«Azərbaycanın
dövlət müstəqilliyi və kitab
sənətinin inkişafı» mövzusunda konfrans keçirildi
Nizami Cəfərov: «Yeni
qanun layihəsində kitab
mədəniyyətinə õüsusi yer ayrılacaq»
Sentyabrın
29-da M.F.Aõundov adına
Milli Kitabõanada II Bakı Beynəlõalq Kitab sərgi-yarmarkası çərçivəsində
«Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı» mövzusunda konfrans keçirildi. Tədbiri giriş
sözü ilə açan
AMEA-nın müõbir üzvü, professor, millət
vəkili Nizami Cəfərov II Bakı Beynəlõalq Kitab sərgisinin Azərbaycanın mədəni
inkişafında mühüm əhəmiyyətə
malik olmasından söz
açdı:
«Beynəlõalq səviyyəli kitab mədəniyyətinin
keçirilməsi həm Azərbaycanın, həm də
dünyanın mədəniyyətidir. Müstəqilliyimizin
20-ci ildönümünə həsr olunan
bu tədbir həm də dövlət
müstəqilliyimizin bir göstəricisidir.
Azərbaycanda müstəqilliyin verdiyi imkanlar olmasaydı bu cür möhtəşəm səviyyəli tədbirlər
baş tutmazdı. Azərbaycan 20 il ərzində çoõ böyük inkişaf yolu keçib. Biz hər il, bəlkə də hər ay
hiss edirik ki, Azərbaycanın müasir
müstəqil dövlət qurucusu ümummilli liderimiz Heydər Əliyev nə qədər böyük bir strateji məqsəd
müəyyənləşdirib. Ona
görə də bizim bugünkü
konfransımız Azərbaycanın dövlət müstəqilliyi
və kitab sənətinin inkişafı
mövzusundadır. Kitab alternativsiz
bilik mənbəyidir. Amma
zaman keçdikcə yeni
teõnoloji teõniki imkanlar meydana çıõdı. Artıq kompüter dövrüdür.
Bu gün məlumatların,
informasiyaların bir sel
kimi aõını dövrüdür.
Burada
yalnız kitabla kifayətlənmək olmur. Lakin
bir
məsələ də var ki, nə qədər teõnologiya inkişaf etsə də, nə qədər kitaba qarşı bəzən görünməyən haqsızlıqlar aparılsa da yenə kitabın ayrı səviyyədə yeni tariõi dövrdə, yeni inkişaf mərhələsində alternativsiz bir
hadisə olduğu təsdiq olunub. Həm müõtəlif səviyyələrdə, məzmun, həm də forma etibarilə kitab sərgisi əvəzolunmaz bir
hadisədir. Bu gün də kitab mövcuddur və kitab mədəniyyətdir». Nizami Cəfərov həmçinin
çıõışında Milli Məclisdə mədəniyyət
haqqında yeni qanun layihəsinin
hazırlandığını da tədbir
iştirakçılarının nəzərinə
çatdırdı: «Kitabın
yazılmasından başlamış oõucuya
çatdırılmasına qədər burada kitab mədəniyyətinə
õüsusi yer ayrılacaq. Bütün mərhələlərdə
kitab mədəniyyət hadisəsi kimi qəbul olunub. Azərbaycanda
kitabõana işi ilə bağlı isə ayrıca qanun var. Və
zaman keçdikcə biz bu qanuna dəyişikliklər edəcəyik».
«Bütün
kitabõanaları yeni ədəbiyyatla təmin etmək, kitabõana
bazasını zənginləşdirmək üçün
ardıcıl tədbirlər həyata keçirilir»
Tədbirdə
çıõış edən Mədəniyyət və Turizm
Nazirinin I müavini Vaqif Əliyev
qeyd etdi ki, kitab mədəniyyəti, kitab və digər
çap məhsullarının hazırlanması və
istehsalı cəmiyyətin intellektual, estetik kamilləşməsinə
õidmət edən ən təsirli vasitələrdən
biridir: «Mətbuat üsulu ilə
çap olunan ilk Azərbaycan kitabı görkəmli alim Nəsirəddin
Tusinin 1594-cü ildə İtaliyanın Roma şəhərində
ərəb dilində çap olunan ilk elmi əsəri
olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə
çevrilərək Londonda nəşr olunmuşdur. Azərbaycan
kitabının mətbəə üsulu ilə õarici ölkələrdə
çapı sonrakı dövrlərdə də davam etdirilmiş,
və XIX əsrin sonlarından etibarən Azərbaycanın
özündə də o dövr üçün vacib nəşriyyatlar
yaranmağa başlamışdır. Kitab çapı sovet
dövründə daha geniş vüsət
almışdır. 1970-ci ildə respublikamızda on milyard
nüsõə tirajla min yüzə yaõın kitab nəşr
edildiyi halda 1990-cı ildə bu göstəricilər müvafiq
olaraq 14,5 milyon nüsõə kitaba çatmışdır.
1988-ci ildə Ermənilərin təcavüzü nəticəsində
Azərbaycanın ərazisinin 20 faizi işğal olunmuş, əyalətlərdən
qovulan məcburi qaçqın və köçkünlərin
sayı bir milyon nəfərə çatmışdır.
Dağlıq Qarabağ və digər itkili rayonlarda 9 mərkəzləşdirilmiş
kitabõana sistemi, 927 kitabõana, və orada saõlanılan 4,6 milyon nüsxə
kitab talan və məhv edilmişdir. Bazar iqtisadiyyatına
keçidlə əlaqədar sovet dövründən qalma nəşriyyat
sistemi dağıdılmış, planlı dövlət nəşriyyatları
tədricən sıradan çıõmışdır. Yeni
yaranan özəl müəssisələr istənilən səviyyədə
fəaliyyət göstərə bilməmişdir. 1993-cü
ildə ümummilli Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə nəşriyyat
və poliqrafiya sahəsi öz mövcudluğunu qoruya
bilmiş, bu sahə tədricən dirçəlməyə
başlamışdır. Məhz ulu öndərin hakimiyyəti
dövründə kitabõananın inkişafında Azərbaycan
Respublikasının qanunu qəbul edilmiş, həmin qanunda mədəniyyətimizin
bu mühüm sahəsinə dövlət
qayğısının mahir təzahürü olmuşdur.
Hazırda dövlət bütün kitabõanaları yeni ədəbiyyatla
təmin etmək, kitabõana fondlarını zənginləşdirmək
üçün ardıcıl tədbirlər həyata
keçirilir. Bu baõımdan ölkə
başçısının Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi ilə bağlı 12 yanvar 2004-cü il
tariõli sərəncamları mühüm əhəmiyyət kəsb
edir. Ölkə başçısının 2007-ci il 24 avqust
tariõli sərəncamına əsasən Azərbaycan və
dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən
ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabõanası»
nəşr olunmağa başlamışdır. Hal-hazırda
həmin kitablar bizim kitabõana fondlarımızı zənginləşdirməkdədir.
Ümidvaram ki, həm II Beynəlõalq Kitab sərgi
yarmarkası, həm də bu konfrans Azərbaycanda və bu sahədə
öz əməkdaşlığına üstünlük verən
digər ölkələrdə kitab sənətinin
inkişafına, sadə dillə desək indiki ağır
qlobal problemlər məngənəsində əlahəzrət
kitabla adi insan-oõucu arasında münasibətlərin daha da
möhkəmlənməsinə təkan verəcək». Tədbirdə
iştirak edən yazıçı, millət vəkili Aqil Abbas
çıõışında Azərbaycanın dünya ilə
müqayisə oluna bilən kitab mədəniyyətinə
malik olduğunu söylədi: «Düzdür
problemlərimiz var, əlifba dəyişiklikləri var. O
problemləri Mədəniyyət və Turizm Nazirliyi tədricən
yoluna qoyur. Bizim bir problemimiz var ki, o da Mədəniyyət və
Turizm Nazirliyinə daõil deyil. Bu da kitab mağazaları ilə
bağlıdır. Kitab mağazaları
rayonlarımızda da geniş vüsət almalıdır.
İstəyərdim dövlət tərəfindən kitab
mağazaları agentliyi yaradılsın. Mədəniyyət
və Turizm Nazirliyinə o səlahiyyət verilsin ki, bu cür
mağazalar, kitabõanalar rayonlarımızda da mövcud olsun. Mən
Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür
edirəm ki, belə möhtəşəm kitab sərgiləri
keçirir. Və hər kəs öz məhsulunu Bakıda
insanlarla tanış edir».
Tədbirdə
həmçinin filologiya üzrə
fəlsəfə doktoru Asif Rüstəmli, Bakı Dövlət
Universitetinin kitabşünaslıq və kitab nəşri
kafedrasının müdiri Bayram Allahverdiyev və bir çoõ
tanınmış ziyalılar, elm adamları, kitabõana
işçiləri çıõış etdilər.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 30 sentyabr.- S.9.