Miqrantlar Avropanı “işğal”
etməkdədirlər
Rəbiyyət
Aslanova: “İnsanlar indi başa
düşürlər ki, onların
yaşam tərzi bir çox mədəniyyətlərin təsiri
altında baş verir”
Müsahibimiz Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanovadır.
- Rəbiyyət
xanım, mədəniyyətlərin toqquşması 20-ci əsrin
sonlarından ən çox əks-səda doğuran ssenarilərdən
idi. Müasir dövrümüzdə və dünyamızda bu
prosesin ümumi gedişatını necə xarakterizə edərdiniz?
-11 sentyabr tarixində baş
vermiş faciəvi hadisələr, bu ssenarilərin həyatın
sınağından çıxmasını dövlətlərarası
səviyyədə, beynəlxalq məkan müstəvisində
görməyə imkan verdi. Sivilizasiyalar həm milli, həm də
ümumbəşəri xüsusiyyətlərin əsas
daşıyıcısı və ifadəçisidir. Bu
xüsusiyyətlərin ikili-dual mahiyyəti müvafiq olaraq
qloballaşma fonunda bir-birinə əks olan iki meyli doğurur.
Bir tərəfdən milli-mədəni intibah və dirçəliş
mədəniyyətlərin differensiasiyasını şərtləndirir,
özünəməxsus cizgilərin inkişafını
önə çəkir, sabit mədəni dəyərlərə
kənar, yad təsirlərə qarşı müqaviməti
gücləndirir. Digər tərəfdən mədəni
inteqrasiya, dialoq və əlaqələrin intensivləşməsi
prosesi gedir, “inteqral” bəşər mədəniyyəti təşəkkül
tapır. Bütün səviyyələrdə məkanı və
zamanı sıxlaşdıran qloballaşma, müxtəlif mədəniyyətləri
də bir-birinin “qoynuna” itələyir, onları üz-üzə
qoyur. Mədəniyyətlərarası qarşılıqlı
təsir probleminə dair araşdırmalarda pozitiv və
neqativ nəticəli qarşılıqlı təsir növləri
mövcuddur. Yəni ya “bəhrələnmə–zənginləşmə”,
ya da durğunluq–kasadlaşma–tənəzzül” kimi gedən
meyllər aşkar edilir. Buna misal kimi Avropanın hər dəfə
qarşılaşdığı mədəniyyətlərdən
bəhrələnməsi, istər yeni ölkələrin kəşfi,
istərsə də sonralar Şərqin mənəvi-mədəni
sisteminin nailiyyətlərini mənimsəməsi göstərilir.
Bu proseslər nəticəsində Qərb mədəniyyəti
öz məzmun çoxçalarlığını və
müxtəlifliyini daha da artırıb. Mədəniyyətlərarası
əməkdaşlıq mexanizminin yaradılması və
reallaşdırılması tarixən uzunmüddətli və
mürəkkəb bir proses olub, nəinki, bütün XXI əsr
boyu, hətta əsrlərlə davam edəcək. Bununla belə
bu sahədə zərrə-zərrə toplanmış təcrübənin
dəyəri barədə tərəddüdə yol verilməsi
qeyri-məqbuldur.
- Bu istiqamətdə tədqiqatçıların
fikrincə, hazırda lokal sivilizasiyaların yeni -
dördüncü nəslinin formalaşması meyli
müşahidə olunur.
-
Doğrudur. Qloballaşmanın unifikasiya
çağırışına qarşı lokal mədəniyyətlər
özlərinin fərqli olduqlarını var gücü ilə
diqqətə çatdırmaq istəyirlər. Toynbinin təsvir
etdiyi üçüncü nəslə aid olan beş
“canlı” sivilizasiya əvəzinə dördüncü nəslə
aid yeni sivilizasiyalar formalaşmaqdadır. Qloballaşma və
beynəlxalq miqrasiya axınları ən müxtəlif irq, mədəniyyət,
etnik qrup və dinlərin nümayəndələri bir-biri ilə
daha tez-tez üzləşir. İnsanlar indi daha çox
başa düşürlər ki, onların yaşam tərzi
bir çox mədəniyyətlərin təsiri altında
baş verir; eyni zamanda həm özünün, həm də
başqasının mədəniyyətinə həssaslıq
göstərmək zərurətə və məlumat mənbəyinə
çevrilir. Hər kəs öz inamı, keçmişi və
mədəniyyəti ilə fəxr edə bilər, lakin
mütləq başqasına nifrət bəsləməyə
də bilər. Mədəniyyətlərarası dialoqun əbədi
humanist idealı, böyük siyasi və praktiki potensialı,
qlobal gələcək üçün əhəmiyyəti və
dəyəri məhz buna dayanır.
- Yeri gəlmişkən,
mədəniyyətlərin qarşılıqlı təsiri
proseslərinin təhlilində inkarçı, pessimist, “həyəcanlı-alarmist”
proqnozlar vaxtaşırı həmişə özünü
biruzə verir. Məsələn, son dövrdə Avropa
dövlətlərinin yüksək rəsmi dairələrinin
təmsilçiləri bir-birinin ardınca multikulturalizmin
böhranı və iflasına dair bəyanatlarla belə
mövqeləri yenidən gündəmə gətirirlər.
-Bilirsiniz, bu vəziyyət ictimai idrak üçün məqbul,
başadüşülən hal sayıla
bilərsə də, elmi idrak,
ən vacibi siyasətçilər və
qərar qəbul edənlər üçün
qeyri-məqbul sayılmalı, burada ciddi təhlil üstünlük
təşkil etməlidir. Narahatlıq
və gərginliyi daha da
artıran ssenarilərin irəli sürülməsi də, bizə
elə gəlir ki, mədəniyyətlərin
qarşılıqlı təsirinin tarixən mövcud
olan formaları ilə yaxından bələd
olmamağın nəticəsi idi.
Belə ki, mədəniyyətlər və
onların qarşılıqlı təsirinin min
illər yaşı vardır. Tarix boyu sivilizasiya
və mədəniyyətlər ancaq
"toqquşma" ilə məhdudlaşsa
idi öz-özünü
məhv edər, bugünkü bəşər
mədəniyyəti heç mövcud ola bilməzdi. Əslində
bütün problemlər mədəni fərq
və müxtəlifliklərin insanları birləşdirə
bilən deyil, yalnız insanları
ayıran səbəblər kimi qəbul
edilməsindən başlayır. Multikulturalizm, müasir dövrün cəmiyyətlərində
mədəni və demoqrafik
çoxçalarlığını təsvir etmək üçün tətbiq edilən
anlayışdır. Unikal, çeşidli fərqliliklərə rəğbət
və hörməti nəzərdə tutmaqla
yanaşı, universallıq axtarışlarından da imtina etmir.
Belə də demək olar ki, multikulturalizm
nöqteyi-nəzərindən mədəniyyətlərin
qarşılıqlı əlaqəsi subordinasiya
vasitəsi ilə deyil, koordinasiya
vasitəsi ilə baş tutur.
Ən ümumi şəkildə multikulturalizm mədəni plyuralizmin
dəyər kimi qəbul edilməsini və
buna görə də, etnik,
dini və mədəni azlıqlara
dövlətin bərabər sosial status təmin etməsini nəzərdə tutan nöqteyi-nəzərdir. Multikulturalizm
ilkin mənada hər kəsin öz identikliyinə malik olmaq haqqıdır. Bəziləri deyir ki, multikulturalizm
fərqlilikləri mütləqləşdirir, digərlərinə
görə, əksinə, multikulturalizm şoxşaxəli
identikliyi nəzərdə tutur. Mənaca cəmiyyətdə ahəng yaratmağa yönəlmiş multikulturalizm
sözü sovetlər dövrünün
“xalqlar dostluğu” deyimini də xatırladır. Multikulturalizm–ayrıca
götürülmüş ölkədə
nisbətən avtonom mədəniyyətlərin
qorunmasına, etnik birliklərin
hüquqlarının təminatına, onların ümumi siyasi mədəniyyətə
və mədəni məkana inteqrasiya etmədən
yanaşı yaşamasına imkan verməyi
nəzərdə tutan siyasətdir.
Avropalıların “özgələrə”qarşı olan komplekslərinin aradan
qaldırılmasına yönəlmiş mültikulturalizm
ikinci dünya
müharibəsindən sonrakı onilliklərdə gündəmə
gəlib. Avropada bu
siyasətin yarım əsrdən bir qədər
çox yaşı olmasına baxmayaraq, onun nəticələri
göz önündədir. Multikulturalizm ideyalarının və siyasətinin
təbliğində tolerantlığın agressiv
təbliği mütləq atribut kimi seçilir. Başqa bir izaha görə multikulturalizm, inkişaf etmiş ölkələr üçün
səciyyəvi olan, “üçüncü
dünya” ölkələrindən gələn
immiqrantların assimilyasiyanın
qarşısını almağa yönəlmiş
daxili siyasət, eləcə də bu siyasəti doğruldan, əsaslandıran
ideologiyadır.
Multikulturalizm modelinin tərəfdarlarına gəldikdə,
onlar bu
yanaşmanı siyasi baxımdan qloballaşan dünyada ənənəvi
ksenofobiyanı əvəzləyə biləcək praqmatizmin təcəssümü, hətta “mədəni
inqilab” kimi təqdim
edirlər. Bu liberal
konsepsiyanın millətlərarası münasibətlərə
tətbiqinin zəruriliyini qeyd edirlər.
Bəzi
analitiklər multikulturalizm “atlantizm” və “avropamərkəzçiliyə”
qarşı vahid geosiyasi,
mədəni-sivilizasion məkanın (məsələn,
avrasiyaçılıq, turançılıq, türkçülük və s.)
formalaşması üçün
faydalı olacağını qeyd edirlər.
- Bəs,
sizcə, multikulturalizmin iflası
ideyası nədən qaynaqlanır?
- Adətən qeyd edilir ki,
miqrant probleminin həlli
və islam aləmi ilə münasibətlərin
tənzimlənməsi problemi, Qərbdə
və Avropada baş
qaldıran bir tərəfdən
qiyamçı və ekstremist meyllərin,
digər tərəfdən isə, radikal
millətçiliyin və ksenofobiyanın baş
qaldırması, Qərb liderlərinin multikulturalizmin
iflasına dair get-gedə tezləşən
bəyanatları pessimizm əhval-ruhiyyəsini
gücləndirib. Əslində “multikulturalizmin
iflası” nəzəriyyəsini müəllifləri Angela Merkel və ya Devid Kemeron
da deyil. Bir qədər kölgədə qalan almaniyalı müəllif, Bundesbankın sabiq üzvü Tilo Sarrasin “Almaniya öz-özünü
məhvə sürükləyir” kitabından sonra
işdən azad edilib.
Sarrasinə görə Almaniya hər tərəfdən
sıxılır. Hər yeni gələn
nəsil əvvəlkindən sayca üç dəfə azalır. Ailə nə
qədər savadsızdırsa orada uşaqlar o qədər çoxdur. Dövlətin bu
sahəni tənzimləməkdə siyasəti kökündən
səhvdir. Qeyd edilməlidir ki, müəllifin kitabda
etirazı çoxsaylı miqrantlar
sırasında yalnız müsəlman miqrantlara
ünvanlanıb.
-Axı, o da bir faktdır ki, 20-ci əsrin 70-60-cı illərinə qədər
Avropada miqrantlarla
bağlı problem yox
idi.
-
Multikulturalizm Avropanın çarəsizlikdən
qəbul etdiyi siyasət idi.
Miqrantlara, işçi qüvvəsinə ehtiyac var idi.
Lakin nəticədə Avropanın
müstəmləkəçilik siyasətinin həyata keçirildiyi vaxtlarda olduğu kimi, indi “tərsinə, əksinə müstəmləkələşmə”
prosesi baş verdi. Miqrantlar Avropada lal-dinməz məskunlaşmaqda, bu məkanı “işğal”
etməkdədirlər. Avropada belə hesab edirlər ki, miqrantlar Avropanın insan
hüquqları Konvensiyasının verdiyi
imkanlardan, burada mövcud olan insan hüquqları və azadlıqlarından
sui-istifadə edirlər. Buna görə də
qanunvericiliyə dəyişikliklər etmək
lazımdır. “Hətta cinayətkar olan
miqrantları belə ölkədən çıxarmaq olmur, çünki qanun ailələrin ayrılmasını yol verilməz hesab etməklə
buna imkan vermir. Britaniyanın daxili
işlər naziri Tereza
Mey bu vəziyyəti yumorla ifadə edərək bildirir
ki, “miqrantı
ölkədən çıxara bilmirik, nə
var ki, onun
evdə pişiyi qalıb. Bu absurd
bir vəziyyətdir”. 2011-ci il Böyük
Britaniyanın şəhərlərində törədilən
kütləvi iğtişaşların fəal iştirakçıları
arasında üçüncü dünya ölkələri sıralarından
çıxanlar çoxluq təşkil edirdi. 2001-ci ilin
sentyabrından başlayaraq Madrid və Londonda davam edən terror
aktları, Fransada 2005-ci ilin
talan və iğtişaşları,
2006-cı ilin karikatura
qalmaqalı və sair- bütün
bunlar göstərir ki,
multikulturalizm siyasəti sınaqdan
çıxa bilmir. Avropa
və müsəlman mədəniyyətləri yanaşı yaşaya bilmir. 2000-ci illərin
əvvəlində Avropa ölkələrini
partiya sistemlərini təhlükə
altına alan “elektoral
qiyam” baş verdi. Seçicilərin səsini
millətçi və miqrasiya qanunvericiliyinin sərtləşməsini tələb
edən partiyalar qazandı və onlar səslərin əksəriyyətini
qazandı. Vətəndaşlarda ümumi
dövlətçilik hissinin, vətəndaş
millətçiliyinin formalaşmasının zəruriliyi qeyd edildi.
Alim
Olaylar.- 2011.- 22-24 oktyabr.- S.5.