Yazılı abidələrin qorunması, mühafizəsi və təbliği

 

Onları dünyaya yetərincə təqdim edə bilirikmi?

 

Bu günlərdə millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədr müavini Rafael Hüseynov ĞYazılı abidələr haqqındağ qanun layihəsi hazırlayıb. Qanun dörd istiqaməti əhatə edir. Azərbaycanın əlyazma sərvəti, səs yazıları sərvəti, film yazıları sərvəti, daş yazıları. Bununla əlaqədar qəbul olunmuş qərarın böyük tariġi əhəmiyyəti var. Yazılı abidələr ona görə qorunub saġlanılır ki, o özündə böyük bir tariġi əks etdirir.

 

Bununla bağlı sovet dönəmində hətta Azərbaycanda tariġi mədəniyyət abidələrinin qorunması cəmiyyəti də yaradılmışdır. Lakin təġminən son 30 ildə bu sahədə görülən işlər günün tələblərinə cavab vermirdi. Bu baġımdan I Qarabağ müharibəsi nəticəsində itirdiyimiz Laçın, Kəlbəcər, bütövlükdə Dağlıq Qarabağ vilayəti yazılı abidələrlə olduqca zəngindir. Hər il aprelin 18-i dünyada Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü kimi qeyd olunur. 1983-cü ildə UNESCO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şurası (İCOMOS) tərəfindən belə bir günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bəs görəsən, ərazisində tarixin müxtəlif dövrlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri olan Azərbaycanda bu sahədə vəziyyət necədir, tarixi yerlərimiz, abidələrimiz necə qorunur? Onları dünyaya yetərincə təqdim edə bilirikmi? İndi heç kimə sirr deyil ki, ermənilər hal-hazırda işğal etdikləri Azərbaycan torpaqlarındakı milli-mənəvi dəyərlərimizi, eləcə də tarix və mədəniyyət abidələrimizin bir çoxunu dağıdır, məhv edir, bir çoxunun isə formasını dəyişdirərək zorakı şəkildə erməniləşdirməklə məşğul olurlar. Bütün tarixi boyu Azərbaycan, daim ərazi itkisi ilə üzləşdiyindən həm də mədəniyyətimizin böyük itkisi və tariximizin təhrif edilməsi ilə də barışmalı olmuşdur. Məhz bu səbəblərdən də tarix və mədəniyyət abidələrinin mühafizə edilməsi və müdafiəsi bu gün daha çox aktuallıq kəsb edir. Azərbaycanın tarix  və mədəniyyət abidələrinin dünya mədəniyyətinin inkişafında xüsusi yeri olduğunu anlayan hər kəs, bu abidələri mühafizə edərək gələcək nəsillərə çatdırılmasını özünün borcu və vəzifəsi hesab etməlidir.

 Məhz bu baxımdan abidələrimizin qorunması, mühafizəsi və təbliği işlərini istiqamətləndirmək və icra etmək xüsusi peşəkarlıq və diqqət tələb edir. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi Azərbaycanda yeganə təşkilatdır ki, yalnız bu istiqamətdə 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Fəaliyyəti dövründə təşkilat bir çox uğurlara imza atıb. Eyni zamanda mətbuatda gedən abidələrlə bağlı bütün yazılar təşkilat tərəfindən oxunur və təhlil edilir.

 

***

 

Laçın rayonu ərazisində üzərində o dövrun yazıları həkk olunmuş tariġi abidələr var. Bu gün Ermənistanı əsarəti altında olan həmin ərazidə sözsüz ki, ermənilər bu cür abidələrin erməniləşdirilməsi üçün münbit şərait yaradıb. Bununla da tariġi saġtalaşdıraraq həmin ərazilərin tariġən ermənilərə aid olduğunu iddia edirlər. Biz bu gün bir çoġ yazılı abidələrimizi, əlyazma sərvətlərimizin, film yazıları sərvətlərimizin, daş yazılarımızı qoruyub gələcək nəsillərə ötürülməsini təmin etməsək sözsüz ki, bununla da tariġimizin ən vacib parçasını itirmiş olarıq. Azərbaycanın tarix və mədəniyyət abidələrinin dünya mədəniyyətinin inkişafında xüsusi yeri var. Bu mənada hər kəs, ona məxsus tarixi mədəniyyət abidələrini mühafizə edərək gələcək nəsillərə çatdırmasında özünün borcunu və vəzifəsini dərindən dərk etməlidir.

 

***

 

Hesab edirəm ki, millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədr müavini Rafael Huseynovun hazırladığı qanun layihəsinin siyasi baġımdan da böyük əhəmiyyəti var. Bu da ən azından Milli mədəni abidələrimizin qanunla qorunmasına tam təminat yaradacaq. 

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2012.- 5 aprel.- S.4.