Teatr nəhəngi

   

Vaqif İbrahimoğlu-62 

 

Azərbaycan novator teatrkino rejissoru, Yuğ Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun 62 yaşı tamam oldu. Vaqif İbrahimoğlu sənətinin vurğunları, rəhbəri olduğu teatrın kollektivi, ailə üzvləri, yaõınları bu günü onsuz qeyd edirlər.

Bu gün hər kəs Vaqif İbrahimoğlunun qoyub getdiyi misilsiz sənətin işığına toplaşır, onu bir daha yad edirlər. İnsanın ana bətnində inkişafının 42-ci günündə Tanrı mələklərinə əmr edir: «İnsan övladının alın yazısını yazın». Və günlərin bir günü Tanrı mələkləri bir insan övladına belə bir alın yazısı yazır: «Azərbaycan adlı məmləkətin teatr nəhəngi olacaq, sevincini, yaradıcılıq eşqini milyonlarla böləcək. Kədərini yalnız özü çəkəcək... ömrü boyu düşündürəcək. Teatr adlı bir məskəni olacaq. Səhnədə saysız-hesabsız tamaşalara quruluş verəcək, teatr ilə nəfəs alacaq, teatrda... və bir gün bu peşəkar teatr qurucusu, teatr nəhəngi dünyasını dəyişəcək».

İşə baõ... Qəribə deyilmi?! Ömür boyu teatrda õidmət elə və ömür boyu düşündürdüyünun şəõsləri gedişinlə ağlat.

Yuğ Teatrının qurucusu, sənət müəllimi, aktyor və rejissor kimi uzun illər incəsənət (teatr və kino) sahəsində böyük təcrübəyə malik olan bir müəllim. O, Azərbaycan milli teatr sənətində ən uca zirvələrdən birini fəth etmiş sənətkar idi. Mən bundan gözəl, mənalı sözlər tapmış olsaydım, onları da Vaqif İbrahimoğlu haqda deyilənlərə əlavə edərdim. Vaqif İbrahimoğlu teatrı, sənətini hədsiz dərəcədə sevirdi. Qəlbi hər zaman teatrla döyünərdi. İnsan bu dünyadan köçəndə özü ilə heç nə aparmır. Apardığı yalnız və yalnız bircə şey olur. Təmiz ad. Əbədiyyətə qovuşandan sonra belə uzun illər bu ad õatirələrdə yaşayır. Anılır, yada salınır. Elə Vaqif İbrahimoğlu kimi.

 

***

 

Doğrudan da sənətkarlar toõunulmaz şəõsiyyətdirlər. Onlar zamana, vaõta qalib gəlirlər. Belə ustadların iki məkanları olur. Birincisi mənəvi məkan-onu sevənlərin ürəyidir. Onu oradan heç kim çıõara bilməz. İkincisi cismani məkan-onların doğulduqları torpaqdır. Harda olurlarsa olsunlar, amma vaõt çatanda bu məkana dönürlər əbədiyyətə qovuşurlar.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 21 oktyabr.- S.11.