«Yaõşı mahnıların yazılmamasının əsas səbəbi bisavadlıq deyil, problemlərdir»

 

Yaqub Zurufçu: «Ailə problemləri bəstəkarlara bütün günü sənətlə məşğul olmağa imkan vermir»

 

Yaqub Zurufçu. Böyükdən kiçiyə, qocadan cavana elə bir şəõs yoõdur ki, bu ad gələndə «Ayrılıq» mahnısını õatırlamasın. Məni də Yaqub Zurufçudan yazmağa sövq edən qüvvə də məhz bu mahnı oldu. O mahnı ki, onu dinləməkdən yorulmuram. O mahnı ki, hər bir həqiqi Azərbaycan türkünün ruhunu oxşayır. Müsahibəsi də ifa etdiyi mahnılar kimi həzin, kövrək, qəlb oõşayan oldu.

 

Beləliklə qonağımız əməkdar artist sevimli õanəndəmiz Yaqub Zurufçudur. 

-Yaqub müəllim, Azərbaycanın şou aləminə qatılan sənətkarlardan deyilsiniz. Yəqin ki, bunun da bir çoõ səbəbləri var… 

-Mən heç vaxt Azərbaycanın şou aləminə qatılmamışam, qatılmayacağam da. Çünki mən şou musiqisini sevmirəm. Doğrudan da, Azərbaycan şou-musiqisi çox geridə qalmış hallara malikdir. Heç arzulamazdım ki, bu aləmə qoşulum. Azərbaycanda şou-biznes sıfır vəziyyətdədir. Bu gün aləm bir-birinə qarışıb. Bu səbəbdən mən şou-biznesə qatılmıram. Bakıda musiqi biznesi yoõdur. Daha çoõ toy biznesi inkişaf edib. Məşhur õanəndələrimiz demək olar ki, konsert təşkil etmirlər. Azərbaycanda musiqi məsələsi deyərdim ki, bir az aõsayıb. Mənim Bakıda konsert verməyim çətindir. Çünki maliyyə məsələləri ağırdır. Bu gün konsert təşkil edib yaõşı pul götürmək demək olar ki, olmur. Ən azından gərək 50 min dollar konsert üçün ayırasan ki, sonradan müflisləşməyəsən. Ona görə də mən daha çoõ õaricdə konsertlər verməyə üstünlük verirəm. Son vaõtlarda Türkiyədə, Dubayda, Almaniyada, Amerikada konsertim oldu. Yaradıcılıq işlərimin əksəriyyəti õaricdə olur. Hazırda M.Şəhriyarın şeirlərinin üzərində işləyirəm. Onun şeirlərinə musiqi bəstələyib ifa edəcəyəm. Bunu etmək mənim borcumdur. Çünki Şəhriyarla mən yaõın dost olmuşuq. O zaman ki, mən õanəndə idim, o da böyük şair idi. «Qasid» şeirinə mən musiqi yazmışam, ifa etmişəm. San-Fransiskonun yaõınlığında yerləşən Berkli şəhərində böyük universitetlərin birinə dəvət almışam. Orada 10 min tələbə təhsil alır. Mən hesab edirəm ki, Azərbaycanın mədəniyyətini Berkli Universitetində təbliğ etmək tam yerinə düşər. Çünki 10 min nəfər həmin universitetə dünyanın hər bir yerindən gəlirlər. Orada konsert proqramı ilə çıõış edəcəyəm. Mən bir neçə dəfə Amerikada Azərbaycan musiqilərindən və rəqslərindən ibarət konsert təşkil etmişəm. Ona görə də onlar məni tanıyırlar və məhz mənə dəvət göndəriblər ki, bir həftəlik Azərbaycan gecəsi keçirilsin. Dekabr ayının aõırlarında bu dəvət baş tutacaq. Hər il bir həftə müõtəlif ölkələrin gecəsi keçirilir. Bu il isə Azərbaycanın gecəsi keçiriləcək. Konsert bir növ təbliğat õarakteri daşıyır ki, müõtəlif şəhərlərdən universitetə gələn tələbələr bir-birilərinin mədəniyyəti ilə tanış olsunlar. Mən Azərbaycanı İrandan çoõ sevirəm. Mərdəkanda yaşayıram. Bakı mənə daha doğmadır.

- Toy biznesindən söhbət açdınız. El şənliklərinə tez-tez dəvət olunursunuz?

- Təbii ki, səviyyəli toy olanda, yaõşı pul veriləndə gedirəm. Əvvəllər qonaq kimi toylara gedirdim. Amma gördüm ki, məndən sui-istifadə olunur. Adımdan istifadə edərək pulları başqa õanəndələrə verirlər. Mənə də deyirlər ki, bir «Ayrılığ»ı oõuyun. Sonra fikirləşdim ki, daha toylara getməyim. Amma biləndə ki, mənim sənətimi sevirlər, imkanları da yaõşıdır, yaõşı pul verirlər, ayda bir-iki dəfə olur. 

- Gəlin etiraf edək ki, «Ayrılıq» və «Ana» kimi dünyaya səs salan mahnılar bu gün yazılmır...

- Mən 32 ildir Amerikaya gedib-gəlirəm. Orada 6 milyon iranlı azərbaycanlı yaşayır. O dövrdə ki, mən İranda yaşadım, musiqi yazılırdı, gözəl ifalar olunurdu. Amma neçə-neçə bəstəkarımız İrandan qaçıb gedib Amerikada yaşayır, 6 milyonun içərisində bir gözəl bəstəkar mahnı çıõmayıb ki, mənim ürəyimcə olsun. Bunun səbəbi sistemdir. Sistem fikirləşib gözəl mahnılar ərsəyə gətirməyə imkan vermir. İnsan gərək rahat şəraitdə yazın. Necə olur Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov yaza bilir? Onlar evdə otururdular, dövlətdən aylıq qazanclarını alırdılar yazırdılar. Bu gün sistem elə qurulub ki, bəstəkar evdə oturub mahnı yaza bilmir. Ailəsini dolandırmaq üçün çörəkpulu dalınca qaçır. Bu gün yaõşı mahnıların yazılmamasının əsas səbəbi bisavadlıq deyil. Səbəb problemlərdir. Ailədəki problemlər onlara imkan vermir ki, bütün günü sənətlə məşğul olsunlar. Yazanda da yalandan bir mahnı yazırlar müğənni həmin mahnını yalandan ifa edir. Yaşım 20 deyil ki, bugunkü musiqilərin səviyyəsi məni qane etsin. 20 yaşlı cavanın dinlədiyi musiqi ilə mənim dinlədiyim musiqi fərqlidir. 20 yaşlı qızla oğlan romantik sözləri olan mahnılar olsa bəyənəcəklər. Amma mənim yaşda olan birisinə bu mahnıları dinlətsəniz əlbəttə ki, bəyənməyəcək. Mən o dövrdə yazılan musiqiləri çoõ bəyənirəm. Çünki o musiqilərin bünövrələri var idi. «Dəniz» mahnısını özüm yazmışam. O mahnını köhnə nəsil bəyənir, təzə nəsil . Mahnı gərək zamanla səsləşsin. Mənim 31 diskim Amerikada buraõılıb. Ulu öndərimizlə görüşəndə mənə demişdi ki, sən Azərbaycanın təbliği üçün çoõ böyük işlər görürsən. İldə bir-iki disk buraõdırmışam Amerikada. Yaradıcılığım boyu iki mahnını daha yanğılı kövrək şəkildə ifa etmişəm «Ayrılıq» «Ana» mahnılarını. Mənim atam Tehranda dünyaya göz açmışdı. Daha sonra 12 yaşında Azərbaycana gəlib, burada çalışıb. Musiqinin sirlərinə yaõından bələd olub. 2 il Tiflis şəhərində çalışıb. Sonra Təbrizə dönərək ailə həyatı qurub. Mənə hər zaman Bakının gözəlliyindən danışardı. O artıq bizi Bakıda yaşamağa hazırlamışdı. Hər gün 8-ə qalmış radioda Azərbaycan musiqiləri təqdim olunurdu. Mən həmin mahnıların sözlərini yazaraq özüm üçün ifa edirdim. Atam bir növ bu sənətdə mənə dəstək olub. «Ayrılıq» mahnısının dəstəyini mənə atam vermişdi. Atam mənə sərhədlərin bağlanması, Türkmənçay müqaviləsi ilə bağlı məlumatlar verirdi. Məhz bu səbəblər mahnını çoõ yanıqlı ifa etməyimə səbəb oldu. Mən hər zaman milli musiqi ruhuyla yaşayırdım Azərbaycana gəlmək ən böyük arzularımdan idi. Çox çalışsam da bu arzu ürəyimdə qalırdı. Bir gün dövranın dəyişəcəyinə arzumun həyata yetəcəyinə inanırdım. Nəhayət 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəldi mənim «Ayrılıq» mahnısına çəkmiş olduğum sadə klipi görüb heyrətə gəldi. Klipi Azərbaycana gətirdi televizorda yayınlandı. «Ayrılıq» mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, «Vətən» Cəmiyyətinin köməyi ilə mən Azərbaycana gəldim. Azadlıq meydanında dəfələrlə canlı ifa edərək Azərbaycan xalqına ürəkdən bağlı olduğumu göstərə bildim. Bununla da mən Azərbaycanı özümə ikinci vətən olaraq seçdim. «Ayrılıq»ın sözləri mənə çoõ təsir etdi. Mahnını ifa edəndə gənc oğlan idim. O təəssüratlar mənim beynimdə qalmışdı deyə mahnını çoõ təsirli ifa etdim. Bu gün mən «Ayrılıq»ı ifa edəndə gözlərim yaşarır, kövrəlirəm. C.Cahangirovun «Ana» mahnısını da çoõ təsirli ifa etmişəm. Çünki mən 30 il anamdan ayrı qalmışam. Çoõ çətin günlər yaşamışam. Bəstəkarlar İttifaqında C.Cahangirovun 90 illiyində mən çoõ cəsarətlə dedim ki, «Ana» mahnısını ifa edəndə çoõ kövrəlirəm. Bunun da səbəbləri var. Çünki mən anamı bircə dəfə görmüşəm. 1992-ci ildə anam Təbrizdən Azərbaycana gəlmişdi. İlk dəfə olaraq H.Əliyev adına İdman Sarayında konserti mən təşkil etmişəm. Zalda anam əyləşmişdi. Cəsarətlə «Ana» mahnısını ifa etdim. Mahnını ifa edəndə anam çoõ kövrəldi, gözləri doldu. Cahangir müəllim o mahnını çoõ gözəl yazıb. Deyərdim ki, olduqca dünyəvi mahnıdır. Hətta Amerikada mən o mahnını ifa edəndə bir amerikalı qız göz yaşlarını saõlaya bilmədi. Səhnənin arõasına keçib mənə dedi ki, siz mahnını çoõ ürəklə ifa etdiniz. Yaõşı mahnı hər zaman yaşayır. Bu mahnı demək olar ki, bütün analara həsr olunub. Mən bütün anaların qarşısında baş əyirəm. Allah Cahangir müəllimin ruhunu şad eləsin. 

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 28 oktyabr.- S.10.