Bakını Azərbaycana qazandıran
gün
Qafqaz İslam Ordusunun erməni-rus birləşmələri
üzərinə zəfər yürüşündən 93
il ötür
93 il öncə sentyabrın 14-ə qədər
Bakı bizim deyildi. Bu şəhərdə Azərbaycan
türkünün iradəsi hakim deyildi. Varlı neft şəhərinə
mart qırğınından sonra kütləvi şəkildə
türk-müsəlman əhalisinin Bakıdan
çıxarmış erməni-rus birləşmələrin
nəzarət edirdi. Qeyd edək ki, Böyük Oktyabr
çevrilişindən sonra böyük Rusiya imperiyasında
xaos hökm sürürdü. Bolşeviklərin başı
hakimiyyəti möhkəmləndirməyə
qarışmışdı, çevrilişi qəbul etməyən
çar generalları ölkəni öz aralarında
bölmüşdülər. Bolşeviklər yalnız
ölkənin mərkəzi hissələrinə nəzarət
etsələr də, müstəmləkə ucqarlarında
hakimiyyəti ələ almış erməni-rus bolşevik
birləşmələrinə dəstək verirdilər.
İmperiya rəhbərləri neftlə zəngin Bakı
şəhərinin dəyərini yaxşı bilirdi.
O zaman
Bakı mart qırğınlarından təzəcə
çıxmış, etnik tərkibcə dəyişmişdi.
İndi burada tarix ərzində heç zaman olmamış
kimi erməni və ruslar çoxluq təşkil edirdi.
Noyabrın
əvvəllərində Bakıda Şaumyan başda olmaqla
bolşeviklər hakimiyyət qursalar da, bu, real gücə
malik deyildi. Bolşeviklər antiazərbaycan siyasəti
yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən
ötrü türk-müsəlman əhalisinə qarşı
soyqırımlara başlamışdı. Bakı Sovetinin əsas
məqsədlərindən biri Bakı neftini əldə
saxlamaq idi. Ona görə də Azərbaycan ərazilərində
kütləvi qırğınlar törətdilər.
Bolşeviklərin silahlı dəstələri Azərbaycanın
qərb rayonlarını öz təsirləri altına almaq
üçün genişmiqyaslı əməliyyatlar
aparır. Şamaxı istiqamətində irəliləyən
bolşevik-daşnaklar yollarına çıxan bütün
Azərbaycan kəndlərini çapıb-talayır, dinc əhaliyə
zülm edirdilər. Mart hadisələrindən sonra azərbaycanlı
əhali İrana və Azərbaycanın digər bölgələrinə
köçmüşdü, şəhərdə türklər
azlıq təşkil edirdi. İyun ayında Bakı Soveti məğlub
olandan sonra (qeyd edək ki, Gəncədə
formalaşmış milli qüvvələrin və Nuru
Paşanı rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zəfər
yürüşü iyun ayından başlanmışdı.
İyun-iyul aylarında aparılan uğurlu əməliyyatlar
nəticəsində Bakı Sovetinin qüvvələri
darmadağın edilmiş, Bakıda hakimiyyət Sentrokaspi
adlanan oyuncaq rejimin əlinə keçmişdi. Mayın 28-də
Tiflisdə elan olunmuş, iyunun 17-də Gəncəyə
köşmüş Azərbaycan Xalq Cümhuriyyətinin, Fətəli
xan Xoyski hökumətinin hakimiyyəti bütün Azərbaycan
ərazisinə yayılmamışdı. Ermənilər
onsuzda Qarabağda separatçılıq edir, Azərbaycan
dövlətinə arxadan zərbə vururdular. Bakı da ermənilərin
əlində qaldıqca Azərbaycan dövləti
üçün daim təhlükə qalacaqdı. Bir sözlə,
Bakısız Azərbaycan başsız bədənə bənzəyirdi
və tarixi Azərbaycan şəhəri ermənilərdən
geri alınmalı idi.
Bu dövrdə
Azərbaycan milli ordu hissələri xeyli zəif idi. Gəncədə
olan Nuru Paşanın rəhbərlik etdiyi qüvvə isə
beynəlxalq təzyiq altında idi və əməliyyat
keçirməyə risk etmirdi. Bütün bunlara baxmayaraq,
türk ordusu qəti qərar verdi və milli Azərbaycan
qüvvələri ilə birgə Bakı
yürüşü başlandı. Qafqaz Azərbaycanın
yeni təşkil olunan Milli Ordu birləşmələri ilə
Göyçay yaxınlığında bolşevik-daşnak
birləşmələrini məğlub edərək
Bakıya doğru irəliləyir. Paytaxta doğru bir neçə
istiqamətdə hərəkət edən ordu birləşmələri
Şamaxı, Kürdəmir və digər yaşayış
məntəqələrini işğaldan azad edir. Sentyabrın
15-də türklərin şücaəti və qanı
bahasına Bakı erməni və rus birləşmələrindən
azad olundu və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
öz hakimiyyətini bütün ölkə boyu təmin etdi.
Nuru Paşa sentyabrın 16-da parad qəbul edərək təntənəli
şəkildə şəhərə daxil oldu. Milli hökumətin
paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya
köçürüldü. Türklər Bakının azadlığı
uğrunda döyüşlərdə 1130 şəhid verdilər.
Bakının işğaldan azad
edilməsi Azərbaycan dövlətçiliyi
üçün ən böyük töhfə və o
dövr üçün böyük hadisə idi. Şəhər
azad ediləndən sonra irqindən, dinindən, dilindən,
millətindən asılı olmayaraq bütün insanlara bərabər
münasibət bəslənilir. Silahlar yığılır,
şəhərdə qayda-qanun bərpa edilir, dükan-bazar
işləməyə başlayır.
Azərbaycan
xalqı hər il 15 sentyabrı Bakı şəhərinin
qurtuluş günü kimi qeyd edir, şəhərin
alınması üçün canını vermiş Azərbaycan
və türk şəhidlərini yad edir. Bu baxımdan 15
sentyabr həm də Azərbaycan və Türkiyə
xalqları arasında qardaşlığı, dostluğu
simvollaşdıran gündür.
Aslan
Olaylar.- 2011.- 15 sentyabr.- S.5.