Arxiv zənginləşir...
Maarif Teymurov: “Əksəriyyəti şəxsi fondlardır”
Özündə
yüzlərin, minlərin həyatını ,
yaradıcılığını, dövrünün
siyasi vəziyyətini əks etdirən
etibarlı mənbələr-arxiv sənədləri öz keçmişimizin sübutudur. Dünənimizlə
sabahımız arasında keçid olan fondlarımızdakı arxivlərin
sayı artır. İlbəil qalaqlaşan
arxiv, bu günün etinasız gəncinin ona nə vaxtsa, müraciət
edəcəyi zamanı gözləyir.
Mövzu
qıtlığı yaşayanlar görünür
S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat
və İncəsənət Arxivindəki,( ARDƏİA) 774
fond və bir milyondan çox işdən xəbərsizdir.
Burada haqlı olaraq, “axtaran tapar” sözü yadıma
düşür. Bu söhbətə və mövzuya təsadüfən
toxunmamışam. Ötən saylarımızın birində
unudulmaq üzrə olan ziyalılarımızın izinə
düşərkən bir təsadüf məni ta arxivə
kimi aparmışdı. Orada olarkən eşitdiklərimi və
çoxumuzun bilmədiyi məqamları görüncə bu həssas
nöqtəyə toxunmadan keçə bilmədim. ARDƏİA
haqqında qısa arayış:
Azərbaycan
Respublikası Dövlət Ədəbiyyat və İncəsənət
Arxivi Respublika Nazirlər Sovetinin 1965 –ci il 17 iyul tarixli 196 ¹ -li
qərarı əsasında 196-cı ilin yanvar ayından fəaliyyətə
başlamışdır. 1996-cı ildə Respublika
Prezidentinin sərəncamı ilə ona mətnşünas
Salman Mümtazın adı verilib.
ARDƏİA
XIX əsrdən bu günə qədər Azərbaycan ədəbiyyat
və incəsənət xadimlərinin, ədəbiyyat və
incəsənət sahəsindəki dövlət idarələrinin
və yaradıcılıq təşkilatlarının sənədlərini
toplayır, onların mühafizəsi və istifadəsi
işini təşkil edir.
Öncədən
deyim ki, ARDƏİA –da ədəbiyyat və incəsənət
sahələrinə aid arxiv sənədləri mühafizə
olunur ki, onların sayı son illər də (müstəqillik
illərində) durmadan artır. Fonddakı yeni
tapıntıların dəyəri isə qat-qat çoxdur.
Burada incəsənətin müxtəlif sahələrində
(teatr, musiqi, kinomatoqrafiya və s.) xidmətləri olmuş
şəxslərlə yanaşı, bu sənətin növlərinin
incəliklərini əks etdirən arxiv sənədləri
saxlanılır.
Öz dəyəri
və nadirliyi ilə qiymətsiz olan nümunələr cərgəsinə
zəmanəsinin durumunu göstərən məktublardan
tutmuş əlyazmalara kimi nümunələr vardır. Onlardan
M.Ə.Sabirin 1907-ci ildə “Bəhlul” jurnalının
redaksiyasına göndərdiyi məktub, Ə.B.Haqverdiyevin
hekayələrinin əlyazmaları və bir sıra şəxsi
yazışmaların ( Ü.Hacıbəylinin 1913 və
1921-31-ci illərdə H.Sarabiskiyə və C.Hacıbəyliyə
olan məktubları) adlarını çəkmək olar.
İstər teatr, istərsə də musiqi sahəsində bəlkə
də bir daha eyni izi qoyula bilinməyəcək şəxslərə
məxsus sənədlər saxlanılır. Əziz Şərifin
adını çəkmək kifayət edir ki, ona məxsus
fondun nə qədər zəngin ola biləcəyini anlayasan.
Məlumat üçün deyim ki, Ə.Şərifə məxsus
bir ton yarım sənəd saxlanılır.
Azərbaycan
xalqı üçün önəmli, ədəbiyyat və
incəsənət sahələrində öz
imzalarını qoyan dühalarımızın sənədləri
etibarlı əllərdədir.Təbii ki, bütün
bunları bir araya gətirmək, toplu halına salmaq zəhmət,
səbr və ustalıq tələb edir. ARDƏİA-nın
direktoru Maarif Teymurovun (ötən sayımızda Maarif
Teymurovun soyismi və vəzifəsi texniki səhv nəticəsində
yalnış verilmişdir). Dediyi kimi bu işlərdə
peşəkarlıq və məsuliyyət vacib şərtdir.
Hər halda bu sözləri ömrünün 45 ilini bu sahəyə
həsr edən şəxs söyləyir.
Fondlardakı
sənədlərin əksəriyyətinin şəxsi arxiv sənədlərin
olduğunu öyrəndikdə M.Teymurov onları
qapı-qapı düşüb topladıqlarını
bildirdi. ”90 faiz bizdə şəxsi fondlardır”-deyən
Maarif müəllim gənclərin istifadəsi
üçün açıq olduğunu söylədi. Yəni
hər şey hazır şəkildə onları istifadə
edəcək və düzgün qiymətləndirəcək
şəxslərə ehtiyac var. Bu sənədlərdən
yararlanmaq da yeni nəslin azad olmasına baxmayaraq, nədənsə
əksər hallarda yalanlarla dolu bəsit internet
materiallarından “qidalanmağa “ çalışırlar.
Arxiv sahəsində 20 yaşından çalışmağa
başlayan M.Teymurovun da bu cür hallara münasibəti birmənalı
deyil. Bəs səbəb onların tapıntılarından məlumatsız
olması ola bilərmi? İstənilən sahəyə dair
informasiyanın rahat şəkildə əldə etməyin
reallığı əks etdirdiyini nəzərə alsaq, bunun
bəhanə olduğunun fərqinə də varmış
olarıq. Müsahibim də dəyərli sənədlərin
müxtəlif sərgi və tədbirlərdə
nümayiş olunduğunu, internet səhifəsində yerləşdirildiyini
təsdiqlədi. Lakin o, bununla kifayətlənməyəcəklərini
və təbliğata davam edəcəklərini dedi. Bura
ziyalılarımızın yubileyləri və onlarla
bağlı toplantılar, elmi müzakirələr daxildir.
Türkan İmanova
Olaylar.- 2011.- 25 oktyabr.- S.13.