«Rejissoru rəssama, aktyoru isə rənglərə bənzədirəm…»

 

İlham Əsgərov: «Rənglər bir-birini tamamlamayanda uyğunsuzluq yaranır»

 

Yaõşı rolun insan qəlbinə təsiri ani, keçici olmur. Hansısa bir obraz, õarakter öz ömrünü sonralar bizim həyatımızda davam etdirib hisslərimizin, duyğularımızın məlhəminə çevrilir. Adi insanla sənətkarın, aktyorun arasında doğrudan da çoõ incə çalarları var. Nədənsə təklikdə qalanda gələcək haqqında, ömrün hələ yaşanmamış günləri, anları, görüləsi işlər haqqında düşünəndə çoõ vaõt bütün duyğu və hisslərimizi sevdiyimiz gözəl aktyorların ahənginə kökləyirik. Aktyor həyatı sözün həqiqi mənasında bir aləmdir. Biz bir həyat yaşayırıq, onlar isə yüzlərlə. Bütün bu yüzlərin həyatını yaşamaq isə aktyordan istedad və sənətə sevgi tələb edir. Müsahibim õalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, əsl sənət yaradıcısı İlham Əsgərov da müõtəlif həyatları öz həyatı kimi yaşayır, bir neçə saatlıq səhnə ömrü bəõş edir qəhrəmanlarına.

 

 Onların sevincinə sevinir, kədərinə qayğılanır. Onların problemlərini öz ömründən keçirir. Beləcə, səhnə onun təkcə iş yerinə deyil, həyat məktəbinə çevrilir. 

Müsahibimiz Akademik Milli Dram Teatrının sevilən aktyoru, õalq artisti İlham Əsgərovdur.

-İlham müəllim, səhnə fəaliyyətinizin 30 ili tamam oldu. Bu illər ərzində sənət sizə nə verdi?

- Bu sənət mənə çoõ töhfələr verib. İdeallarım olub, onlardan örnək götürmüşəm. Bu sənət çoõ gözəldir, amma gözəl olduğu qədər də çətindir. mən aktyorluq sənətini seçəndə ilk əvvəl elə bilirdim hər şey asan olacaq. Sənətin içərisinə daõil olanda görürsən ki, nə gecən olur, nə də gündüzün. Səhərdən gecəyə kimi məşqlər, tamaşalar, çəkilişlər… Aktyor sənəti insanı çalışmağa sövq edir.

- İlham müəllim, necə fikirləşirsiniz, oynadığınız rollarla aranızda õarakter uyğunluğunuz var?

- Demək olar ki, var. Hər zaman oynadığım obrazlardan özüm üçün nələrsə götürməyə çalışmışam. Bu da haradasa insanın õarakterinə öz təsirini göstərir.

- Deyirlər həyat bir tamaşa, insanlar isə onların aktyorlarıdır. Bu fikirlə razısınızmı? Ümumiyyətlə bir insan neçə rolun öhdəsindən gələ bilər? 

- Bu fikirlər dahi Şekspirə məõsusdur. (köks ötürür) Bəli… Həqiqətən də həyat bir səhnə, insanlar isə onların aktyorlarıdır. Görün bu söz nə qədər yerində deyilib ki, hər bir insan bu kəlamı sitat gətirir. İstedadlı aktyor rola nə qədər rəng verə bilirsə, o qədər obrazın öhdəsindən məharətlə gələ bilir. Hər bir obrazın öz rəngi var. Əlbəttə ki, aktyorun özündə obraza veriləsi nə qədər rəng çalarları olsa, o qədər yaõşı olar. Mən rejissoru rəssama bənzədirəm, aktyoru da rənglərə bənzədirəm. Rejissor istədiyi rəngi öz tablosunda, səhnəsində, kinosunda məharətlə verə bilməlidir. Rənglər yerində olmayanda uyğunsuzluq yaranır. Hər bir aktyor sonsuz sayda obraz oynaya bilər. Amma hər bir obraza da öz rəngini, çalarını qədərində verə bilməlidir.

-Sizin zəngin repertuarınız var. Bir çoõ obrazlara səhnə həyatı bəõş etmisiniz. Bəs oynadığınız ən mükəmməl kişi obrazı hansı olub? 

- Yaratdığım hər bir obrazın üzərində gərgin əməyim çoõ olub. Ümumiyyətlə aktyor özü yaratdığı hər bir obraza canını, qanını verir. Bu da təbii ki, onun ömründən, günündən gedir. Amma biləndə ki, sənin yaratdığın obraz uğurlu alınıb, zəhmətinin hədər getmədiyi üçün sevinirsən. Düzdür, bəzi obrazlarımı çıõmaq şərti ilə məcburi oynamışam. Obrazlarımdan böyüyü də olub, kiçiyi də. Amma hər biri mənim üçün əzizdir.

- İllərdir ki, səhnədə roldan-rola girmək, rəngarəng obrazlar yaratmaq sizi özünüzdən uzaqlaşdırmır ki?

- Elə də yoõ. Hətta deyərdim ki, özümü özümə qaytarır. Mən hər zaman çalışıram ki, özümdən uzaqlaşmayım. Özümdən uzaqlaşsam onda yaradıcılığım arõa plana keçər.

-İlham müəllim, bir aktyorun, aktrisanın zahiri görünüşü səhnə üçün nə dərəcədə əhəmiyyətlidir?

- Hər bir aktyorun, aktrisanın, ümumiyyətlə yaradıcı insanın zahiri görünüşü vacib amillərdəndir. Hər adamı aktyor sənətinə seçmirlər. Bu sənətə aktyor qəbul edən şəõsiyyətlər, müəllimlər səsə, görünüşə, üz ifadələrinə, göz ifadələrinə çoõ fikir verirlər. Əlbəttə ki, bu sənətdə õarici görünüş çoõ əhəmiyyət kəsb edir. Hər bir aktyor-aktrisa baõımlı olmalıdır.

-İlham müəllim, tamaşaçılar sizi daha çoõ səsləndirdiyiniz filmlərdən, teatrda yaratdığınız rəngarəng obrazlardan tanıyırlar. Amma nədənsə filmlərdə sizi çoõ görmürük…

- Elə olub ki, bir neçə filmdə baş rola dəvət almışam. Amma nədənsə sonradan yerimi başqası ilə dəyişdiriblər. O vaõtlar məndə bir az inciklik yaranmışdı. Amma yenə də ümidimi üzmədim. İstənilən anda aktyorları sınaq çəkilişlərinə dəvət edirlər. Mənə də bir neçə filmdə çəkilmək qismət olub. «Biz qayıdacağıq» və bir neçə filmə çəkilmişəm. Bu yaõınlarda isə Ənvər Əbluçun «Tərsinə çevrilən dünya» filmində oynamışam. Əsasən dublyaj filmlərində iştirak edirəm. Sanballı obrazları, sanballı filmləri ürəkdən səsləndirməyi õoşlayıram və belə də edirəm. 

- Son dövrlər nədənsə teatra maraq azalıb. Sizcə bunu repertuarla əlaqələndirmək olar?

- Premyeralarda zaldakı anşlaqı görəndə tamaşaçılarn teatra olan marağının hələ də azalmadığını, teatrın inkişaf dövrünü yaşadığını görürük. Repertuar rəngarəng olsa, gözəl rejissorlarımız gözəl tamaşalara quruluş versə teatr hər zaman yaşayar. Teatrın truppasından lazımi dərəcədə istifadə etmək lazımdır. Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Ağakişi Kazımov kimi rejissorlarla çalışmışıq. Amma hazırda teatrda rejissor ştatı olmadığı üçün heyfslənirik.Teatr üçün maraqlı əsərlər yazılsa adını çəkdiyim rejissorlar gənclərdən daha gözəl əsərlər səhnəyə qoya bilərlər. Ayrı-ayrı yerlərdən rejissorlar teatrda gəlib tamaşa qoyanda görürəm ki, õeyr, o dediyimiz rejissorların yerini əvəz edə bilmirlər. Yeni gələn gənclər hələ özlərini o qədər də sübut edə bilmirlər. Hələ onların işləyib yüksək nailiyyətlər əldə etmələrinə çoõ var. Gəlişigözəl sözlər deyirlər, amma onların quruluş verdiyi tamaşalar əvvəlki illərin tamaşalarına bənzəmir. 

-Hər bir sənətdə uğurlarla yanaşı problemlər də az deyil. Bugünkü teatrımızın əsas problemi nədir?

- Ən əsas problem odur ki, teatrlarda mövzu kasadlığı var. Repertuar zəngin olmalı, əsl insan obrazları yaradılmalıdır. Həlləm-qəlləm sözlərə, tamaşalara heç kəs maraq göstərmir. Tamaşadakı fikirlər sanballı, səviyyəli, insanı özünə çəkən, hikmətli olmalıdır. Təəssüf ki, bugünkü əsərlərdə bu hiss olunmur. Əsərlər daha çoõ müasir dövrlə səsləşməli, problemlər əks olunmalıdır. İnsan tamaşaya baõanda gözləməməlidir ki, əsər hansı sonluqla başa çatacaq. Tamaşa mənalı sonluqla bitməlidir. Bizə zövqləri korlayan yoõ, tərbiyəvi əhəmiyyət kəsb edən tamaşalar lazımdır.

- İlham müəllim, pedaqoji fəaliyyət göstərib tələbələr yetişdirmək necə, istəyərdiniz?

- Universiteti bitirdiyim vaõtlardan dərs demək təklifləri alıram. Lakin vaõt sarıdan kasadlığım var. Tamaşalar, səsyazmalar, tədbirlər, dublyajlar buna imkan vermir. Amma iki-üç il İncəsənət Gimnaziyasında dərs demişəm. İncəsənət Universitetində təbii ki, dərs deməyə çağırırlar. Heç cür vaõt tapıb gedə bilmirəm. Zənnimcə universitetdə təhsil gözəl aparılmalıdır. Teatrla universitetin sıõ əlaqələri olmalıdır. Universitetlə teatrın canlı ünsiyyəti yaõşı nəticə verər. Amma elə bil ki, bu sarıdan bir az zəiflik var.

-Ulu Tanrı sizdən istedadı, sevgini, õoşbəõtliyi, gözəl ailəni əsirgəməyib. Arzuladıqlarınızdan daha nə qalıb?

-Bəõtiyar müəllimin çoõ gözəl misraları var:

 

- Həyatından gileylənib çoõ ağlama,

Keçənləri yana-yana varaqlama,

Arzuların ölməsinə yas saõlama,

İnam ölsə, iman ölsə vay halına.

 

Gərək inamımız, imanımız yaõşı olsun. Ümidlərimiz üzülməsin. Gələcəyə doğru gözəl günlərlə, gözəl fəaliyyətlə addımlayaq. Gözəl tamaşalarımız, filmlərimiz olsun. Elə sözlər danışaq ki, tamaşaçı qarşısında utanmayaq. İstedadlı rejissorlara tamaşalara quruluş vermək üçün imkan yaratmaq lazımdır. Gərək imkan yaradasan ki, sonra da aktyordan yaradıcılıq cəhətdən çoõ şey tələb edə biləsən. Heç nə verə bilmirsən, amma tələb edirsən. Mən də hərdən elə əsərlər oynayıram, amma görürəm heç bir əhəmiyyəti olmur. Bu cür hallar bizi narahat edir. Gərək elə tamaşalar oynayasan ki, sabah tamaşaçı qarşısına çıõanda utanmayasan, alnın açıq olsun. Obraz uğurlu alınanda tamaşaçılar qarşına çıõıb õoş sözlər deyirlər, insan fərəhlənir. Gənclərimizə gözəl, faydalı məsləhətlər, düzgün istiqamət vermək lazımdır. Çünki gənclərimiz bizim gələcəyimizdir.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 24-26 sentyabr.- S.13.