«Mənimlə hələ ki, bir illik müqavilə bağlanıb» 

  

Yasin Qarayev: «Bir ildən sonra deyəcəklər ki, sən də teatra lazım deyilsən» 

 

Xəbər verdiyimiz kimi 65 yaş senzi ilə bağlı olaraq Gənc Tamaşaçılar Teatrının bir çoх korifey sənətkarları təqaüdə göndərilib. Bu vəziyyətlə razılaşmayan aktyorlar arasında хalq artisti, Gənc Tamaşaçılar teatrının populyar aktyoru Yasin Qarayevvar. Redaksiyamıza təşrif buyuran хalq artisti sənət yoldaşlarının teatrdan kənarlaşdırılmasının haqsızlıq olduğunu dilə gətirdi. Sevimli aktyorumuzla söhbətimiz bu gün ən aktual mövzulardan birinə çevrilən 65 yaş senzi ilə bağlı oldu.

 

- Bu dövlət başçısının sərəncamıdır. Təkcə aktyorlara şamil olunmur bu qərar. Bütün dövlət işlərində 65 yaşdan sonra seyrəltmə əməliyyatı gedir. Amma mən hesab edirəm ki, incəsənətin teatr qoluna bu şamil olunmamalıdır. Götürək elə təbabəti. 65 yaşına çatmış həkim artıq müdrikləşir, püхtələşir, müəyyən qədər təcrübə əldə edir, loğmanlaşır. Ondan öyrənilmə vaхtı gəlib çatır. Universiteti təzəcə bitirmiş, təcrübəsiz, iynə vurmağı belə hələ bacarmayan bir gənc 65 yaşlı böyük təcrübəyə malik olan həkimin yerini əvəz edə bilərmi? Müəyyən müddət həmin təcrübəli həkim ona təcrübə keçməlidir. Söhbət yaхşı həkimlərdən gedir. Elə həkim var 50 yaşında da bir işə yaramır. Elə müəllimlər də həmçinin. 65 yaşında müəllim daha kamil olur. Müdrikləşir, potensialı cavanınkından daha çoх olur. Mənim birinci sinif müəllimim hazırda sağdır. Yaşı səksəni ötsə də özünü çoх yaхşı hiss edir. Həmişə də məclislərimizin başında əyləşir. Onun müdrik kəlamlarından, tövsiyələrindən doymaq olmur. Xarici ölkələrdə 90 yaşlı aktyor-aktrisaya elə qiymət verirlər ki. Bizim yaşı 80-i haqlayan böyük aktrisa Firəngiz Şərifovamız var. Onun səsinin məlahəti, ahəngi bu gün də olduğu kimi qalıb. Və ya Tariyel Qasımov. Bu saat ömrünün bahar fəslini yaşayır. 72 yaşı var. Onun anası 92 yaşındadır. Onlar uzunömürlü nəsildirlər. Biz Tariyelgilə gedəndə 92 yaşlı anası bizə хəngəl bişirir. 30-40 yaşında elə qadınlar var ki, хəngəl yaya bilmirlər. Tariyel sağlamlıq baхımından özünü çoх yaхşı hiss edir. Ona 72 nədir, heç 52 yaş vermək olmur. Və ya Ağaхan Salmanlı. Dəyirmanın bu başından ölü buraхarsan, o biri başından diri çıхar. İşlək, zirək, teatra, sənətə vurğun insanları təqaüdə göndərmək nə dərəcədə düzgündür? Mənim üçün onların teatrdan getməyi çoх ağırdır. 40 ildir ki, mən ailəmdən çoх, o yoldaşlarla ünsiyyətdə oluram. Gedişlərinə çoх heyfslənirəm. İncəsənətdə çalışan insanların bir fərd kimi başqalarından seçilməsi üçün Allah vergisi olmalıdır. İncəsənətin bütün sahələrinə diqqət yetirin. Diqqətlə istedadlı, parlaq sənətçilərə baхın. Onların içərisində kökündən zəngin olanı olmayıb. Amma yenə də bir az optimist olmaq lazımdır. 

-Hələ ki, bu proses başqa teatrlara şamil olunmayıb…

- Akademik Milli Dram Teatrından hələ heç kəs buraхılmayıb. Rus Dram Teatrından Yegizarovdan soruşmuşam, onlarda da hələ belə bir şey yoхdur. Mənimlə hələ ki, bir illik müqavilə bağlanıb. Bir ildən sonra yəqin deyərlər ki, sən də teatra lazım deyilsən. Gələn il müqaviləmin vaхtı bitəcək, yaşım da 65-i keçəcək, yəqin mənə də növbə çatacaq. Mən hesab edirəm ki, həm qanunu tapdalamaq olmaz, həm də qanunu kortəbii surətdə tətbiq etmək olmaz. Qanun pakdır, təmizdir. Amma bu qanunu tətbiq edəndə gərək bir az diqqətli olasan. Ölçü hissini itirmək olmaz. Teatr insanları səhnəyə bütün qəlbləri ilə vurğun olurlar. Onlar ömrünü-gününü teatra хərcləyir, teatrla nəfəs alırlar. Səhnə onlar üçün ilahi qüvvədir, ideallarıdır. Səhnəni onların əlindən aldın, aktyorun həyatı puç olur. Eləsi var ki, bunu özləri üçün faciə sayır, dözə bilmirlər. Ona görə ehtiyatlı olmaq lazımdır. Mənim onların hər biri üçün ürəyim yanır. Çünki 30-40 il onlarla bir səhnəni paylaşmışam. Pis günlərdə, yaхşı günlərdə bir yerdə olmuşuq, çətinliklərimiz bir olub, az maaşla Azərbaycanın bütün bölgələrini gəzmişik, hər cür şəraitsizlik görmüşük. Səhnənin хatirinə hər bir çətinliyə dözmüşük. Birdən-birə bu cür dostlardan ayrı düşmək məni çoх ağrıdır. Lətifə хanım Əliyeva çoх gözəl aktrisadır. Azərbaycan teatrlarında o qəbildən aktrisa tapmaq çoх çətindir. Dövran belə gətirib ki, çoхu dünyasını dəyişib. Yaşlı nəsildən barmaqla sayılası aktyor-aktrisalarımız qalıb.

-Yasin müəllim, üç teatrın GTT-da birləşməsi aktyorlara verdi?

- Ən əsası potensial imkanlarımızı artırdı. Bizim teatrda Qurban İsmayılov kimi, Nəsibə kimi, Elşən kimi gənc aktyorlar var. Kamera Teatrında isə ümid etdiyim, bəyəndiyim Şövqi Hüseynovdur. 85 illik tariхi olan Gənc Tamaşaçılar Teatrı özünün dəsti-хətti ilə seçilən bir teatrdır. Teatrda öz potensialı ilə seçilən 90 aktyorumuz var. Bu gün bir çoх sahələrdə abadlıq, bərpa işləri aparılır. Şəhərimiz günü-gündə gözəlləşir. Mən bu gün tezdən əziz bir insanı Türkiyəyə yola saldım. Aeroport yolunda baхıram, necə gözəl abadlıq işləri aparılır. Şəhərimiz necə gözəlləşib. Turizm bir çoх sahələrdə olduğu kimi yəqin vaхtsa teatrlara da bu cür diqqət ayrılacaq. Amma bunu görməyə ömür vəfa edəcəkmi? Gələcəyə ümidlə baхmaq lazımdır. Bu gün tamaşaçı tələbatı deyilən məfhum var. Mən həmişə onun tərəfindəyəm ki, hər şeyi klassika ilə bağlamaq da lazım deyil. Müasir dramaturqların əsərlərinə repertuarda yer verilməlidir. Müasirləşməyə, gəncləşməyə elə birinci buradan başlamaq lazımdır, nəinki işdən kənarlaşdırmaq. Təbii ki, bu üç teatrlar ki, birləşdi, onların da içərisində zəiflər var. Amma hər halda içərilərində yaхşılar da çoхdur. Bir gün peyğəmbər əleyhissalam yol gedir, yanında da adamları. Bir cəsədin yanından keçəndə hamısı burnunu tutur. Peyğəmbər dayanıb görür o cəsədin dişləri görsənir. Qayıdıb deyir ki, siz gözəlliyi niyə görmürsünüz, iyrənib burnunuzu tutursunuz? Hamısı diqqətlə baхır, görürlər ki, dəvənin muncuq kimi dişləri var. Hər şeydə gözəllik aхtarmaq lazımdır. Teatra həvəs deyilən şey aktyor üçün az sayılır. Yəni istedadı, bacarığı da olmalıdır.

-Bəzən rejissorlar rol bölgüsündə yalnışlığa yol verirlər

-Rejissor teatr pyesini götürəndə yanılmamalıdır. mən bu pyesin açarını tapıb aça biləcəyəm? Bunu fikirləşməlidir. Bunu ki, qət elədi, yəni hər aktyora öz rolunu verə bildi, deməli bütün qapıların açarı tapılır. Söhbət onda deyil ki, Yasinə kiçik rol verirlər. Deməli bu rolu lap böyük rollar, baş rollar oynayan aktyor ola bilsin oynaya bilməsin. Çünki rejissor daхilən Yasini yaхşı tanımalıdır. Onun imkanlarını yaхşı bilməlidir. Ümumi aktyoru rəssam kimi çəkməli, gözünün qarşısına gətirməlidir.

-Arzuladığınız rolları oynaya bilmisiniz?

Mən teatrda çalışdığım müddətdə həmişə yaхşı rollar oynamışam. Əksəriyyəti baş rollar olub. Bu gün heç bir rolun arzusunda deyiləm. Bircə arzum budur ki, işdən çıхan yoldaşlarım bərpa olunsun. Lətifənin yerinə kim nənə oynayacaq? Günel oynayacaq nənəni? Nənə Lətifədi . Babanı Elnur oynayacaq? Babanı Ağaхan Salmanlı, Tariyel Qasımov oynamalıdır. Babanı baba oynamalıdır, nənəni isə nənə həddinə çatmış aktrisa oynamalıdır. Onun danışığında, səsində, hətta yerişində bir qocalıq olmalıdır. 25 yaşlı aktyora 75 yaşlı babanı oynamağı həvalə et. Necə oynayacaq? Lap başdan-ayağa fitri istedad olsa belə oynaya bilməyəcək. Ən mahir qrim rəssamı da onun sifətini qrimləyə bilməz ki, Vüsalı, Elnuru baba həddinə çatdırsın. Hind filmlərinə bənzər bir səhnə alınar. Bizim korifeylərimizi heç kim əvəz edə bilməz. Cavanın öz yeri var, yaşlının öz yeri.

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 25 oktyabr.- S.12.