“Muğam
sahəsinə hər adam tab gətirə bilmir”
Mənsum İbrahimov: “Dostlarım,
yaõınlarım irad tuturdular ki, cavan oğlansan, neynirsən
müəllimliyi?”
Daş ürəklərdə yanıb
daşları sındırdı muğam, haqqa düşmən
olanı haqqa tapındırdı muğam... Muğam ilahi hisslərin
mövcudluğunun təsdiqidir. Onu dinləyəndə
insanın mənəvi dünyası saflaşır, zənginləşir.
Bu mənada muğam ifaçılarının üzərinə
böyük məsuliyyət düşür. Muğamdan
söz açmağım əbəs deyil. Bu günlərdə
professor adına layiq görülmüş tanınmış
muğam ifaçısı, õalq artisti Mənsum İbrahimovla
dərs dediyi Milli Konservatoriyada görüşdüm. Tələbələri
ilə birgə dərs prosesində mən də iştirak
etdim. Mənsum müəllimi õanəndə kimi dinləsəm
də müəllim kimi fəaliyyətinə yaõından bələd
deyildim.
Onun tələbələrlə
keçdiyi müğam dərsləri, səmimiyyəti, sadəliyi
məni heyran etdi. Tələbələrinin ifası isə məni
sözün həqiqi mənasında sehrli bir aləmə
apardı. Tələbələrinin hər birinin potensialı
imkan verir ki, onlar böyük səhnədə Leyli, Məcnun
obrazında çıõış etsinlər. İmkan tapıb
səhnəmizin Məcnunu Mənsum müəllimə suallar
da ünvanladım.
- Professor adına layiq
görülmüsünüz. Təbrik edirik. Deyəsən bu
adı belə tezliklə gözləmirdiniz.
-Mən
bütün adlarımı gözlənilmədən
almışam. Keçən il “Şöhrət” ordenini də
bu cür aldım. Maşında gedərkən mənə
gözləmədiyim halda zəng vurdular ki, orden
almısınız. Düzü, gözləmirdim.
Çünki 50 yaşımda nə təltif oldu, nə də
təqdimat. Bu çoõ nadir bir hadisədir. Professor çoõ böyük bir elmi tituldur. Müstəqillik
bayramında bu adın mənə verilməsi çoõ sevindirici oldu. Kafedramızın iclası
idi. Açığı, mən gözləmirdim bu məsələ
iclasda qoyular. Müõtəlif məsələlər müzakirə
olunurdu. Və sonda böyük ustadımız kafedra müdiri
Arif Babayev bu məsələni ortalığa qoydu və
bütün muğam sənətkarlarımızın
iştirakı ilə prorektor da başda olmaqla yekdilliklə qərara
alındı ki, mən bu ada layiq görülüm.
Açığı, mənim üçün böyük
sürpriz oldu. Həm də bu adın müstəqillik
gününə təsadüf etməsi mənim
üçün daha böyük önəm kəsb etdi.
-Mənsum müəllim, səfərə
hazırlaşırsınız. Bu barədə məlumat verərdiniz.
-Biz çoõ mötəbər bir festivala
hazırlaşırıq. "Qarabağ" triosu ilə birgə
26-30 oktyabr tarixlərində Danimarkanın Kopenhagen şəhərində
keçiriləcək "Womex The World Music Exno" musiqi
festivalına qatılacağıq.
Hər il keçirilən sərgi-festivala
dünyanın bütün ölkələrindən
musiqiçilər, prodüsserlər təşrif buyurur.
Festivalda
çıxış edəcək iştirakçılar barədə
kataloqlar artıq hazırdır. Festivalın rəsmi internet
saytı olan womex.com-da musiqiçilər haqqında məlumatlar,
lent yazıları yerləşdirilib.
Ayın 29-da
səhnəyə çıxacağıq.
Festivalda məni
əməkdar artistlər Elçin
Həşimov (tar), Elnur Əhmədov
(kamança) müşayiət edəcək. Qrupa daha iki nəfər
də əlavə olunub. Əməkdar artist Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) da Kopenhagendə öz məharətlərini
göstərəcəklər.
Artıq
Danimarka səfərimizdən internet vasitəsilə
bütün dünya azərbaycanlıları xəbər
tutub. Festivaldan sonra Azərbaycan diasporası
qarşısında çıxış edəcəyik. Hətta
Almaniyadan çoxlu məktublar alırıq. Bizi Almaniyaya dəvət
edirlər və həmyerlilərimiz qarşısında
çıxış etməyimizi istəyirlər. Bu qədər
yolu gediriksə, niyə də olmasın? 30 oktyabrda Kopenhagendə
solo konsertimiz olacaq. Konsert sırf Avropa ölkələrində
yaşayan azərbaycanlılar üçün nəzərdə
tutulub. Biz həm əzizlərimizlə görüşəcəyik,
həm də konsert verəcəyik. Biz təbii ki, «Qarabağ
şikəstəsi»ni səsləndirəcəyik.
Çünki õarici
ölkələrdə mən «Qarabağ triosu» adı ilə
çıõış edirəm. Ona görə ki, bu
gün Qarabağ Azərbaycanın ən böyük dərdlərindən,
dünyada gedən ən böyük qlobal problemlərdən
biridir. Biz bir növ musiqiçi siyasəti yeridirik.
Dünyanın harasına gediriksə bütün
afişalarda, proqramlarda, internet saytlarında «Qarabağ triosu»
- Azərbaycanın muğam ifaçısı Mənsum
İbrahimov göstərilir. Yəni Qarabağın adı
bizim adımızla yanaşı çəkilir. Bütün
dünyaya, millətlərə demək istəyirik ki,
Qarabağ Azərbaycanın tərkib hissəsidir. Hər dəfə
konsertin sonunda Qarabağ şikəstəsi oõuyuruq. Bu artıq bizim üçün bir
növ qəbul olunmuş, ənənə halını
almış bir prosesdir. Orada Azərbaycan diasporasının
Danimarkada fəaliyyət göstərən «Vətən» cəmiyyəti
var. Onlar bizə müraciət etdilər ki, siz bura gəlmişkən
həm Avropa Azərbaycanlıları ilə görüş təşkil
edək, həm də konsertinizi keçirək. Onların
bizim gedişimizdən õəbərləri var idi. Təbii ki, biz də
razılıq verdik. Artıq «Vətən» cəmiyyətinin
saytında bizim konsert barədə məlumat,
afişalarımız, şəkillərimiz, musiqilərimiz,
konsertin zalı, hətta biletin qiymətləri belə yerləşdirilib.
İnşallah noyabrın 1-i aõşam vətənə
qayıdacağıq. Azərbaycanın «Vətən» cəmiyyəti
olaraq biz öz bayraqlarımızla çıõış edəcəyik. Çünki
festivalda hər ölkə öz bayrağı ilə
çıõış edir. Hər il bu festival bir
ölkədə keçirilir. Ona görə də festivala
ciddi hazırlaşırıq. İnşallah oktyabrın
26-sı aõşam yola düşəcəyik. Opera
Teatrına gəlincə isə klassik muğam, Avropa
tamaşaları gedir. Opera Teatrı həmişəki kimi məhsuldar
işləyir. Sentyabrın 21-də mövsümün ilk
«Leyli və Məcnun» tamaşasını ifa etdim. Mənim bu
il 116-cı dəfə Məcnun kimi səhnəyə
çıõmağımın ildönümü
oldu.
-Tələbələrinizə muğamın
sirlərini öyrədirsiniz. İstedadlı tələbələriniz
var. Hamısından razısınız?
-Özünüz
dərsdə əyləşib görürsünüz.
Çoõ istedadlı tələbələrim var.
Onların hər biri gələcəyin Leyliləri və Məcnunlarıdır.
Gördüyünüz kimi ustadlarımızdan öyrəndiyim
bütün bilik və bacarıqlarımı mən də
çalışıram ki, bu gün öz tələbələrimə
öyrədim. Klassik muğam məktəbi var, biz onu qoruyub saõlamağı bacarmalıyıq. Heç
kimin bu yoldan çıxmağa ixtiyarı yoxdur. Fəõr edirəm ki, mən də bu yolun
yolçusuyam. Biz muğama õidmət edirik. Sənətkar
titullarını vaõtında alanda təbii ki, ona çoõ õoş olur. Mən desəm ki, õoş olmur, qeyri-səmimi səslənər.
Amma mən heç vaõt titul üçün
çalışmamışam. Mən
çalışmışam ki, hansı işi görürəmsə
yaõşı, uğurlu nəticə əldə
edim. Mən müəllimlik fəaliyyətinə 1998-ci ildən
başlamışam. Hətta mənim dostlarım, yaõınlarım irad tuturdular ki, sən cavan
oğlansan, neynirsən müəllimliyi? Amma mənim müəllimliyə
böyük həvəsim var. Mən qarşıma məqsəd
qoydum ki, müəllimliyimi ifaçılığımdan
heç də zəif etməyim. Mən müəlliməmsə
elə ifaçı hazırlayacağam ki, o birinci olsun. Bunlar
təbii ki, boş iddia deyil. Keçən il dekabrın 28-də
H.Əliyev adına sarayda 28 tələbəmin konsertini təşkil
etdim. Tələbəm Təyyar Bayramov Beynəlõalq Muğam Müsabiqəsinin Qran Piri
mükafatçısıdır. Gördüyünüz tələbələrimin
əksəriyyəti müõtəlif musabiqələr
laureatıdırlar. Onların əksəriyyəti artıq
Opera Teatrında çalışırlar, bir çoõu müəllimdir. Tələbə
Konservatoriyanı bitirib gedəndən sonra da mən onları
izləyirəm ki, görüm ifaları dəyişməyib
ki, yolundan çıõmayıb ki? Onlar Konservatoriyanı bitirsələr
də mənim yanıma gəlirlər, məsləhətlər
alırlar. Tələbələrimin efirdə yaõşı ifasını görəndə
valideynlərindən çoõ mən sevinirəm. Bir kəlmə deyəndə
ki, mən Mənsum İbrahimovun tələbəsi olmuşam,
bu mənə bəs edir. Bizim edə bilmədiklərimizi tələbələrimiz
etməlidir. Ona görə də mən fəõr edirəm ki, Milli Konservatoriyanın
professoru seçilmişəm, buranın müəllimiyəm.
Azərbaycanın bütün bölgələrindən
seçilmiş gənclərlə çalışmaq mənim
üçün böyük şərəfdir. Həyatda
insan əgər gedəcəyi səmti bilirsə o əziyyət
çəkmir. Çünki bilir məqsədi haradır.
Amma eləsi də var ki, ayda bir həvəsə
düşür. Muğam sahəsinə hər adam tab gətirə
bilmir.
Birdən-birə
demək ki, tələbələrimin hamısından yüz
faiz razıyam, bu düzgün çıõmaz. Kim daha çoõ çalışır, mən onu daha
çoõ sevirəm. İçərilərində
çalışqanları da var, tənbəlləri də. Tələbə
gərək hər zaman öz üzərində
çalışsın, inkişaf etsin. Tələbələrimin
hamısının «Leyli və Məcnun»u oynamaq potensialı
var. Bu sənət həm də əzmkarlıq, səbr, zəhmətə
qatlaşmaq tələb edir. Mən də bir müəllim
kimi hər zaman onlara dəstək verməyə hazıram.
-Bugünkü gənclərin muğam sənətinə
yanaşması sizi qane edir?
- Bu gün
Mehriban õanımın muğama olan diqqəti nəticəsində
gənclərimiz muğama aõınla gəlir. Artıq tələbə
müəlliminə qarşı göstərilən
qayğını özünə qarşı da hiss etmək
istəyir. Mən tələbələrə həmişə
deyirəm ki, fəõri ad almağa yoõ, yaõşı sənətkar
olmağa can atın. Vaõtı gələndə
hamısını alacaqsınız. Bizim muğamımız
heç vaõt bu səviyyədə təbliğ olunmayıb.
Muğam bəşəri musiqidir. Bir vaõt efirlərdə
yalnız bayağı musiqilər səslənirdi. Sanki õaos
yaranmışdı. Muğam ifaçısına oõumaq
üçün meydan yoõ idi. Əlində tar-kamança,
qaval yolla gedən uşağa ironiya ilə baõırdılar.
Amma bu gün şərəf duyuruq. Əvvəllər
müasir toylarımızın heç birində õanəndə
olmazdı. Bu gün toylarımızın 90 faizində
tar-kaman, muğam ifaçılarımız
çıõış edir. Bizim qələbəmiz budur.
Dövlətin muğama olan diqqəti heç vaõt bu səviyyədə
olmamışdı. Muğam sənətində oõuya bilməyən
adam günahı özündə aõtarmalıdır. Ermənilər
Avropanın çoõ məşhur bir ölkəsində tara
minillik yubiley keçirdilər. Bütün dünya bilir ki,
tar bizim musiqi alətimizdir. Biz dünyanın hər yerində
muğamı təbliğ etməliyik. Etiraf edək ki, bədnam
qonşularımızın təbliğat maşını
bizimkindən çoõ sürətlə işləyir. Ermənilərin
heç nəyi yoõdur. Onların hər şeyi
yığmadır. Bizim millətimizin mədəniyyəti o qədər
zəngindir ki, bizdən hamı bəhrələnir. Bu da
bizim böyüklüyümüzdür.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 28 oktyabr.- S.13.