Türkün oxunmamış bəlgələri: Nüvədi-Qarqadaşı kitabəsi 

 

Azərbaycan xalqının əzəli torpaqlarından olan Zəngəzur mahalı ən qədim mədəniyyət beşiklərindən biridir. Keçən əsrin əvvəllərində qaniçən erməni vəhşiləri tərəfindən işğal edilmiş bu əzəli türk yurdunun hələ də düşmən tapdağı altında olması hər bir vətənsevər türk övladı kimi bizimGüney Azərbaycan türklərinin də ürək ağrımızdır. Bu məqalədə həmin bölgədən tapılan və türklüyün tarixi baxımından son dərəcə böyük önəm daşıyan bir tarixi sənəddən söhbət açılacaqdır. Bu sənəd Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur mahalının ən qədim zamanlardan əzəli türk yurdu olduğunu təkzibedilməz şəkildə sübut edən tutarlı bəlgələrdən biridir. Söhbət adı çəkilən mahalın Muğru bölgəsinin Nüvədi kəndi yaxınlığında yerləşən Qarqadaş dağında rast gəlinmiş əski qayaüstü təsvirlərdən və onların olduğu yerdə qədim türk-run əlifbası ilə yazılmış bir yazıdan gedir.

Sözügedən ərazi tarixən alban boylarından biri olan qıpçaq mənşəli qarqar (gərgər, xarxar) xalqının yaşadıqları geniş areala daxil olduğundan yazı nümunəsi də, çox güman ki, həmin xalqa aiddir. Yazının yazılma tarixinə gəldikdə onu V əsirdən əvvələ aid etmək lazımdır, çünki həmin əsrdən etibarən bu ərazidə qədim alban əlifbasından istifadə edilməyə başlamışdır.

Qarqadaş yazılı abidələri ilk dəfə 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən elm aləminə tanıdılmışdır. Konkret olaraq, runik yazıya gəlincə, o, Göytürk yazılarından, demək olar ki, heç nə ilə fərqlənmir, diqqəti daha çox çəkən əsas fərq Qarqadaş yazısında Orxon-Yenisey abidələrində sözayrıcısı kimi işlənmiş qoşa nöqtədən istifadə edilməyib, əvəzində isə bəzi sözlər arasında məsafə saxlanılıb.

 Bəri başdan qeyd edək ki, yazı dilçilik baxımından qədim mətnlər kateqoriyasına aid olsa da orada anlaşilmayan bir söz və ifadə yoxdur, mətnin dili, fonetikleksik tərkibi bütünlüklə Göytürk yazılarının dili ilə səsləşlir,

Mətn belə səslənir:

ONI UÇUK ERİNÇ AS YELiNÇ ƏSRİ UDSIN KAN ƏNGRİZ GÖÇÜ BOK ERİARZ(J)ULA BAA

Yazıdakı sözlərin izahı :

ONI: önü, qabağı ( yazıda qalın saitlərlə ifadə olunub )

UÇUK: uçqun, uçmuş yer. Qədim qaynaqlarda müxtəlif mənaları olsa da burada mətnin möhtəvasını nəzərə alaraq yerli türk dilinə daha üstünlük verdiyim üçün onu uçqun kimi məna etdim.

ERİNÇ: olsun. Əski Göytürk yazılarında əsasən köməkçi fel kimi işlənən bu kəlmə burada müstəqil vahid kimi çıxış edir. Sözün “bəlkə də”, ”ola bilsin ki” mənaları da var(DLT).“ermək” kökündən yaranıb (Əski uyğur sözlüyü).

AS: yırtıcıların yemi, onlara verilən ət payı. (DLT )

YELİNÇ: yemək. Yelmək (DLT)  felindən düzəldilmişdir. Buradakıncşəkilçisi felin arzu formasının yaradılmasına xidmət edir. Yəniyırtıcılara yem olasınız!”

ƏSRİ : bəbir ( Kitab əl-İdrak li-lisan əl-Ətrak ) pələng ( DLT )

UDSIN: təqib etmək, qovmaq (DLT ) Udmaq felinin arzu forması. Bu günkü dilimizdəki udmaq feli ilə əlaqəsi yoxdur.

KAN: qan ( ümumtürk).

ƏNGRİZ: ağlayın. əngrəşdi- ağladı (DLT).

GÖÇÜ: köçü. Bugünkü mənada (Hər hansı bir elatın yaylağa ya qışlağa köçü).

BOK: nəcis, təzək.

ERİNÇ: olsun .

ARJULA: Qaşğarlı Mahmud “arjukəlməsini çaqqal, ondan törəmə olanarjulayu”sözünü isəçaqqalların bir şeyin, məsələn, leşin ətrafına toplaşması kimi izah etmişdir.

BARÇA: bütün, bütöv.

Son iki kəlmə (arjul barça) birlikdə söz birləşməsi əmələ gətirir meyidinizin üstünə çaqqallar toplaşsınanlamını verir.

Bu günkü türkcə ilə :

Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qovsun, qan ağlayasınız, köçünüzə pox olsun, çaqqallar leşinizə toplaşsın!

Oxunuşun doğru olduğunu həmin yazının yanında cızılmış eyni məzmunlu qayaüstü təsvir sübut edir. Burada bir-yerdən digər yerə köç edən çobanlara bəbirlərin çaqqalların hücum etdiyi, nəticədə çobanlardan heyvanlardan bəzilərinin öldüyünü, sağ qalan çobanların özlərini heyvanları xilas etməyə çalışdığı, eləcə bəbirlərin heyvanları qovduğu, çaqqalların leşə toplaşdığı açıq-aydın görünür.

Görünən budur ki, burada həm şəkil-yazı, həm fonetik yazı üsulu ilə eyni məzmunlu iki mətn yazılmışdır. Maqiya sənəti nümunəsi kimi gözdən keçirilə biləcək qarğış mahiyyəti daşıyan bu yazılar xalq arasında cadı-piti kimi tanınan inancın klassik nümunəsi hesab edilməlidir. Mətni qiymətli folklor nümunəsi kimi gözdən keçirmək mümkündür.

 

 

Mənsur Rəhbəri 

 

Olaylar.- 2012.- 3 aprel.- S.11.