən idi. Ona
böyük istedad lütf edən Allah rəhmət
payını əskik etməsin!
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 21 oktyabr.- S.13.